Reabilitasiya mərkəzlərində motivasiya seminarı

reabilitasiya mərkəzində seminar 1Daha öncədən də bildirdiyim kimi, artıq 3 ildir ki, Azərbaycanda Avropa komissiyası tərəfindən maliyyələşdirilən və “British Council Azerbaijan” təşkilatı tərəfindən həyata keçirilən “Bərabər və məhsuliyyətli cəmiyyət üçün inkluziv qərarlar” adlı layhiə həyata keçirilir. Layhiənin artıq sonuncu ili olmasına baxmayaraq layhiə çərçivəsində hələdə bir sıra tədbirlər keçirilməyə davam edir.

Bu tədbirlərdən ikisi də geridə qoyduğumuz may ayının 22 və 27 tarixlərində baş tutmuşdur. Beləki ilk olaraq 22 may tarixində Ramana qəsəbəsində yerləşən “Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya” mərkəzində, daha sonra isə həmən ayın 27-si Əhmədli qəsəbəsində yerləşən “Bakı protez ortopedic bərpa mərkəzi”ndə motivasia seminarları keçirilib.

“Sən Güclüsən” adlı keçirilən bu seminarlar təlimçi olaraq mən Murad Məmmədov və ilk dəfə olaraq tərəf müqabilim Orxan Adigözəl tərəfindən təqdim olunmuşdu. Seminar əsasən iki hissədən ibarət olmaqla:

•Əlillik nədir? Əlilliyin anlayışı fəlsəfəsi
•Əlilliyi olan insanlara olan mövcüd yanaşmalar.
•Əlilliyi olan məhşur isanlar.
•Doğru və neytral hesab edilən danışıq etiketi.
•Özünə inam nədir, bizə nə verir?
•Özünə inanaraq tarixdə ilkə imza atmış insanlar haqda.
•Özünə inamı bərpa etməyin yolları.
Mövzularını əhatə edib.

Bu seminarların əsas məqsədi, qeyd edilən reabilitasiya mərkəzlərində iştirak edən əlilliyi olan insanlarda ilk növbədə düşdükləri mövcud durumu doğru şəkildə anlamaları dərk etmələri və daha sonradan isə seminarın ikinci hissəsində də qeyd edildiyi kimi, özünə inam səviyyəsini artıraraq həyata daha pozitiv baxaraq, öz üzərlərində çalışıb sosial nailiyyətlər qazanmaları üçün motivasia etməkdir.

Seminarların təşkil olunmasında göstərdikləri dəstək üçün”British Council Azerbaijan”rəhbərliyinə və xsusən layhiənin Azərbaycan üzrə koordinatoru Səbinə xanım Quliyevaya və reabilitasiya mərkəzlərinin rəhbərlikllərinə, həmçinin Ramana qəsəbəsində yerləşən reabilitasiya mərkəzində foto+video çəkiliş apardıqları üçün başda İlham Məhərrəmli olmaqla Arabaçı Tv əməkdaşlarına təşəkkürümü bildirirəm.

Advertisements

Reabilitasiya mərkəzlərində motivasiya seminarı” üçün bir cavab

  1. Geri bildiriş: Məntiqsiz Motivasiya | Murad Mammadov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma