Qucaqlaşmaqdan qorxan cəmiyyət

O günlərdə oturmuşam günü-gündən çiçəklənən, əslində isə günü-gündən mərmərləşən şəhərimizin fəvvarələr meydanında, birdə gördüm orta yaşlı bir xanım, yanında da bir neçə gənc qız, yaxınlaşdılar mənim yanımda oturan bir qadına və aralarında belə bir dialoq yaşandı:

+ Salam, olar sizi qucaqlayaq?
– Nə üçün?
+ Bir-birimizə pozitiv əhval bəxş etmək üçün.
– Qucaqlaşmadan olmaz?
Əsəbləşdim üzümü çevirdim, fikir vermədim qucaqlaşdılar ya yox, amma birdə gördüm ki, xanımdan ayrılıb mənim tərəfə yönəldilər və eyni sualı verdilər. Təbii olaraq “hə, əlbətdə olar” cavabı verdim, və xanımla qucaqlaşdıq, ardınca yanında olan bir neçə qız da da eyni xahişi etdi və proses təkrarlandı, doyunca qucaqlaşdıq və bir birimizə olduqca pozitiv emosialar bəxş etdik.

Haqqında bəhs etdiyim “Free Hugs” (Sərbəst Qucaqlaşma) aksiası  ilk dəfə  1986-cı il 21 yanvar Amerikada keçirilməyə başlanmışdır. Daha sonradan isə bir çox ölkələrdə bu aksia həm 21 yanvar tarixində həmdə digər adi günlərdə müxtəlif şəxslər tərəfindən həyata keçirilir. Bu günün yaranma tarixçəsi də çox maraqlıdır, belə ki, rəvayətə görə bir gün Xuan adlı bir şəxs hava limanında enir, lakin Xuanı qarşılamağa heç kəs gəlməmişdi, və o təyyarədən enən digər şəxslərin onları qarşılamağa gələnlərlə necə qucaqlaşmalarını təəsüf hissi ilə seyr etməyə başlayır. Və bu anda onun ağlına maraqlı bir ideya gəlir, o “flomaster” götürərək bir kağızın üzərinə “Free Hugs” yəni “Sərbəst Qucaqlaşma” sözü yazaraq kağızı başı üzərinə qaldırır. Və bir neçə saniyə sonra qarşısında yaşlı bir qadını görür, onlar qucaqlaşırlar. Qucaqlaşma bitdikdən sonra, söhbət əsnasında qadın ona deyir ki, ötən ilin bu günü qızı avtomobil qəzasında vəfat edib, bu il eyni gündə isə, sevimli iti.
Beləliklə ilk “Free Hugs” flashmobu gerçəkləşir.

Qucaqlaşmanın elmi cəhətdəndə çox xeyirli olduğu bildirilir. Beləki sevgi dolu dost qucaqlaşması: İmmuniteti gücləndirir, mərkəzi əsəb sistemini stimullaşdırır, qanda hemoqlobinin və həmçinin oksitosin hormonunun səviyyəsini artirir.

Amma çox təəsüf hissi ilə qeyd etmək lazımdır ki, bütün bunların bizim millətin əksəriyyətinə dəxli yoxdur. Çünkü bizdə insanlar arasında nəyinki qucaqlaşmaq, adicə qızla oğlanın əl verib görüşməsi belə əksəriyyətində yoxdur. Həddən artıq qapanıq və səmimilikdən qorxan bir topluma sahibik. O gün fəvvarələr meydanında rastlaşdığım bu hadisə də bunu birdaha fakt olaraq göz önünə sərir.
Hər zaman düşünürəm görəsən bunun səbəbi nədir ? Niyə bu qədər mühafizəkar və qapanıqdı insanımız ? Qız-Oğlan münasibətlərində başa düşürük, keçmişdən qalan adət ən-ənələrin və ailələrin övladlarını mühafizəkarlıqla yetişdirməsidir səbəb, ama daha bu dərəcədə də olmamalıdır. Çünkü bu kənardan çox pis görünür, insanlar sanki bir-birilərindən qorxurlar, hər yerdə qapanıqdılar. Küçədə, ictimai nəqliyyatda və yaşadığı binada belə insanlar ətrafdakılara qarşı qapanıq və qeyri səmimidirlər. Hətta bir-biriləri ilə tanışlığı olan insanların da dialoqlarına baxdıqda, görsürsən ki, heç bir isti sözlər və qarşı tərəfdə xoşuna gələn xsusiyyəti söyləmək və sairələr yoxdur. Yalnız salam, necəsən, və sairə. Ən “səmimi” və “isti” sözləri də: “Çox sağol”. Bu dəhşətdir.

Həyata baxış bucağım bütün bunlardan tamami ilə fərqli olsa da, bu ölkədə yaşamağım az qala mənimdə bəzən yanlışlıqla belə biri olmağıma səbəb olur. Buna görə iki dəfə ayrı-ayrı xarici ölkədə pis duruma düşmüşəm. Biri Ukraynada digəri isə Türkiyədə. Hər ikisində uzun aradan sonra qarşılaşdığım tədbir iştirakçılarından olan xanım, uzaqdan məni görən kimi təbəssümlə mənlə görüşmək üçün yanıma gəldiyində, düşünmüşəm ki, yəqin sadəcə əl verib görüşər, buna görə də əlimi uzadıb görüşmək istədiyim anda, görmüşəm ki, adam əslində qollarını açıb məni qucaqlaşmağa hazırlaşırmış. Ukraynadakında lap qeyri adı oldu. Bəhs etdiyim durum yaşandıqdan sonra, qadın dedi ki, mən sizi qucaqlamağa hazırlaşırdım, özzüm ölüm çox pis oldum, dərhal dedim ki, gəlin onda qucaqlaşaq, və hər ikimiz sanki yenidən görüşürmüş kimi sevgi dolu dost yana qucaqlaşdıq.

Küçədə tanımadığın birinə yaxınlaşıb nəsə soyuşmağa cəhd etdikdə, ilk reaksiaları elə olur ki, sanki bütün kəsici deşici alətlər və odlu silahlar sənin əlindədir və deyirsən ki, son duanı elə.
Bir dəfə görmədim ki, küçədə biri asqırdıqda, kimsə ona “Sağlam ol” desin, mən hər dəfə tanımadığım adama sağlam ol söylədikdə, üzümə elə baxırlar ki, elə bilirəm söyüş söymüşəm. Axı niyə insanlar öyrəşiblər yalnız tanıdıqları insanlara xoş söz deməyə və sevinc bəxş etməyə.
Bunu etməyə nə var ki, hamı öz tanışlarına edər bunu, insanlıq tanımadığın biri üçün və təmənnasız nəsə etməkdir. İnsanlar isə öyrəşiblər yalnız tanıdıqlarına, bilirsiz niyə ? çünkü bir biriləri arasında xətir hörmət var, bundanda belə çxıır ki, buda təmənna ilədir, qarşısındakı şəxs ona hörmət etdiyi üçün oda ona salam verir yada sağlam ol deyir, ama tanımadığı adam onu tanımır ona hörmət etmir deyə, ona salamda vermir, sağlam ol da demir, çünkü bunu etsə bu tamami ilə təmənnasız birşey olacaq.

Sizi əmin edirəm, insanlarla qucaqlaşmaq, onlara təbüssüm etmək, salam vermək, sizin əhvalınıza çox müsbət təsir edəcək. Pozitiv əhvala köklənəcəksiniz, bəsdirin bütün günü sanki ölkədəki bütün insanlar sizin problemlərinizdə bir başa günahkarlarmış kimi onlara üz turşutdunuz. Bu halda siz elə həmin bədbin əhvalda da qalmağa davam edəcəksiniz. Mən tanımadığım insanlara salam verməyi çox sevirəm. Xsusən də yol kənarında istənilən müxtəlif obyektlərdə çalışan şəxsləri gördükdə. Onlardan kimsə mənim salamımı aldıqda, o şəxsin bunu istiyərək və ürəkdən etdiyini hiss etdikdə, onlara hətta necəsiz sualını verirəm, bu anda  o şəxslərin durumlarını izah edib qarşılığında mənim necə olduğumu soruşduqları zaman, onların səs tonlarında olan minnətdarlıq hissini təsəvvür edə bilməzsiniz, xsusəndə yaşlı insanlar…

Həyatda yaşamaq həvəsini artıran şeylərdə məhs bunlardır. Nə pul, nə yüksək vəzifə sizi heç zaman daima yaşamağa həvəsləndirə bilməz. Çünkü mənəvi sevinc və əhval yüksəkliyi, heç bir zaman tam olaraq maddi və fiziki amillərlə bağlı ola bilməz. Əslində bizim insanın da daxilində səmimi olmaq, qorxaq olmamaq istəyi var, ama onlar öz hisslərini daxillərində boğurlar, onlar öz hisslərinin qatilləridirlər. Mənim vecimə də deyil kim mənim haqqımda nə düşünür onlara salam verdikdə. Ola bilər tanımadan salam verdiyim 10 şəxsin 8-i salamımı almasın, ama yerdə qalan o 2 şəxsin təbəssümü və qarşılığı, nəyinki 8 hətta 80 nəfərin belə susmasından daha önəmlidir və mənim günün qalan hissəsini xoş əhvalda keçirməyimə bəs edir. Bəlkədə belə şeylərə görə bütün günü gülürəm :)

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma