Fərqli insanlar, fərqli düşüncələr.

tatto doctorİnsanların fərqli baxış bucaqlarının və onların hər birinin fərqli düşüncələrə xsuiyyətlərə sahib olmalarının təbii ki, ilk və ən mühüm səbəbi, onların müxtəlif yaşam şərtləri ilə və müxtəlif mühitlərdə yetişmələri və şəxsiyyət olaraq formalaşmalıdır. Çox ama lap çox az insan var ki, psixoloji və mənəvi olaraq güclü olur, böyüdüyü mühitə, yaşadığı şərtlərə uyğun olaraq deyil də, tamami ilə başqa mühitə və şəraitə xas xsusiyyətlərə sahib olur.
İnsanların qeyri adı və yanlış hesab etdiyi xsusiyyətlər xsusəndə əgər uşaqlıqda və ya yeniyetməlik çağında qazanılıbsa, bu zaman başqa cür olmaq mümkünsüz dərəcədə çətindir.

Mənim çox zaman çəkdiyim bir məsəl var. Söyləyirəm ki, istənilən bir restoranda özümdə daxil olmaqlar müştərilərin sakit tərzdə əyləşdiyi bir zaman, hər hansı bir müştəri ayağa qalxıb qışqırmağa söyüş söyməyə başlasa, mən dərhal o şəxsi qınamağa və mühakimə etməyə çalışmaram, ümumiyyətlə bu hadisəni unutmağa çalışaram, çünkü mən o insanın keçmişini, qarşılaşdığı hadisələri, yaşam şərtlərini bilmirəm, o insan bu hadisəni min cür səbəbə görə törədə bilər. o səbəblərin birindən belə agah olmadan mən o şəxsi necə mühakimə edə bilərəm ? tamam mən o şəxsin etdiyini dəstəkləməyə və bəyənməyə bilərəm. Ama bu o demək deyil ki, bu zaman mən dərhal özümdən uydurduğum səbəblərlə o şəxsi mühakimə etməliyəm. Xeyir, əsla!

Dediyim məsələlərlə bağlı bir neçə nümunə gətirə bilərəm:

– Sən kitabı oxuyursan, amma görmə məhtudiyyətli bir şəxs kitabı dinləyir.

– Sən dindar olduğun üçün yağışı rəhmət hesab edirsən, küçədə yaşayan bomj isə fəlakət.

– Sən bir qadını əxlaqsız hesab edə bilərsən, amma onun evdə çörək gözləyən övladı üçün, o “zəhmətkeş” bir anadır.

– Kiminsə saçının rəngi, stili, pirsinqi sənə o şəxsin azad və zövqlü düşüncəyə sahib olması kimi gələ bilər, ama o şəxs isə bütün bunları, istədiyi və zövqlü olduğu üçün deyil də, ona qoyulan qadağaların və ya ümumiyyətlə nələrinsə acığına edə bilər.

Bu misallar göstərir ki, insanların hadisələrə və məsələlərə baxış bucaqları, onların olduqları duruma və yaşadıqları şərtlərə görə dəyişir və bu tamami ilə normaldır. Çünkü bizlər hər birimiz ayrı-ayrı evdə və hətta bəzən evdən kənarda böyüyürük, və ayrı-ayrı insanlar tərəfindən (hal hazırda ən sevmədiyim sözlərdən birini işlədəcəm ) tərbiyyə alırıq. Ayri məktəblərdə oxuyur, ayrı məhəllələrdə yaşayırıq. Bu səbəbdən də, bu ölkənin qlamru da var, “qaqaş”ı da, və hər ikisi bir birinin tərzini bəyənməməkdə haqları olsa belə, hörmətsizlik etməkdə haqları yoxdur.

Sənin üçün həqiqət görünən birşey, başqası üçün cəfəngiyat ola bilər, və ya tam əksinə. Kiməsə nəyinsə həqiqət olduğunu bildirmək istəyirsənsə, bunu ona acılı sözərlə, rişxəndlərlə, kobudluqla, qınaqla etməyə cəhd göstərmə. Bacarırsansa sübut et və ya hiss etdir, bacarmırsansa öz həqiqət hesab etdiyini başqasının beyninə çəkiclə zorla yeritmə.

Dəfələrlə olub ki, ətrafımdakı tanışlarım kiminsə haqda fikirlər irəli sürüblər, mühakimə ediblər, lakin mən o şəxslə təsadüfən yaxından tanış olduqdan sonra, o şəxsin həmən o xsusiyyətlərə sahib olmasının, keçmişdə yaşadıqları ilə birbaşa əlaqəli olduğunu anlamışam.

Bir insanın nəyi nə üçün etdiyini bilmədə onu mühakimə etmək, ön yarğılarla qınamaq çox yanlışdır. Bu həmdə sizin daha sonradan yaxşı olmayan duruma düşmənizlə nəticələnə bilər. Eyni zaman da, sizin də bənzər duruma düşdükdə indi olduğunuz düşüncədə qalacağınıza zəmanət verəcək bir amil yoxdur. Heç bir şəxs dünyaya 30 yaşında olduğu kimi gəlmir, hər bir düşüncə və xsusiyyət yaşa dolduqca müxtəlif yollar ilə qazanılır və heçdə bu qazanılan xsusiyyətlərin hamısı bilərəkdən qazanılmır.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

“Fərqli insanlar, fərqli düşüncələr.” üçün 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma