“Bizim üçün, bizsiz heçnə” tədbiri başa çatıb.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və British Council tərəfindən dəstəklənən “Bərabər və Məsuliyyətli Cəmiyyət üçün inklüziv qərarlar” (IDEAS) layhiəsi çərçivəsində Ukrayna”nın Kiev şəhərində 13-17 oktyabr tarixində  keçirilən “Bizim üçün bizsiz heçnə” təlimçilər üçün təlim tədbiri başa çatıb. Tədbirdə layhiə”nin Azərbaycan üzrə kordinatoru olan Səbina xanım Quliyeva da daxil olmaqla Azərbaycanı 12 nəfərlik işçi (Media,Qht və dövlət qurumları nümayəndələri) grupu təmsil etmişdir. Tədbirdə Azərbaycanla yanaşı Ukrayna,Gürcüstan və Ermənistan dövlətləri də iştirak etmişdir.

Layhiənin əsas məqsədi, əlilliyi olan insanların cəmiyyət də
bərabər hüquqlu şəxslər kimi formalaşması üçün inkluziv qərarların verilməsinə nail olmaqdır.
Tədbir zamanı əsasən növbəti mövzular müzakirə olunmuşdur:
– İnkluziv qərarların verilməsində media, vətəndaş cəmiyyəti təşkilatlarının və dövlət təşkilatlarının rolu və birgə fəaliyyəti.
– Əlilliyi olan insanlara tibbi və sosial yanaşmanın fərqi və sosial yanaşmanın vacıbliyi.
– İnkluziv qərarların verilməsində inkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsi.
– Layhiə nin prinsipləri əsasında hazırlanmış vəsaitin hansı formada istifadəsinin mümkünlüyü.
– Müstəqil həyatın anlayışı, vacibliyi.
– Əlillik haqda istifadə olunması düzgün bilinən danışıq dili. (məsləhət görülən terminlər)

Və sairə mühüm mövzular iştirakçılara təlim şəkilində təqdim edilmişdir.
Tədbirin məqsədlərindən biri də, iştirakçıların öz ölkələrinə döndukdən sonra, Kiev də əldə etdikləri bu təcrübəni  təlim şəkilində digər insanlara təqdim etmələridir.

İnkuziv qərarlar barədə az məlumatı olan oxucular üçün qeyd etmək istərdim ki, inkluziv qərar hər hansısa bir grup insanlar üçün qərar veriləndə, o grupun üzvləri ilə birgə və ya o grupu da nəzərə alaraq  verilən qərarlara deyilir.
Fikir versəniz, ölkədə əlilliyi olan insanların cəmiyyətə sosial inteqrasiasına mane olan xeyli məqamlar var, çünkü verilən qərarların əksəriəti ya birtərəfli şəkildə verilib və qərarın verilməsində heç kəsin fikiri öyrənilməyib və ya qərar verilrkən hər kəs nəzərə alınmayıb. Bu səbəbdən Bərabər və məhsuliyyətli cəmiyyət üçün verilən qərarlar mütləq şəkildə inkluziv yəni hər kəsi düşünərək verilməlidir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma