Oktyabr ayının 11-i “MİL ŞİA” – nın təşkilatçılığı ilə “Hər kəs fərqlidir” adlı insan müxtəlifliyi və əlillik mövzusunda bəhs edən seminar keçirilmişdir.
Təlimçi olaraq məni belə bir mövzuda seminar keçməyə dəvət etdikləri üçün “MİL” (Menecerlərin inkişafı layhiəsi) təşkilatına və şəxsən Rəvanə Ibrahimova xanıma təşəkkür edirəm.
Çox sevindirici haldır ki, gənclər bu tip mövzulara maraq göstərirlər və cəmiyyətin mariflənməsi üçün tədbirlər həyata keçirirlər.