Canlı konsertdə biyabırçılıq!

Bu gün Heydər Əliyev adına respublika sarayında 3 dekabr beynəlxalq əlillər günü münasibəti ilə konsert proqramı təşkil olunmuşdu. Elə konsertin əvvəindən gördüm ki, əlilliyi olan insanları təsfir edərkən kifayət qədər böyük yanlışlara yol verirlər, ama düşündüm ki,
əşi hər zamankı səhvlərdidə eybi yoxdu.

Ama təsəvvür edin, aparıcı o qədər bu mövzudan bixəbər idi ki, növbətdə ifa edəcək əlilliyi olan müğənnini təqdim edərkən belə deyir: “indi isə çıxış edir,  fiziki qüsurlu filankəs” bu bilirsiz nədir ? bu biyabırçılığın son həddidir. Birincisi sən o sözü dedin demədin zatən adam çəliklə gəzir, o səhnəyə gələndə tamaşaçılar onun əlilliyi olduğunu görəcəklər, bunu xsusi olaraq vurğulamağa ehtiyac yoxdur. İkincisi isə, fiziki qüsurlu sözü səhv ifadədir, olmaaz!! bezdik bu sözü deməkdən. Qüsursuz insan yoxdur, həmdə qüsur sözü ayıb və səhv birşey kimi təsfir olunur insanın ağlında. Əlilliyi olan şəxs demək bu qədər çətindir ? ama günahkarın yekası bu sahədə məlumatsız olan şəxsi ora aparıcı qoyandadır!

Konsertin ortalarına çatana kimi o qədər “fiziki qüsurlu” sözü işlədilmişdi ki artıq əsəblərim korlanmışdı, ama supriz qarşıdaymış. Diməli qardaş, əhalinin sosial müdafiyəsi nazirliyində fəaliyyət göstərən bir xanıma çıxış üçün söz verildi, xanımda qayıt denən ki: “qarşıdan 3 dekabr gəlir, bu münasibətlə əlilliyi olan bacılarımızı qardaşlarımızı təbrik edirəm”

Nəəəə?! təbrik ?! bu nə axmaqlıqdır?! Siz bir bunu canlı olaraq təsəvvür edirsiz ? yaxınlaşırsız bir əlilliyi olan şəxsə və deyirsiz, 3 dekabr əlillər gününüz mübarək olsun, qayıdıb soruşursan ki, nə üçün təbrik edirsən məni ? oda qayıdır ki, bəs, əlillik qazanmısanda ona görə.
Onda çıxaq 20 yanvar günüsü camahatı təbrik edək də,  nə olsun ki onlarla insan vəfat edib, 20 yanvar günü qeyd edilir ki, əsas odu.

Bu çıxışdan sonra mən konsert zalını tərk elədim. mən bunu həqiqətən gözləmirdim, canlı konsert və yüzlərlə tamaşaçı içində əlilləri 3 dekabr münasibəti ilə təbrik etmək özüdə bir başa əlilliyi olan insanların hüquqları və sosial təminatı ilə məğul olan qurumun nümayəndəsi tərəfindən. Mən 4 ildi gecəmi gündüzümə qatıram, az qala hər gün kilometrlərlə piyada yol gedərək tədbirlərdə çıxışlar edirəm ki, əlillik və  əlilliyi olan insanlar barəsində yanlış düşüncələr, ifadələr aradan qaldırılsın, hansısa əlilliyin nə olduğunu dəfələrlə görsədə dərk edə bilməyən şəxs çıxsın səhnəyə yüzlərlə tamaşaçı qarşısında belə biyabırçılıq eləsin ?

Azərbaycan da 530 min, bəli bəli təxminən  530.000 əlilliyi olan şəxs var, bu təxminən Azərbaycan əhalisinin 5-6% nin əlilliyi olan şəxs olması deməkdir. Bu qədər insanın imicinə  xələl gətirən, onlar barəsində yanlış düşüncələrin yaranmasına səbəb olan şəxslərin bu sahədə fəaliyyət göstərməsinə necə göz yumurlar ?

Bu biyabırçılığa son vermək və həqiqətən əlilliyin nə olduğunu bilən ekspertlərin cəlb edilməsinə başlamaq lazımdır! yoxdursa da, hazırlanmalıdır.

ps.  3 dekabr əlillərin bayramı deyil, 3 dekabr əlilliyi olan şəxslərin problemlərinə diqqətin yetirilməsi üçün “beynəlxalq əlilliyi olan şəxslər günü”dür.  Kimsə birbaşa olaraq “dəliyə gündə bayram” prinsipi ilə yaşayırsa, xahiş edirəm kiminsə adından istifadə edib bayram etməsin, səbəbsizdə bayram edə bilərsiz :)

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma