Demək olar ki, hər zaman ən aktual olan mövzulardan biri “işsizlik” mövzusudur. Kimə baxırsan işsizlikdən şikayətlənir. Əslində səhv də deyillər, həqiqətən ölkədə iş tapmaq qəliz məsələdir. Tapılan işlərdə 250-350 arası maaş ilə olduğu üçün, heç tapılmamağa bərabərdir. Çünkü bu maaşın ən azı yarısı gündəlik yol və yemək pulu xərclərinə gedəcək, yerdə qalacaq 150-200 manat. Bakıda olan qiymətləri nəzərə alsaq, qalan bu pula heç minimal təlabatlarıda ödəmək olmur.
Amma bu mövzusunda çox xırda məqamda var, məsələ burasındadır ki, həqiqətən bacarıqları bilikləri olaraq iş tapmayanlarla yanaşı, bacarıqsız özünü inkişaf etdirməyənlərdə kifatət qədərdir. Əslində müəyyən dərəcədə bacarıqlara, ixtisaslara sahib insanların bir çoxu gec tez iş tapırlar. Ümumiyyətlə özünü inkişaf etdirməyənlərin, tənbəllik edənlərin, hansısa bir ixtisası axıra qədər öyrənməyib ümumi biliklərə sahibkən yarıda qoyanların iş tapmamaları yəni işsiz qalmaları sizcə də normal deyil ?
Ok başa düşürəm, yaxşı olardı ki, ümumiyyətlə işləməyə məcbur olmazdıq, sadəcə bir qab yeməyimizi yeyib qalan vaxtlarda əylənmək, rəqs etmək, sevmək sevilmək olardı. Razıyam məndə istəyərdim belə olsun, məndə insnaların məcburi şəkildə işləmələrinə səbəb olan bu sistemə qarşıyam. Amma əgər kapitalizmin tətbiq olunduğu bir rejimdə yaşıyırıqsa, yaşadığımız şərtlərə uyğun da həyat tərzimiz olmalıdır. Qısacası oyuna gəlmisənsə oynamalısan, oynamırsansa gəlmə, çıx ged! Nə isə, keçək məqaləyə daxil olmanıza səbəb olan başlığa.
1. Bazar olsun!
İş tapmaq üçün təbii ki, ilk növbədə biz hansısa bir ixtisası seçməliyik. Bəs hansı ixtisası ?Məsələnin incə mıqamıda bundan ibarətdir. Əlbətdə ilk növbədə bizim sevdiyimiz, marağımız olan və zövq aldığımız bir ixstisası seçməyimiz önəmlidir. Lakin elə bir zəmanədəyik ki, bəzi peşələrə təlabat çox azdır, çünkü indiki dövür də inkişaf daha sürətlə gedir, bəzi peşələrə təlabat yoxdur və bəzilərəinədə olan təlabat artıq azalmaqdadır, hər gün yeni trendlər əmələ gəlir. Buna görə də, biz maraq və daha üstün olan bacarıqlarımızı bazar təlabatına uyğun olan peşələrlə uyğunlaşdırmalı və daha çox təlabat olan populyar olan ixtisaslara yönəltməliyik.
Yəqin ki, uşaqlıqda şirin pambıq, şirin quş satan dayıların, bu günümüzdə gözə dəyməmələrinin sizdə fərqinə varmısız. Yəni artıq bu gün özümüzə peşə seçəndə elə peşə seçməliyik ki, bu gün və sabah ona təlabat yüksək səviyyədə olsun. Bu zaman bizim iş tapmaq şansımız bir neçə dəfə artacaq. Daha öncədən belə bir peşəni seçmədiyiniz üçün narahat olmayın, günü bu gün hansısa yeni bir sahəni seçsəniz, maksimum bir ilə o sahədə peşəkar biliklərə sahib ola bilərsiniz.
Karyera bazarını yaxşı analiz edin və bazar təlabatına uyğun yəni ən çox tələb olunan sahələri seçin və həvəslə o peşəni öyrənmyə başlayın.
2. “Özünüzü satın!”
Artıq hər hansısa bir ixtisasa yiyələnmisinizsə, nəyisə bacarırsınızsa, o işlə məşğul olmaq üçün və ya nəsə ərsəyə gətirmək üçün mütləq ilk növbədə hansısa bir şirkətə daxil olmağı gözləməyin. Bu əsasən vizual nəticəsi olan bacarıqlara, peşələrə aiddir. Məsələn siz jurnalistikanı öyrənmisinizsə, iş tapana qədər boş oturmayın. Repartajlar hazırlayın, maraqlı araşdırmalar aparın, məqalələr yazın və sairə. Yəni siz hansısa bir məhsul ərsəyə gətirərək bacarığınızı nümayiş etdirin, onu sosial şəbəkələrdə olan hesablarınızda yayımlayın, qoy sizi bu işi bilən və edən biri kimi tanısınlar. Bu zaman hətta siz iş axtardığınız bir zamanda sizə iş təklifi gələ bilər. Jurnalistikanı nümunə olaraq qeyd edirəm. Ola bilər siz dizaynersiniz, rəqqassız, rəssamsız və sairə. Öz təcrübəmdən nümunə gətirə bilərəm ki, mən təlimçiliyə yeni başlayanda normal olaraq məni təlimçi kimi tanıyan çox az idi. Lakin şəxsi təşəbbüs göstərərək bir neçə uğurlu təlimlər həyata keçirdikdən və bunu sosial mediada yayımladıqdan nümayiş etdirdikdən sonra, yeni dəvətlər gəlməyə başladı.
Bir sözlə nə bacarırsınızsa onu edin və yayımlayın, özünüzü və bacarığınızı reklam edin, satın!
3. Könüllü çalışaraq təcrübə toplamaq.
Gənclərin tez-tez etirazına səbəb olan məqamlardan bir də budur ki, əksər iş elanlarında “filan qədər iş təcrübəsinə sahib olan işçi axtarılır” yazılır. Gənclərdə kiminsə ona iş verib təcrübə qazanması üçün şərait yaratmadığı halda, təcrübəni haradan əldə edəcəklərini söyləyirlər. Haqlıdırlar da, lotoreyada qalib olmaq üçün gərək bilet alasan! Bilirəm dəxilsiz məsəldir, ama indi ağlıma o gəldi : ) Lakin gəlin məsələnin digər bir tərəfinə baxaq. Təsəvvür edin ortabab bir şirkətin sahibisiz. Bir nəfər sizə müraciət etdiyi müəyyən bir vakansiya üzrə daha öncədən heç bir yerdə işləməyib. Siz onu dərhal sevinərək işə götürərsiz ? Yoxsa düşünərsiniz ki, mənim əziyətlə ayağa qaldırdığım bu nüfuzlu şirkətim daha peşəkar və onu dahada yüksəklərə qaldıracaq işçilərə laiqdir, nəinki daha öncədən bu sahə üzrə heç yerdə çalışmayan, yeni başlamaq istəyənlərə. Gəlin səmimi olaq! Əksəriyyətimiz birinci variant haqda düşünərik. Buna görə də orta və yüksək nüfuza sahib şirkətlərin yalnız təcrübəli işçilər axtarması normaldır, və bu işçi siz ola bilərsiniz, bu mümkündür! Bunun üçün isə siz daha öncədən sahəniz üzrə haradasa təcrübə qazanmaq üçün könüllü işləyə bilərsiniz. Bəli könüllü olaraq haralardasa çalışmaq həm həqiqətəndə özünüz üçün dahada təcrübəli olmanızda həmdə hansısa bir quruma təcrübəsi olan bir işçi kimi daxil olmanızda böyük rol oynayacaq! Hansısa bir ixtisas üzrə yaxşı bir şirkətdə çalışmaq istəyirsiniz ? O zaman bu sahə üzrə hansısa bir başqa şirkətdə könüllü olaraq çalışın, qoy bu sizin cv”nizə düşsün. Sonradan müraciət etdiyiniz şirkətə maraqlı deyil siz daha əvvəlkində könüllü çalışmısınız ya maaşla, ona lazımdır ki sizin bu sahədə iş təcrübəniz olsun.Sizə güvənə bilsinlər!
4. Axıra qədər öyrən. daha üstün ol.
Xüsusən məktəbi və ya universiteti yeni bitirənlərin bir çoxu bu ifadəni işlədir: “Nə iş olsa işləyərəm” Hə məndə bir vaxtlar var idi ki, bu cür söyləyiridim, lakin indi xatırlayanda gülməyim gəlir. Çünkü bu düşüncə ilə çox uzağa getmək olmaz. Sizin konkret yolunuz olmalıdır ki, o yol ilə məqsədinizə daha tez çata biləsiniz. Və bu yolu az-maz yox, tam öyrənmək laızmdır yəni yüksək səviyyədə. Əksəriyyətimiz bir neçə sahənin sadəcə baza məlumatlarını bilərək özümüzü o sahələrdə bacarıqlı hesba edirik, yəni hər sahədən biraz öyrənirik. Lakin unuduruq ki, indi elə bir dövrdür ki, o baza biliklərini indi bir çoxu bilir, biz fərqlənmək üçün və bir addım daha öndə olmaq üçün, o sahəni axıra qədər öyrənməliyik, yəni daha peşəkar səviyyədə olmalıyıq. Məsəl üçün, mən əvvəllər kompyuterlərə “Windows” əməliyyat sistemi yazırdım, (el arasında komputeri format etmək deyilir). Müştərim çox olmasada, bəzən ayda 3-4 nəfər olurdu. Lakin gəlin indiki günümüzə baxaq, bu gün bu komputerə əməliyyat sistemini çox adam yaza bilir, çünkü internetdə bunun haqda yüzlərlə dərsliklər var, ümumiyyətlə texnalogiya inkişafı artdığı üçün bu bacarıq artıq adiləşib. Diməli mənim bu gün bu sahədə iş tapmağım üçün, bu biliyim kifayət etmir, çünkü artıq bunu çox adam bacarır. Deməli mən indi bu sahənin daha yüksək bacarıqlarına yiyələnməliyəm ki, “İT” mütəxəsisi kimi harasa işə qəbul ola bilim. Ümumi məlumatlara sahıb olduğumuz ixtisasin dərinliklərini öyrənməliyik ki, digərlərindən daha üstün olaq və iş tapmağımız asanlaşsın.
Sonda isə hər kəsə, uğurlu və ürəyincə olan karyera arzu edirəm.
