Uşaqlığa qayıdaq, yoxsa indidə gec deyil ?

90-cı illərin gəncləri yaxşı xatırlayar, çünkü əksəriyyətində olub ondan. Söhbət dendi və seqa kimi komputerlərdən gedir.  Əvvəllər “dendi” də, “seqa” da, oyun oynayarkən müəyyən missiyanı tamamlamamış kompyuter önündən qalxmazdıq, elə indiki komputer oyunlarınıda bu cür ehtirasla bağlılıqla oynayanlar var.

Saatlarla gözümüzü ayırmadan, yerimizdən durmadan otururduq komputerin qarşısında, neçə dəfə uduzurduq “GAME OVER” yazılırdı, ama yenidən başlayırdıq, ta ki, verilən tapşırığı yerinə yetirənə qədər.

Bəs adi oyunda belə inadkarlıq etdiyiniz halda, niyə bunu real həyatda da etmirsiniz ? Döydüyünüz qapı üzünüzə açılmayanda niyə təkrar olaraq daha möhkəm döymürsünüz o qapını ? Niyə digər “qapılara” müraciət etmirsiniz?

Niyə görə harasa iş üçün müraciət edəndə yox cavabı alarkən, evə qayıdaraq iş yoxdu deyib başlayırsınız “vaxt öldürməyə”? Niyə o anda əsəbləşib, inadkarlıq edib, “sabah bu gün etdiyim müraciətdən daha çoxunu edəcəm” demirsiniz özünüzə? Əvəzində isə təslim olursunuz…

Niyə görə qarşınıza qoyduğunuz məqsəd uğurunda çalışarkən onu tamamlamaq üçün xırda bir detal çatışmayan kimi bir kənara atıb həvəsdən düşürsünüz ? Əvəzində isə o xırda bir şey çatışmayana qədər nə boyda işlər görüb o nöqtəyə çatdığınıza fikir vermirsiniz ? Axı bu boyda işi siz görüb o məqama çatmısınızsa, o xırda detalı da həll etmək sizin üçün mümkün olan bir şeydir.

Həyat bəzən sizin qarşınıza çətin missiyalar çıxara bilər, bu normaldır. Elə uşaqlıqda oynadığımız o oyunlarda da çətin missiyalar olurdu, ama o missiyaları keçərkən mütləq bir bonus və hədiyyə qazanırdıq. Bu əksər hallarda “əlavə bir can” olurdu, yəni canımız bir dənə də artırdı.

Əslində o oyunları biz böyüdükdən sonra “oynadığımız oyunun” (yaşadığımız həyatın) kiçik bir modeli olaraq da qəbul edə bilərik.

Və anlamalıyıq ki,böyüdükdən sonra da qarşılaşdığımız çətinlikləri inadkarlıqla dəhf etdik də, mübarizə apardıqda ya bizə əlavə bir “can” (gələcəkdə qarşılaşacağımız çətinliklər üçün əlavə güc) ya da, oyunda qazandığımız bonuslar əvəzinə uğurlar qazanacağıq

Həyat sənlə oyun oynaya bilər, ama unutma ki, “pult” sənin əlindədir :)

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma