Heç kəs müqsəddəs deyil

Bir qız dostum var idi, gəzən ölüdən fərqlənmirdi. Həmişə onunla görüşəndə və ya telefonla danışanda əhvalının yaxşı olmadığını hiss ediridm, elə bil ona heçnə maraqlı gəlmirdi. Mən bunun səbəbini biımək istəyirdim, və elə bir gün gəldi ki, o başladı mənə danışmağa.
O mənə illər öncə həyatında baş verən bir hadisəni danışdı və bu hadisədə bir başa özünün günahkar hesab etdiyini dedi, buna görədə heç vaxtı özünü bağışlaya bilmədiyini söylədi.
Mən artıq onun niyə hər zaman əhvalının  pis olduğunu və hər şeyin ona niyə maraqsız gəldiyinin səbəbini anlamışdım, səbəb onun özünü bağışlamaması idi.
Əslində bu çox mənfi bir haldır, çünkü səhv etmək tamami ilə normal bir haldır,  çünkü səhvsiz insan yoxdur. Hətta dinlər belə, Adəmin qadağan olunmuş meyvədən yeyərək səhvə yol verdiyini söylüyürlər.

Özü-özünü bağışlaya bilməyən və daima özü ilə konfliktə olan insan, hər kəslə konfliktdə olur. Səhvə yol verdiyinizi düşündüyünüz məsələlərə görə özünüzü bağışlayın, çünkü özünüzü bağışlamasanız, özünüzü sevə bilməyəcəksiniz. Özünü sevə bilməyən insan isə, nə əks cinsi, nə valideinlərini, nə digər varlıqları, nədə həyatı sevə bilmir. İnsaanları və həyatı sevmək insanın özünü sevməsindən başayır.

Əsas olan səhv etdiyinizi düşündüyünüz hadisələrdən nəticələr çıxarmanız və bu nəticələri gələcəkdə eyni səhvə yol verməmək üçün istifadə edin. Mən başa düşürəm, ola bilər ki, mənsub olduğunuz din və ya valideinləriniz etdiyiniz şeyin dəhşətli dərəcədə günah olduğunu sizə söylüyüblər, ama bu o demək deyil ki, siz həyatınızın qalan hissəsini özünüzü məhv edərək keçirməlisiniz.

Hər dəfə, tamami ilə hər dəfə nəsə səhvə yol verəndə özünüzü bağışlayın. Çünkü həyat davam edir və olduqca gözəldir :)

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov

One thought on “Heç kəs müqsəddəs deyil”

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma