Gələcəyimiz “dvijenia” edir.

Onların öz musiqiləri, öz geyimləri və hətta öz sözləri var. Onların əsas məşğuliyyətləri, insanların xarici görkəmlərindən tutmuş düşüncələrinə qədər müdaxilə edərək, ona buna söz atmaqdır. İşləridə bərkə düşündə deyirlər ki, biz bütün bunları ona görə edirik ki, “camahatın anası bacısı var”

O gün axşam 28 mayda dayanacaq istiqamətində gedirəm. Mall”ın yanından keçəndə birnəfər yeniyetmə yaxınlaşdı ki, bəs nə olub niyə kastelnən gəzirsən falan filan ?
Dedim xətrinə deymiyim, marağına güc gələ bilməyib soruşur.

Nəysə bununla yol ilə söhbət edərək özümüzçün gedirik. Görürəm ki, əlində təsbeh fırlada-fıflada tam ərgənlik yaşayır. Qardaşın sualları bitdikdən sonra başladım mən buna suallar verməyə : ) Deyirəm neçə yaşın var ? deyir 17. Deyirəm harada qalırsan? deyir yasamalda. Və söhbətin kluminasia nöqtəsini gətirən sualı verəndə ki, gecə vaxtı bəs burada neyləyirsən ? dedi ki, “Dvijeniaya çıxmışam”. Ürəyimdə dedim, “o my gooood”
Maşın yolunu keçirik deyir asta ol, diyirəm narahat olma, bu yolu gündə 5 dəfə keçirəm, deyir yox ee, q**bə şeylərdi saxlamırlar. Hiss olunur ki, onun düşüncəsinə görə, elə öz dediyi kimi bir çoxları q***ə di, yalnız təsbeh fırladıb “divijenia”ya çıxanlardır “yaxçı oğlanlar”

Çox təəsüf edirəm ki, bu uşaqlar belə vərdişlərə və hətta deyərdim həyat tərzinə yiyələnirlər. Bəli həyat tərzinə, çünkü onlar üçün bu “vorovskoy aləm” dedikləri tam bir həyat tərzidir, əldə təsbeh, özlərinə məxsus danışıqlar, meyxana adi ilə janırı bilinməyən musiqilər dinləmək, geyimlər və sairə.

Əslində isə bu mənasız və boş vaxt itkisindən başqa birşey deyil. Çünkü bu idealogiya ilə yaşanılan həyat tərzi insana heç bir fayda və xeyir gətirmir. Əksinə müəyyən insanlardan uzaqlaşdırır. Mən çox istərdim ki, gənclərimiz çayxanalarda xarici kinolardan götürülmüş səhnələri və ya nağıllardan götürülmüş epizodları “lotu bəxtiyar” və sairələrinin başına gəlmiş hadisələr kimi qələmə verərək, saatlarla bu tip söhbətlər danışıb müzakirə etməsinlər.
Ondansa fikirləşsinlər ki, amerikalı və avropalı gənclər necə olur ki, hansısa bir telefon oyunu yaradırlar və milyonlar qazanırlar. Daha yaxşı olardı ki, yeniyetmələrimiz gecə saat 11 də əlində təsbeh küçədə dolaşaraq “dvijeniya” elədiklərini düşünməkdənsə, faydalı kitablar oxuyub tarixdə iz qoymaq haqda düşünsünlər. Çünkü onların maraq göstərdikləri bu tərz qaldı keçmişdə. Ola bilər ki, yenədə haradasa mafialar və mafia başçıları mövcuddur, ama əmin olun ki, bu sizin dinlədiyiniz meyxanalarda deyilənlər kimi və onları oxuyanların düşündükləri kimi deyil.

Əmin olun ki, mən hər kəsin şəxsi seçiminə hörmətlə yanaşıram, sadəcə bu tərz şeylər həqiqətəndə keçmişdə qaldı və bu tərz sizə xeyir gətirməyəcək, birdə nəzərə almalıyıq ki, sizin tərziniz heç kəsin hüququnu pozmamalıdır, lakin diqqət yetirsək görərik ki, sizin tərziniz məhs başqalarının həyat tərzinə müdaxilə etməklə, küçədə bacada sizin “mneniyanıza” uyğun gəlməyənlərə söz atmaqla zəngindir, o zaman bu yazı da sizin xətrinizə dəyməməlidir.

Əslində bu işlərə hökümət tərəfindən diqqət ayırılmalıdır və gənclərin asudə vaxtlarını faydalı keçirmələri üçün dövlət səviyyəsində səylər gücləndirilməlidir.
Eyni zamanda studialarda yazılan, saytlarda yayımlanan və satışa buraxılan bu meyxana adı ilə yazılan bayağı mahnılara sərt qadağalar qoyulmalıdır. Çünkü bu tip bayağı mahnılarda “vorovskoy” həyat tərzi, bayağı sözlər, təhqirlər və narkomanianın təbliği açıq aşkar görünməkdədir.
Məhs bu mahnıların da, bu günkü uşaqlardan tutmuş gənclərə kimi, bu tərzə meyli olan hər kəsə birbaşa mənfi təsiri vardır.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma