O vaxtlar whatsapp yox idi, sms yazırdıq.

İnternetdə bir qızla tanış olmuşdum. Demək olar hər gün internetdə virtual olaraq görüşür, saatlarla yazışırdıq, telefonla zəng edib danışırdıq, lakin heç vaxtı görüşməmişdik. Və xatırlamadığım səbəblərdən də, bir gün ayrıldıq.

Üzərindən 2 il ötdükdən sonra, işlədiyim internet kluba o qızın sinif yoldaşı gəlirdi, ünsiyyət yarandıqdan sonra bilmişdi ki, onun sinif yoldaşı ilə iki il öncə yazışmışam. Bir gün dedi ki, o qızı gətirim bir birinizi görün, elədə oldu.
O gün indidə yadımdadı, qız işlədiyim yerin qarşısına gəldi, çıxdım gördüm qizi, çox gözəl simaya və bədən quruluşuna sahib sarışın bir xanım idi. İkimizdə nədənsə çəkiniridk, nədə olmasa 2 il öncə uzun müddət danışmış ama bir-birini fotodan belə görməmiş insanlar idik. 5-3 dəqiqə söhbət etdikdən sonra getdilər və sonra bir daha görüşmədik.

İnternetin və xüsusən də, internet üzərindən tanışlığın Azərbaycanda hələdə inkişaf etməmiş zamanları idi, bu kimi maraqlı hadisələr çox olardı. O zamanlar çox şey indiki kimi yox, başqa cür idi. Kiminləsə internetdə yenicə tanış olarkən, ilkin söhbətlər təxminən bu formada idi: “Adın nədir?” “neçə yaşın var?” “Nə rəngi sevirsən?” “Sevgiyə inanırsan?” “Ailədə neçə nəfərsiz?” Və sairə kimi özümüzə məxsus şablonumuz va idi, necə deyərlər fakir ama mutlu olduğumuz zamanlar idi :)  Hələ uzun müddət dəbdə olan bir məsələ var idi, internetdən sevgi mesajlarını kopyalayıb qızlara, qızlar isə oğlanlara göndərərdilər, bəh bəhlədə oxuyub çox sağol diyərdik. İnternetdən götürülmə və hətta artıq neçə insandan eyni mesajı almağımıza baxmayaraq hələ bir əzilib büzülərək təşəkkür də edərdik. Heç yadımdan çıxmaz yenə internetdən tanış olduğum bir xanımla münasiətim var idi, tam səmimi söylüyürəm 16 ədəd ardı-arda sevgi mesajı göndərmişdi mənə, 2-3-nü oxuduqdan sonra bildim ki, məsələ nə yerdədir və qalan 13-14 nü oxumadan silmişdim, çünkü özümün də başqalarına göndərdiyim smslər idi ))) İndiki dövür də kiməsə internetdən sevgi mesajı götürüb göndərmək olar ? Adamı küçənin ortasında edam edərlər, bundan öncə isə yazdığın mesajı screenshot edib bütün inernetdə səni yaxşıca “məhşur edərlər”. İndiki xanımların diqqətini çəkmək üçün gərək dahi şəxsiyyətlərdən sitat gətirəsən, kreativ olasan, özündən amerika kəşf edəsən, o zamanlar isə bu iş sadəcə bir copy + paste qədər bəsit idi ))

Ən maraqlı məqamlardan biri isə “chat” yəni söhbət məkanlarında tanış olarkən, qarşı tərəfə öz şəkilini göndərmək məsələsi idi. İndiki kimi 13, 16 mg pixel ə sahib telefonlar yox idi qardaş. 0.3 – 0.5 mega pixel idi telefonlar, 1 və ya 1.5 megapixel kameraya sahib telefon işlədəndə xod gedən hesab olunurdun.
Təsəvvür edirsiz belə zəif çəkilişə sahib olan kameradan çıxan şəkili ? yo təsəvvür edə bilməzsiniz, təsəvvür etməniz üçün gərək o cür telefonla çəkilmiş fotonuz olsun və özünüzü fotoda güclə tanıyasınız, və beləliklə özünüzü güclə tanıdığınız fotonu çəkib usb ilə kompyuterə ordan da profilinizə yükləməli olurdunuz ki, sizin özünüzü güclə tanıdığınız fotonu qarşı tərəf görüb sizi tanımağa və bəyənməyə çalışsın, oysa siz o foto da 7-8 milyon digər bütün vətəndaşlara bənzəyirdiniz.

İndiki kimi sadəcə 2 klikə üzünüzdəki ən xırda nöqtəni belə dəqiqliklə çəkəb və çəkməklə qalmayıb anında göndərmək imkanına sahib deyildik. Hər adam da, mobil telefon olmadığı üçün əsasən ev telefonu ilə danışardıq, oda bir iki ay qızla hər gün yazışıb özünü ona tamami ilə sübut edərək nömrəsini aldıqda və ya əksər hallarda olduğu kimi öz nömrəni ona verdiyin zaman . Ondan sonra da telefonla saat təyin edərdiz və ev telefonunun başında gözləyərdiniz ki, telefon zəng çalanda, evdəkilərdən öncə siz götürəsiz. İndiki kimi, WhatsApp və digər bənzər mesencerlər yox idi, telefonun öz orijinal smsi ilə yazışardıq, kontur çatdırmadığımız üçün də, neçə neçə gözəl xanımlardan ayrı düşmək məcburiyyətində qalardıq.

Həqiqətən çətin ama çox şirin zamanlar idi. Daha saf daha az bilmiş idik. Çalışın indiki zəmanədə sahib olduqlarınızın qədrini bilin və ən əsası sağlam istifadə edin.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma