Gülümsəyin cənablar, gülümsəyin.

Müştəriyə xidmət, ölkəmizdə çatışmamazlıqları ən qabarıq şəkildə görünən sahələrdən biri.
Müştəriyə xidmət göstərilən yerlərin əksəriyətini nəzərə alsaq, demək olar ki 90% bərbad haldadır. 2013-cü ildə müştərilərə yüksək səviyyədə xidmət göstərilən ölkələrdən birindən qayıtdığım ilk2 gündə yaşadıqlarım. Hava limanında baş verənlər haqda ümumiyətlə danışmaq istəmirəm o bir kabus idi :) ölkəyə yeni qayıtmışam, dostumla kafelərin birində əyləşdik və bir pizza sifariş verdik, qarışıq olsun dedik. ofisiant pizzanı gətirib, deyirəm bu nədir ? sadəcə sosis var ət yoxdur, bunun nəyi qarışıqdır ?  deyir yəqin ət bitib, deyirəm ət bitibsə deməli qarışıq pizzada yoxdur, bunu mənə niyə demirsiz ? sakit dayanıb. Ordan çıxıq başqa yerə getmədən bir başa  mc donalts a getdik, orda sifariş verərkən deyirəm ki, kolanın biri buzlu olsun, digər sifarişləri verdikdən sonra sonda yenə vurğuladım ki, “kolanın biri buzlu olsun aa” Bəəli yanılmırsınız, sifarişləri götürdük yeməyə başlayanda bəlli oldu ki hər iki kola buzsuzdu.Bu ölkəmizdə müştəriyə qarşı olunan nəzakətsizliklərin ən xırdalarıdır.

Əslində müştəriyə xidmətin çox elementar ilk qaydası var, müştəriyə gülümsəmək. Çünkü insan elə varlıqdır ki, xoş münasibəti sevir, və xoş münasibət gördüyü yerə isinişir beləliklə oranın daimi müştərisinə çevrilir. Gülümsəmək isə xoş münasibətin ilk addımıdır. Bəli adicə ilk qayda sayılan bu şərtə belə əməl edən yoxdur. Sizi inandırım, bəzən harasa yemək yeməyə gedəndə orada xidmət göstərən şəxslər o qədər qaraqabaq olurlar ki, adamın yeməyə həvəsi qalmır. Sanki onu orada müdür yox sən işlədirsən, özüdə məcburi şəkildə :)
Eyniylə bakcell müştəri mərkəzlərində və sairə. orada da xidmət göstərən şəxslərə hər dəfə nəsə sual verndə, üzlərində elə mimika yaranır ki, sanki səni acılayıb qovalamaq istəyir, onlar anlamırlar ki,onların gün ərzində onlarla müştəriyə xidmət göstərib yorulmalarının mənə, sənə və ya başka birinə heçdə adiyatı yoxdu, bu onun işidir və işinin elə ilk qaydasıda onlarla müştəri qəbul etməsinə baxmayaraq hər bir müştərini gülər üzlə qarşılamaqdır.
Azercell nömrəmlə bir dəfə problem yaşamışdım zəngt etmişdim müştəri xidmətlərinə, yaşadığım problemi nə az nə azacıq düz 5-6 ay sonra həll etmişdilər. Əslində müştəriyə xidmət sahəsində fəaliyət göstərən işçinin müştəriyə yüksək səviyyədə xidmət göstərməsi ilk olaraq bir başa rəhbərliyin marağında olmalıdır, sadəcə qeyri peşəkarlıqdanmıdır nədənmidir bilmirəm, onlarda bu məsələyə heçdə önəm vermirlər.
Bu sahənin ölkəmizdə inkişafını gözləyənə qədər,. sizlər bir birinizə küçədə bacada gülümsəməyi unutmayın. Gülümsəyin cənablar, gülümsəyin :)

Facebookda izlə.

IMG_20140818_153759
Murad Məmmədov
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma