Robotlaşmış insanlar

Həyat bəzən çox qəribədir. Elə şeylər görürsən ki, istəyirsən hər şeyi bir kənara atıb gedəsən. İnsanlarla əlaqəli bütün hər şeydən əlaqəni kəsib bir başa təbiətlə əlaqəyə girəsən. İnsan ayağı dəyməyən yerlərə gedib, uzanasan torpağın üzərinə.
Çünkü hərdən elə gəlir ki, insanlar kordular, insanlar heçnə görmürlər. Tamam dünyada, dövlətdə və ən nəhayətində ailədə baş verənlər bu adamı belə formalaşdırıb, ama daha bu qədər də yox da.

Hərdən istiyirəm heçnə yazmayım, çünkü onsuz da insanlar yazılarımın mahiyyətinə varmayacaqlar, insanlar heç öz mahiyyətlərinə varmayıblar, mənim yaponların ixtira etdiyi qurğudan çıxan latin əlifbasi ilə yazılan mətinləriminmi mahiyyətinə varacaqlar ?

Baxıram ölkəyə, çatışmamazlıqlarına və nəyisə dəyişmək üçün özlərindən başlamayan insanlara, çox heyfislənirəm, üzülürəm.

Baxıram adətlərə ən-ənələrə vallah billah xar oluram, çünkü heç biri insanların biri-biriləri ilə mehribanlaşmasına, dostlaşmasına, qardaşlaşmasına xidmət göstərmir.

Adətlərin 98%i insanları birləşməsinə, dünyanın sülh və əminamanlıq içində olmasına xidmət göstərməkdən başka hər şeyə xidmət göstərir.

Axı nədir bu bəla insanlar düçar olublar ? insana bu qədər çətindirmi öz mahiyyətini dərk etmək ? görmürmü hər şey sevgi, birlik sülh olduğu halda gözəlləşir.

Nədir insanarın fərdilik üçün yalnız öz rifahı üçün apardıqları amansız mübarizə ? axı siz düşünmədən hey ora bura qaçan canlılardan deyilsiniz, siz fərqli yaradılmısınız. Niyə bir dəqiqə sakitcə dayanıb dərindən bir neçə nəfəs alıb qərar vermirsiniz ? nədir bu robotlaşmış gündəlik, aylıq illik rejiminiz ? bəlkə bircə anlıq, çox yox, gündə bircə anlıq dayanasınız ? bircə anlıq o lənətə gəlmiş robotlaşdırılmış proqramlaşdırılmış sisteminızı dayandırasınız və düşünəsiniz.

Heç hərdən bütün bunları niyə etdiyinizi düşünürsünüzmü ? əminəm ki 99.9% düşünmür, elə hey nələrsə edir edir edir…

Vallah bu rejimin sonu parlaq deyil nə sizin üçün nə bəşəriyət üçün.

İnsanların proqramlaşdırılmış rejimlə yaşadığını hər gün daha qabarıq şəkildə görürəm. Siz bir küçədə təsadüfən başka birisinə çırpılan insana baxın, görün kimsə kiməsə təsadüfən çırpılanda qarşı tərəf necə aqressiv baxışlar, hərəkətlər edir. Ama bir anlıq təmkinli olsa, o şəxsin bunu bilərək etmədiyini və bilərək etmməyən şəxsə zərrə qədər belə aqressia bəsləməyin çox səhv olduğunu anlayar və gülümsəyərək eybi yox normal haldır deyər, ama belə deyil.

Kiminsə haqda nəsə eşidəndə eyni reaksialar, küləyə eyni reaksiya, yağışa eyni reaksiya, hər dəfə hər şeyə necə eyni reaksiyanı münasibəti göstərmək olar axı ? niyə küçədə getdiyiniz zaman yağış yağarkən hər zaman eyni reaksiyanı verirsiz ? bir dəfə də getdiyinz yerə dayanın, addım atmayın, başınızı göyə qaldırıb yağış damlalarını hiss edin, əlinizi açın damlalar ovuclarınıza düşsünlə. Hiss edin yağışı, bu necədə möcüzəvi bir haldır, siz isə hər dəfə ondan qaçırsız.

Qorxursuuz xəstələnərsiz, yağış yağdı yağmadı il ərzində dəfələrlə soyuq dəymədən xəstə olursuz, nolar bir dəfədə belə olsun, bu vaxtacan qripdən olməmisinizsə bu dəfədə ölməzsiz qorxmayın. Ölüm gəlsə istidən də ölə bilərsiz, ondan qaçmaqla deyil. Ama əvəzində görün təbiətin sizə bəşx etdiyi möcuzəni necə hiss edəcəksiz, yağış damlasının hər dəfə sizin üzünüzə dodağınıza toxunuşunda…

İnsanlar düşünmürlər onlar tələsirlər, hər saat hər gün dahada tələsirlər, ama özləridə bilmirlər hara və niyə, hər şeyə tələsik qərar vermək, hər şeyə anı münasibət reaksialar və sairə.

Hər kəs pul və yüksək sosial status arxasınca qaçır, ama özləridə bilmirlər niyyə. Zəmanəmizdə insanlar etdikləri işlərin çox faizinin mahiyyətinə varmırlar.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

One thought on “Robotlaşmış insanlar”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma