FAHİŞƏLƏRİ SEVİN

fəhişələri sevinO hər zaman ac idi, nə qədər versəmdə doymurdu, hər zaman və hər zaman daha çox istəyirdi. Yox bəziləri kimi nə bahalı geyimə, nə pula nədə yeməyə, o sevgiyə ac idi, axı cəmiyyət fahişələri sevmir…

Bəzən sən isti evində yatağında yatarkən, o pul qarşılığında tanımadığı kişilərlə yatırdı. O oqədər “fahişə” idi ki, boşanandan sonra övladını çölə atmamışdı, uşağını həmdə anasız qoymaq istəməmişdi. O həmdə ona görə fahişə idi ki, müraciət etdiyi 5 iş baş vurusunun  4-də ona yatmaq təklif olunmuşdu.

Sən elə bilirsən ona asan idi, o kefdə idi hə? Hə elə bilirsən, çünkü onun gözlərindəki kədəri sən görmürdün, mən görürdüm, özüdə hər gün. Mən boğulurdum onun göz yaşlarında, mən silirdim onun göz yaşlarını. Sən isə elə bilirsən o kefdə idi, sən yox çoxu elə bilir. Bir anlıq təsəvvür et ki, özünü pula görə hər gün bir neçə nəfərə satırsan. Tələsmədən təsəvvür et, düşün ki, pinti, baxımsız, yekə qarın biri soyunur və az sonra sənin üstünə çıxacaq, səni şişirmə oyuncaq kimi istədiyi formada qoyacaq və şəhvət hissini sənin üzərində öldürəcək. Təsəvvür belə etmək çətin və iyrəncdir hə ? indidə düşün ki, o bunu həqiqətən edirdi və sən az öncə yaşadığın bir neçə saniəlik hissin yüzlərlə daha artığını və çətinini hər gün yaşayırdı. İndi yenidən cəhd elə düşün ki, o kefdə idi…

O şəhərin mərkəzində, bəzi məmurların şərait yaradaraq göz yumduğu fahişəxanalardan birində fahişəlik edirdi. O oqədər “fahişə” idi ki, bunu məndən daha çox gizlədə bilməmişdi, vicdanı yol verməmişdi başqasından eşidməyimə. Nəhayət bir gün mənə etiraf etmişdi. Məni aldatmağa davam edəcək qədər vicdansız olmadığını və onun mənə laiq olmadığını demişdi. Həmən o etiraf gecəsini ömrüm boyu unudmayacam,  onun həmən gecə axıtdığı göz yaşı, davam etməkdə olan 25 il ömrüm boyunca gördüyüm göz yaşlarının toplamından daha çox idi.Çox gözəl idi, saçları ağlımı başımdan alırdı. O həmdə ac idi, heçnəyə yox sevgiyə, axı cəmiyyət fahişələri sevmir…

Fahişələr həzz aldıqları üçün içmirlər, kimliklərini unutmaq üçün içirlər, özlərindən və düşüncələrindən “Usain Bolt” tək qaçmaq  üçün edirlər, oda belə edərdi. Bədənini satdığı məkanın rəhbəri qadın idi. Ama fahişə adı o qadında deyildi, axı cəmiyyət yalnız bədənini pul qarşılığında satanı fahişə hesab edir. Ruhu fahişə olanlar, vicdanı fahişə olanlar, məzlumun haqqını ödəməyənlər, məqsədinə çatana qədər maskalananlar, başqalarının xoşbəxtliyinə mane olanlar və sairə mənəvi fahişəliklər edənlər heç zaman bu adı qazanmırlar. Axı “xalqın gözü tərəzidir”…

O bahalı bakirələrdəndə deyildi, bir dəfədə olsun bahalı restoranlara getmək istəməmişdi məndən, o bir manatlıq çay verilən kafedə olarkən belə, 5 ulduzlu oteldəki adamdan daha çox xoşbəxt idi, çünkü heç kəsin ona vermədiyi, xəsislik etdiyi, əsirgədiyi sevgini tapırdı mənim yanımda. Həmən anlarda  onun gözlərində gördüyüm parlaqlığı, işığı, göy üzündəki heç bir ulduzda hələdə görə bilməmişəm. Münasibətin gedişatında ona qəzəblənərək daha öncəki ilə barışmışdım, “bundan sonra ya ikinci olacaqsan, yada tamami ilə ayrılacacağıq” deyə verdiyim qərara belə razı olmuşdu.  Bilirsən niyə ? çünkü o sevgiyə ac idi, axı cəmiyyət fahişələri sevmir…

Fahişələrin fahişə olmasının səbəbləri müxtəlif olur, çünkü sizin əlinizə tum, içki, cips alaraq izlədiyiniz filmlərin, real həyat versiyasında baş qəhramanları olurlar onlar. Amma cəmiyyət problemi olan insanlara sahib çıxmır, hərə yaxasını bir tərəfə çəkir, yaxın duran bir-iki nəfər  isə onlarla yalnız bir gecəlik yatmağı düşünürlər, etdikləri hər bir yaxşılığın arxasında öz çirkin məqsədlərini güdürlər. Onlara heç kəs yaxın durmur, zərərli mikrob kimi baxırlar onlara. Cəmiyyət fahişə olduğunu bildiyi hər kəsi təcrid edir özündən, sanki onlar dünyanın ən tərbiyyəsiz ən əxlaqsız adamlarıdırlar, oysa nə çox gördük fiziki bakirə olub mənəvi fahişə olanları! Hər yerdən əli üzülən qadına kömək etməyən bu cəmiyyət, o fahişəliyə başlayanda kimlə istədi bölüşdüyü cinsiyyət orqanına darğa kəsilir. Onu təhqir edirlər, alçaldırlar, bədənini kimlə istədi bölüşməyini qınayırlar, sanki o sahibsiz qaldıqda ona sahib çixmayan o kəslər deyillər. Ən pisi də onu ac qoyurlar, sevgiyə ac! Axı cəmiyyət fahişələri sevmir…

Fahişələr heç kəsdən sevgi görməsələrdə, sevməyi ən azı digər qadınlar kimi çox gözəl bacarırlar. Onlar hər qadının bacara bilməyəcəyi şeyi bacarırlar, sevilmədən sevməyi.  Ən böyük xəyalları nə bahalı avtomobil, nə yüksək vəzifə, nədə digər bənzər birşeylər deyil. Ən böyük xəyalları ailə qurmaq, ailəsinin xanımı olmalarıdır. Bunun üçün çox çalışırlar, hətta gördükləri işdən uzaqlaşmağı belə qərara aırlar, lakin qarşı tərəf hər fürsətdə onun sadəcə fahiş olduğunu ona xatırladır və ailə qurmaqdan boyun qaçırır. Yox onları yazıq yerinə qoymayacam, bu həzzi onların səviyyəsinə çata bilməyənlərə yaşadmayacam.  Çünkü mən bir çox ruhu fahişə olanlarda görmədiyim mərdliyi, sevgini onda gördüm. İndi səhər saat 5:26-dı, birazdan sən yuxudan oyanıb bunu oxuduğunda, asan pul qazandığını hesab etdiyin hansısa bir fahişə yenicə yuxuya gedəcək.

Müəllifi Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov
Advertisements

“FAHİŞƏLƏRİ SEVİN” üçün 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma