Sahib olduqların, sənə sahib olarsa!

Onu çox sevirdim, dediyniə görə oda məni, münasibətimiz əla gedirdi, eyni zamanda mən onu itirməkdən çox qorxurdum, onu itirməmək üçün bir çox şeyi gözə almağa hazır idim.

Bir gün onun telefonuna göz gəzdirəndə gördüm ki, bir başqa oğlanla yazışıb. Sms’lərdə açıq aşkar xəyanət görünməsə də, adi sms”ə də bənzəmirdi. Qərara aldım ki, bunu onun özündən soruşum, və ondan soruşanda ki, bu oğlanla yazışmağın səbəbi nədir ? Dedi dostumdu, sadəcə təcili kontur lazım idi və sairə. O an üçün mən ona inanmışdım, ama get-gedə onun mənə sadiq biri olmağına şübhə ilə yanaşırdım, lakin heç cür ondan ayrıla bilmirdim, çünkü mən onu itirməkdən çox qorxurdum, onu itirməyi təsəvvür belə edə bilmirdim.

Bu səbəbdən daha sonra bütün əsəb sistemim pozuldu, onun etdiyi qəribə hərəkətlər məni ondan soyudur, onu itirmək qorxum isə ondan ayrılmağıma mane olurdu, məni ondan aslı edirdi.  Artıq tez-tez dalaşır bir neçə gün danışmırdıq. Və bir gün mən qərara gəldim ki, ondan ayrılım, düzdü çox çətin oldu, bütün hisslərim qarışmışdı bir birinə, həmçinin əsəb pozğunluğundan əziyyət çəkirdim. Lakin mən bunu başardım və o xanımdan həmişəlik ayrıldım.
Bu hadisə mənim üçün böyük bir dərs oldu, mən anladım ki, sahib olduqlarını itirməkdən qorxduğun zaman, onu itirməyi təsəvvür belə edə bilmədiyin zaman, artıq əlində olana sən sahib olmursan, əlində olan sənə sahib olmağa və səni idarə etməyə başlayır, artıq sən “sən” olmursan,  işin gücün yalnız sahib olduğunu itirməmək üçün çalışmaqdan ibarət olur, həyatdan ləzzət ala bilmirsən və az öncə qeyd etdiyim kimi, sahib olduqlarını gözə ala bilmədiyin zaman,  sahib olduqların sənə sahib olmağa başlayır.

Bu həqiqətən belədir. İşini çox sevirsən, itirməkdən qorxursan və bir gün işdə sənə haqsızlıq olunduğunda, haqqın tapdalandığında, itirmək qorxusu ilə bu haqsızlığa qatlanırsan, boyun əyirsən, göz yumursan, susursan, acıya dözürsən, niyə ? Çünkü itirməkdən qorxursan. Sahib olduqlarını itirməkdən aşırı dərəcədə qorxanların, hətta bütün ömürləri qorxu və vəs-vəsə içində keçir. Birdən ona birşey olar, onu  əldən çıxararam, itirərəm və sairə,  bu artıq əsarətdir!

Mən başa düşürəm, itirmək heçdə asan deyil, ama dözülməyəcək bir şey də deyil, ən azından nəyinsə köləsi olmaqdansa, o şeyi itirib azad olmaq daha yaxşıdır. Yox-yox! mən istəmirəm ki, insanlar çox vecsiz olsunlar, hər şeyə müvəqqəti hisslərlə yanaşsınlar, yox qətiyyən,  bu zaman başqa problemlər yaranar. Belə olacağı halda, ən azından ayrılıqların sayı yüksək olacağı və işsizlərin sayının artacağı dəqiqdir : )

Sadəcə çalışmaq lazımdır ki, arada sahib olduqlarını bir gün itirə biləcəyini də və itkini dünyanın sonu kimi qəbul etməyəsən, çünkü əbədi heçnə yoxdur,  özün belə əbədi deyilsən, bir gün özün də özünü itirəcəksən…

Əgər mütləq ki, nəyisə itirməkdən qorxmaq istəyirsənsə, o zaman şərəfini, ləyaqətini, mənliyini itirməkdən qorx!!  Çünkü bu qorxunun qorxusu yoxdur, bu zaman yalnız yüksələrsən.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

“Sahib olduqların, sənə sahib olarsa!” üçün 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma