Gəmi kapitanı indi küçədə yaşayır

Bəzi məmurlarımızın uzaq görən, yaxın vuran siyasəti səbəbi ilə sahil metrosunda lift və pilləkan olmadığı üçün yalnız eskalator olduğu üçün və mən eskalatordan istifadə edə bilmədiyim üçün 28 maydan gəzə-gəzə bəşir səfəroğlu küçəsinə gedirdim. Üzeyir Hacıbəyov adına musiqi konservatoriyasına çatanda havanın isti olması səbəbi ilə yoruldum, dedim oturum bir siqaret çəkim. Təzə oturmuşdum ki, soluma baxanda gördüm məndən 1-2 metr aralıda bir yaşlı dayı oturub, ağacın dibində iştaha ilə nəsə yeyir. Həyatdır hər şey ola bilər, insanlar müxtəlifdir deyib  çox baxmadım təbii ki. Təxminən  4-5 dəqiqə sonra yeməyini bitirib paketləri səliqəli şəkildə bükdükdən sonra mənə söylədiki, “bəlkə konturun olar zəng etməliyəm, bayaqdandı neçə nəfərə söyləmişəm, yoxdu deyiblər” tərslikdən həmən anda balansım 1 qəpik təşkil edirdi. Lakin dedim ki, vacibdirsə mağazadan kontur alıb verim sizə.

Bu səbəblə ünsiyət yarandıqdan sonra səylədi ki:

Bayaqdandı 10 a yaxın kafe restoran gəzmişəm ki, mənə bir qab yemək verin nahar edim, acam. Lakin hamısından rədd cavabı almışam. Axırda bir cavan oğlan eşitdi bunu, getdi mənə su və mal əti konservası aldı. Soruşdu ki, çörəyin var ? uatndım yox söyləməyə, birdə əziyt vermək istəmədim, yalandan hə dedim. Çörəyidə getdim zibillikdən götürdüm, sağolsunlar zibilin içinə atmamışdılar, zibil qabının kənarından asmışdılar. Düzdü quru idi, ama yedim birtəhər.

Mən özüm universiteti Leninqrad şəhərində oxuyub bitirmişəm. “Qafur Məmmədov”un gəmisində kapitan çalışmışam. Dolların gizlincə milli pul ilə dəyişdirildiyi zamanda, mənim dollarlarım var idi. Dənizçilər üçün nəzərdə tutulmuş binada evim, avtomobilim və sairə. Bir sözlə maddi durumum çox yaxşı idi. Gəmi ilə xarici ölkələrdən birində idim, (adını demişdi, unudmuşam) Saşa adında biri mənə “Çorna jopa” (qara *öt) dedi, 3 dəfə təkrarən soruşdum ki, mənə deyirsən ? hər üçündə hə sənə deyirəm dedi,
Getdim bıçağı götürdüm gəldim Saşanın başını kəsdim. Qaçmadım gözlədim ki, gəlib məni həbs etsinlər.

Uşaqlıqda mənim atam olub, ama Anam olmayıb, ögəy Anam olub. Hər zaman məni çimdikləyirdi, indinin indisində kimsə mənə qəfil əlini uzadanda diksinirəm, yuxuda belə diksinirəm tez tez. Əsəbi olmuşam. Cinayət hadisəsini törətdikdən sonra, mənə həmən ölkədə 15 il həbs cəzası verdilər.
Cəza çəkdiyim müddət içərisində, tibbi müayinəyə aparıldığım zaman digər məhbus bir qadınla üz-üzə gəldik, hər ikimizin həbs cəzasi eyni bitdi, 5-6 gün fərq var idi. Bir-birimizi sevdik oda mənimlə birgə Bakıya gəldi, tatardı.

Qadının Bakıda montin adlanan ərazidə atasına məxsus evı var idi, hansı ki, bu qadına qalacaqdı. Ama həbsdə odluğu zamanda, xalası gəlib başını aldadaraq evi öz adına keçirmək üçün vərəqə imza atdırıb.
İndi ikimizdə küçədə yaşıyırıq, “Qaqarin” mostunun yanında qaraj var, onun həyətində yer veriblər, ama açıqdı, bidənə divan stol stul qoymuuq açıq havada yatırıq gecələr. Naharımızı isə burada konservatoriyanın həyətində edirik, hər gün saat 2 də burada oluruq, axşamda saat 7 də. Ümumiyyətlə günün əksər saatlarını burada oluruq, ancaq yatmağa gedirik ora, bəzən isə elə burada qış parkında gecələyirəm. Səliqəsiz və çirkab içində olmamaq üçün, restoranların tualetinə girib üzümü qırxıram, ayaqlarımı yuyuram, hər dəqiqə əllərimi yuyuram. Mən istəmirəm yenidən həbsə düşüm, oğurluq etmək istəmirəm. Mən istəyirəm dövlət və ya imkanlı şəxslər mənə yardım etsinlər, mənə iş versinlər, qalmağa yer versinlər.

PS. Bəhs etdiyim şəxs “Cabbarov Fərhad Sabir Oğlu”dur. Danışdıqlarını səmimi hesab etdim, cibindəki şəxsiyyət vəsiqəsinə qədər baxdım, Doğrusunu söyləsəm mənim şəxsiyyət vəsiqəmdən daha şax və səliqəli idi. Həmən an üçün üzərimdə olan maddi vəsaitin imkan veriyi qədəri ilə kömək etdim, ən azı axşam şam yeməyi yeyə bilməsi üçün…
Səliqəsinə təmizliyinə fikir verən biridir, yediyi yeməyin paketini, qabını belə apardı zibil qutusuna atdı, bir çoxu kimi  ortalığa atmadı. Məqaləni oxuyan hər kəsdən xahiş edirəm bu cütlüyə dəstək olsunlar, kimin nə cür gücü çatırsa. Bu şəxsin hal hazırda ən çox işə və qalacaq yerə ehtiyacı var, insanlardan küçədə nəsə istəməkdən utanır, ən azı bunu mənə danışarkən saxlaya bilmədiyi göz yaşları göstərir. Kimin hansı formada dəstəyə gücü çatırsa əsirgəməsin, ən azından bu məqaləni paylaşın.

Mənə dedi getmə saat 7 ə qədər gözlə yoldaşım gəlsin, gedək bulvara gəzməyə, o xoşlayır bulvarda gəzməyi….
Başqa birinə söz vermişdim deyə qala bilmədim. Danışdıqlarının bəzilərini qeyd edərək, maddi dəstək göstərərək və anlatdıqlarının təsiri altında sağollaşıb yoluma davam etdim. Ayrılarkən “gələn səfər gələndə imkan olsa mənə ev yeməyi gətir” deməsi isə, uzun müddət xatirimdən çıxmayacaq.

keçmiş gəmi kapitanə 3

keçmiş gəmi kapitanə 2

keçmiş gəmi kapitanə 1

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma