Pul qazanmaq istəyərkən, pul itirən sürücü

taksi28 mayda yerləşən Səməd Vurğun bağı bir çox xüsusiyyətləri ilə məhşurdur. Bu xüsusiyyətlərdən biri də, ətrafında çox sayda taksi sürücülərinin olmasıdır. Həmçinin də “Hövsana bir manat” qışqırtıları ilə. Ümumiyyətlə bu səsi o qədər eşitmişəm ki, hərdən elə bilirəm dünyanın istənilən yerindən hövsana bir manata getmək olar. Əhmədlidən bir manat, 28 dən bir manat. Çox əla xidmətdir :)

Nə isə, o gün yenə Səməd Vurğun bağının yanında idim, badamdara getməli və ordanda qısa bir zaman ərzində təcili geri qayıdıb “Bank of Baku”nun keçirdiyi təlim tədbirinə qatılmalı idim. Qeyd etdiyim parkdan mütəmadi olaraq qısa və uzun məsafələr üçün istifadə etdiyim daimi bir neçə taksi var ki, hər zaman çalışıram yalnız onların xidmətlərindən  yararlanım. Bu səfərdə belə etdim, yaxınlaşdım daha öncədən dəfələrlə gedib gəldiyim bir taksiyə, dedim dayı, badamdara neçiyə apararsan ? deyir 10 azn, dedim dayı biraz aşağı elə, dedi yaxşı sən özümüzküsən, 8 azn, dedim yaxşı getdik.

Yolda söhbət əsnasında dayıya dedim ki, mən ordan yenidən mərkəzə taksi ilə qayıdacağam, istəyirsənsə qal orada, 10-15 dəqiqəyə işimi həll edim və geriyədə səninlə qayıdım, xeyridə sən qazan (Adam bir qədər uzun yol gəlib deyə, geri qayıtmamaq üçün badamdara köçəsi deyildi, məni qoyandan sonra istər istəməz yenidən daimi dayandığı yerə, 28 maya gedəcəkdi, özüdə müştərisiz filansız) Sürücü razılaşdı, məndə düşündüm ki, diməli gediş gəliş birlikdə 16 azn verəcəm. Çatdıq düşdüm, işimi həll etdim gəldim yenidən mindim həmən taksiyə və geri qayıdırıq. İştirak edəcəyim tədbirin keçiriləcəyi məkana çatana yaxın, cibimdən 20 azn çıxardım dayıya söylədim ki, dayı 16 azn verməliyəm, getdiyimiz yol diyəsən sənin gözləntindn biraz uzun oldu ona görə 2 manatda artıq verirəm, zəhmət olmasa 18 azn çıx 2 manat qaytar mənə.

Sürücü qeyd etdi ki, “həə? 2 manat xırdam yoxdu eee” elə təzəcə düşünməyə başlamışdım ki, yaxşı bəs görəsən necə etmək olar ? sürücü söylədi ki, onsuzda 20 manat edirdə, 10 ora 10 geri. Dedim heç birşey, buyur buda 20 manat. Ağ saqqal pulu cibinə qoyanda bəlli oldu ki, 2 maat xırdasıda var imiş.

Nəticədə o baş verdi ki, dayı 2 manat artıq qazanmaq üçün, gələcəkdə qazana biləcəyi hələ çox 2 maatlarıda itirdi. Çünkü mən birdə heç vaxtı o sürücünün xidmətindən istifadə etməyəcəm, söz danışıqdan keçər, əgər mən ona 16 azn verməli olduğum halda, 2 azn öz istəyimlə artıq verirəmsə o bununlada doymayıb əlavə 2 manatada gözünü tikirsə və öncədən razılaşdığımız şərtlərə əməl etmir onları pozursa, mən niyə gələcəkdə belə bir şəxsin xidmətindən təkrarən istifadə edim ? Axı taksidən çox taksi var.

Əgər siz də hər hansısa bir xidmət sahəsində çalışır, insanlara hər hansısa bir xidmətinizi satırsınızsa, çalışın müştərini narazı salmaqla əlavə qazanacağınz bir iki manata yox, həmən müştəridə məmnunluq hissi yaradaraq gələcəkdə ondan qazanacağınız daha yüksək məbləği seçin. Yəni 2 manata görə gələcəkdə qazana biləcəyiniz 18 manatı qurban verməyin. Söhbət ondan getmir ki, siz xidmətinizi maya dəyərindən aşağı satmalısınız, xeyir! Söhbət ondan gedir ki, müştəri ilə razılaşdırılmış şərtləri sonradan pozmaqla siz onu özünüzdən narazı salırsınız. Sizdən məmnun qalmayan müştəri bir daha sizə müraciət etməyəcək, yəni hər narazı bir şəxs, artıq itirilmiş müştəri hesab edilir. Buda təyyarə ilə uçuş deyil ki, alternativ az olsun camahatda məcburi sizə mraciət etsin. Hətta kimsə monopoliya qurbanı olaraq məcburi şəkildə sizin xidmətdən istifadə edirsə, əmin olun ki, həmən müştəri sizə məcburi və narazı şəkildə verdiyi o pul qədər də, sizin haqqınızda mənfi düşünür və ətrafına bunu danışır. Bu qayda ilə pul qazanmaq isə, şərəfi, insanlığı pula satmaqdan artıq birşey deyil.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma