Pozitiv olmağın 6 qaydası

positive - 6 qaydaPozitiv Olmaq – Bəzən insanlar bunu xoşbəxtliklə səhv salırlar. Bəzən isə özünü aldatmaq heab edirlər.

Əslində isə pozitivlik bunların heç biri deyil, çünkü xoşbəxtlik fərdi anlayışdı, hər kəsi bir ayrı şey xoşbəxt edə bilər, və səni xoşbəxt edən birşey başqasını nə xoşbəxt edə bilər, nədə pozitiv. Pozitivlik özünü aldatmaqda deyil qətiyyən. Ona görə ki, hər bir çətnlikdə və ya xoşa gəlməz hadisədə, mütləq ki, dahada çətini ola bilərdi və ya yaşadığınız xoşa gəlməz hadisənin daha pisi ola bilərdi. Bilirəm indi hər hansısa bir Problemi olan oxucu ürəyində deyir ki, bundanda pisi ? bəli bundanda pisi! Əgər qarşılaşdığınız problemləri dünyanın sonu hesab edirsinizsə, deməli siz fiziki olmasada, düşüncə baxımından görmə məhdudiyyətlisiniz, ətrafa yaxşı baxa bilmirsiz.

Yaxşı bəs nədir pozitivlik ?

Pozitivlik və pozitiv insan – Mən professorların, alimlərin söylədiklərini googledə tapıb tərcümə edərək sizlə bölüşə bilərəm, ama bilirəm ki, sizə bu lazım deyil. Sizə sizinlə eyni cəmiyyətdə yaşayan sizlərdən olan birinin qarşılaşdığı çətinliklərə, gündəlik məişət qayğılarına və sairə yorucu amillərə baxmayaraq pozitiv ola bilən və ya ən azından olmağın qaydalarını bilən birilərinin təcrübəsi lazımdır.

Pozitiv olmaq bəzən yerə döşənmiş metlax və asfaltın arasından özünə yer tapıb cücərən boy atan bitkidir.

Nabranda çəkdiyim foto
Nabranda çəkdiyim foto

Bəzən hər hansısa bir yerə bir nəqliyyat istifadə edib  30 dəqiqəyə çata biləcəyin halda, o nəqliyyatın sənə uyğun və əlverişli olmadığı üçün, iki nəqliyyat istifadə edərək gedəcəyin yerə saat-yarıma çatmağına baxmayaraq, nəticədə bunu sənin özünün və hər şeyə rəğmən etməyinin sevincini yaşamaqdır. Bəzən arzuladığın universitetə daxil ola bilmədikdə, imtahandan kəsildikdə, gələn il yenədə imtahanların olacağını dərk edib bədbin olmamaqdır.

Pozitivlik qaranlıq bir mühitdə pilləkan qalxarkən, atdığın addımda ayağın boşa getdikdə, artıq boşluğun harada olduğunu bilmək və növbəti addımı daha sağlam yerə atacağına sevinməkdir.

Bəzəndə bu,  hər hansısa bir məqsədinə çatacağın zamana qədər, hazırkı günlərini bədbin keçirərək, kefsiz əhvalsız dolaşaraq boş vaxt keçirməyin mənasız olmasını bilməkdir. Gələcək onsuzda gələcək, siz bu gün gülsəzdə, ağlasazda, bəs onda niyədə gülməyək ?

Küçədə qaşqabaqlı gəzən xalanı yaddan çıxarıb, küçədə quşları yemləyən balacanın sevinciə şərik olmaqdır bəzən pozitivlik.

Fəvvarələr meydanı yaxınlığında çəkdiyim foto.
Fəvvarələr meydanı yaxınlığında çəkdiyim foto.

Pozitivlik hər bir şeydə yaxşını görə bilməkdir. Yəni cibindəki 10 manatın 5 manatını itirdiyin üçün üzülməkdə, digər 5 manatının hələdə qaldığı üçün sevinməkdə sənin əlindədir. Sən seçəcəksən və əhvalında ona uyğun formalaşacaq, əhvalına görə də günlərin.­­

POZİTİV OLMAĞIN 6 QAYDASI.

  1. Keçmişdə heç ev telefonunun olmadığı bir zamanda, kimsə çıxıb desəydi ki, gələcəkdə mobil telefon olacaq və filan-filan funksiaları olacaq, o adamı dəli hesab edərək içəri basardılar. Ama bu gün nə baş verib ? Biz hətta iPhone mobil telefonunun 7-ci versiyasının çıxmasını gözləyirik.  Yəni keçmişdə mümkünsüz və inanılmaz hesab edilən bir çox şey bu gün tamami ilə realdır. Bu o deməkdir ki, əgər sizin hər hansısa bir probleminiz varsa, çətinliyiniz varsa, bu sabah həll oluna bilər, bu qədər mümkünsüz şeylər mümkün olduğu halda, siz niyə düşdüyünüz çətinliklərin, qarşılaşdığınız problemlərin həllini mümkünsüz hesab edirsiz ki ?

Hər hansısa bir problemlə və ya çətinliklə üzləşdikdə, onun sabah, sabah olmasa belə birsigün həll oluna bilinəcəyini xatırlayın.

  1. Mən başa düşürəm dostları hər hansısa sizə adiyatı olmayan xüsusiyyətlərinə görə qiymət vermək, dəyərləndirmək doğru və etik deyil. Lakin danılmazdır ki, ətrafımızda bədbin və pessimist düşüncəli insanlar çoxluq təşkil etdikdə, biz özümüzdə istəmədən onların aurasına düşürük və get-gedə onlar kimi düşünməyə başlayırıq, ən azından onların daimi bədbinlikləri bizim əhvalımızın korlanmasına təsir edir. Problemi olan dostlarınızla əlaqəni kəsin demirəm, əksinə bacardığınız qədər kömək edin. Lakin belə düşüncəli insanlarla tanışlıqdan və daimi ünsiyyətdən çəkinin.

Ətrafınızda çoxluğu pozitiv və nikbin düşüncəli olan insanları cəmləyin, unudmayın ki, insan təsirə düşməyə meyilli varlıqdır.

  1. Uzun müddət qapalı  və xsusəndə havalandırması yaxşı olmayan məkanlarda vaxt keçirmək insan beynini yorur və başını ağrıdır ki, buda nəticədə əhvalında korlanmasına səbəb olur. Doğrudur çox gözəl qapalı məkanlar var, hansı ki orada əylənmək, zaman keçirmək insana xoş gəlir. Lakin bu havalandırması yaxşı olan məkanlarda olsa yaxşıdır. İnsan beyni təmiz havada daha sağlam düşünür, rahat nəfəs almaq və oksigenin verdiyi enerjini hiss etmək insanın əhvalına müsbət təsir edir.

Tez-tez açıq havada vaxt keçirin,  dostlarınızla görüşün, yaşıllıq üzərinə uzanın, torpağı, yaşıllığı hiss edin, təbiət enerjisinin bədəninizə hopmasına icazə verin. Gəzmək şərt deyil, təmiz havada oturaraq vaxt keçirmək belə müsbət düşünməyə kömək edir.

  1. Tanışlarımdan biri çox nadir hallarda harasa gedirdi, əksər hallarda evdə oturur və bədbin düşüncələrə qapılırdı, özünü yararsız biri hesab edirdi. Harasa getməyə cəhd etdikdə belə, tərəddüd edirdi gedim ya yox.  Məhs bu da anlaşılandır, çünkü insan uzun müddət evdə oturduqda passivləşdikdə, bu dahada tənbəlləşməyə və passiv həyat tərzi keçirməyə səbəb olur. Özüm 2 gün evdə oturduqdan sonra harasa getməyə ərinirəm. Ama unutmaq lazım deyil ki, uzun müddət passiv gün keçirmək insanda pessimist düşüncələrində yaranmasına yol aça bilər. Məsələn əgər beyninizdə hər hansısa bir çətinlik haqda düşünürsünüzsə, bütün günü evdə olduqda o mövzunu daha çox düşünəcək və daha çox üzüləcəksiz. Mən məhs həmən dostumla bir neçə gün ardı arda harasa getdikdən sonra, onda canlanmanın daha enerjili olmağının şahidi oldum.

Uzun müddət evdə qalmayın, tamaşaya gedin, kinoya gedin, canlı musiqi dinləyin. Ən əsası, uzun müddətdir evdən çıxmırsınızsa, birinci addımı atmaq sizə çətin gəlirsə, birinci dəfəni nəyin bahasına olursa olsun özünüzü məcbur edin. Gedəcəyiniz məkana artıq çatdıqda, daxilinizdə deyəcəksiniz: “Nə yaxşı ki, gəlmişəm”

  1. İnsanın özünü yüksək qiymətləndirməsi, özünə hörmətin yüksək səviyyədə olması onun əhvalına və həyata pozitiv baxmasına birbaşa təsir edən amillərdən biridir. İnsanın özünə hörmətin yüksək olmasına səbəb olan ən yaxşı vasitələrdən biri isə başqalarına yaxşılıq etmək, faydalı işlərlə məşğul olmaq, cəmiyyətə töhvə verməkdir.

Tez-tez rastlaşdığınız və həll olunması üçün birşeylər etmək istədiyiniz bir və ya  bir neçə sosial problemlərlə daha yaxından ilgilənin,  o problemlərin aradan qalxması üçün əlinizdən gələn hər nə olursa edin, heçnə yoxdursa bu yolda mübarizə aparan insanlara qoşulun, bu xoş fəaliyyətə dostlarınızı cəlb edin, cəmiyyətə xeyir gətirən işlər görün.

  1. Heçnə bacarmayan, dar günündə kimsədən aslı olmamaq üçün bacardığı birşey olmayan şəxs əlbətdəki pessimist olacaq. Sosial uğurlari olmayan, daima kimdənsə maddi mənəvi aslı olan şəxslərin gələcəyə nikbin baxması qəliz məsələdir, buna görədə:

Özünüzü inkişaf etdirin, mütləq şəkildə ən azı bir ixtisas və sahə üzrə özünüzü peşəkarlaşdırın. Qazanacağınız hər bir uğur gələcəyə daha pozitiv və nikbin baxmağınıza yardım olacaq. Nə qədər gec deyil fəaliyyətə keçin!

Hazırda mənim 25 yaşım var, qarşılaşdığınız çətinliklərin problemlərin dəfələrlə artığını yaşamışam və yaşamaqdayam. Bu azmış kimi, Daima başqa şəxslərin çox dramatik, qəliz hekayələri ilə tanış oluram, bəzən bu hekayələrin bir iştirakçısına çevrilirəm, bəzən isə 5 nəfərdən birinin qarşılaşacağı qeyri adi və gözlənilməz durumlar mənim qarşıma çıxır.

Sənin universitet problemin varsa, mən heç məktəbə getməmişəm. Sənin karyera problemin varsa, mənim bir zaman heç bir ixtisasım bacarığım yox idi.  Sənin sevgi problemin varsa, yaşadığım əndirəbadi sevgi hekayələrini danışsam bir-iki kilo günə baxan tumu bitirərsən. Məsələ onda deyil ki, mən səndən çətin şeylər yaşamışamsa, daha çətin hadisələrin baş qəhramanı olmuşamsa, sən daha azını yaşadığın üçün özünə təskinlik verib, sevinməlisən. Yox! Bu çox ucuz motivasiadir və məntiqli deyil.

Məsələ burasındadır ki, bütün bunlara rəğmən mən həyata pozitiv baxıram, bütün bunlar mənim hər gün diyib gülməyimə, əylənməyimə mane ola bilmir, diməli bunu səndə bacararsan, hədda daha artığını! Bütün bunları edə bilməyim üçün məni səndən fərqləndirəcək bonus qulağım və ya ikinci beynim yoxdur.

Hər şeyə rəğmən həyat davam edir. Hər bir hadisənin hər bir məsələnin, əşyanın və sairənin mütləq ki yaxşı tərəfidə vardır. Sadəcə sən tənbəllik etməsən, o şeylərin digər, yəni müsbət tərəflərinidə axtarsan tapsan, pozitiv düşünə biləcəksən.  Bu ağırlıqda baş sənə dekorativ bəzək əşyası olaraq verilməyib, onu arada işlət, işlət və bil ki, nəyi necə görmək istəyirsənsə o cür də görürsən. Deməli nə etməlisən ? ay sağol, artıq işlədirsən o başı, deməli  sən, qarşılaşdığın və ya baş verən hadisələrdə, yaşadığın məhlədə ölkədə və dünyada yaxşı və pozitiv şeyləridə görməlisən, yəni bunu istəməlisən, buna cəhd etməlisən. Bayaq dediyim kimi, kim necə istəyirsə o cürdə görür. Bilirsən, əgər biz bu dünyaya gəlmişiksə, “istifadə müddətimiz” bitənə qədər davam etməliyik. Yarı yolda ağlamağa başlamaq, pessimist olmaq zəiflərin və qorxaqların işidir. Qorxaq olma, pozitiv düşün və davam et, həyatda heçnə daimi deyil, həmçinin çətinliklər və çətin hadisələrdə. Müləq ki, ən azı bir dəfə nəsə səni valeh edib, nəsə sənə inanılmaz xoş təəsürat bağışlayıb, nəsə səni hər şeyə rəğmən həyatın gözəl olmasına inandırıb. Hə bunlar səninlə mütləq ki ən azı bir dəfə baş verib. Baş veribsə deməli yenədə və hər gün baş verə bilər, YETƏRKİ SƏN BƏDBİN OLMA, PESSİMİST OLMA. NİKBİN OL, POZİTİV OL.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

“Pozitiv olmağın 6 qaydası” üçün 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma