Bankf of Baku 37 nəfərin başına nə oyun açdı ?

12065715_1054729701244661_8927887341085359710_nBu günlərdə başa çatan layhiə ilə Bank of Baku bir sıra şirkətlərin ağlına belə gəlməyəcək bir ilkə imza atdı. Belə ki, “Məhdudiyyətlərə meydan oxu” adlı layhiə ölkəyə və xüsusəndə əlilliyi olan şəxslərə böyük bir töhvə verdi.

Hər şey 26 oktyabr tarixində ki, açılışla başladı. Bank of Baku əlilliyi olan gənclərin karyera qura bimələri üçün, dörd həftə və hər həftə ayrı  ( 1. Bloqçuluq, 2. Sosial Media Menecerliyi, 3. İT-Help Desk, 4. Məlumat mərkəzi)  mövzularında təlimlərın keçirilməsinə start verdi. İştirakçılar 37 nəfərdən ibarət əlilliyi olan şəxslər idi, çünkü ölkədə karyera qurmaqda çətinlik çəkən şəxslərdən ən birincisi əlilliyi olan şəxslərdir. Bu təlimlərin faydalı və maraqlı keçəcəyini ilk başdan hiss etdiyim üçün, məndə qeydiyyatdan keçərək qoşulmuşdum. Və yaxşı ki, qoşulmuşam…

Layhiədə hərəkət etməkdə daha çox çətinlik çəkən şəxslər, daha dəqiq desək isə, əlil arabasından istifadə edən şəxslərin nəqliyyat vasitəsi ilə (189 taksi xidməti ilə) həmdə bir ay boyunca təmin edilmələri, və 10 ildən artıqdır əlilliyi olan gənclərin cəmiyyətə sosial inteqrasiya olmaları üçün fəaliyyət göstərən “Müstəqil Həyat” inkişaf və dəstək mərkəzi ictimai birliyi  ilə tərəfdaşlıq çərçivəsində həyata keçməsi, layhiənin peşəkar səviyyədə təşkil edilməsindən xəbər verirdi. Digər ən bəyəndiyim məqamlardan biri isə, Bank of Bakunun əlilliyi olan şəxslərin qarşılarında çıxış etməyə, yəni hər dörd mövzuda keçirilən təlimlərdə ən yüksək nüfuza sahib təlimçiləri laiq bilməsi idi. Buda layhiənin sadəcə görüntü üçün deyil, həqiqətən faydalı olması üçün nəzərdə tutulmasından xəbər verirdi. İstər Bloggerlik, istər Sosial media, istər İt və Məlumat mərkəzi təlimləri olsun, hər bir təlimdə peşəkar səviyyəli mütəxəsislər bizlərə təlim keçir və ən əsası həqiqətən də bu bilikləri öyrədə bilmələri üçün əllərindən gələni edirdilər.

Təlimlərin ölkənin ən məhşur otellərindən olan Hilton oteldə keçirilməsi və iştirakçıların limitsiz şirniyat, çay – kofe ilə və həmçinin nahar ilə təmin edilmələri isə, iştirakçıların keçirilən təlimləri yüksək səviyyədə mənimsəmələri üçün yaradılan komfortu nümayiş etdirirdi. Nəticədə hər bir iştirakçı hər mövzunun yekununda yəni hər həftənin sonunda keçirilən mövzuya dair imtahan verir və yüksək nəticələr göstərirdilər.

Beləliklə oktyabr ayının 26-sı başlayan layhiə noyabr ayının 21- qismən başa çatdı, ona görə qismən ki, noyabr ayının 30-u layhiədə iştirak edən və imtahan verən 37 iştirakçıya Bank of Bakunun layhiədə iştirak haqda sertifikatlar təqdim ediləcək və Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslər üçün karyera sərgisi keçiriləcək. Buda ondan xəbər verir ki, hələ çox şey qarşıdadır, çünkü bu sərgidə özünü doğrulda biləcək hər bir iştirakçının işlə təmin olma ehtimalı var. Buda o deməkdir ki, yazının ardı var… :)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma