1992-ci ildən etibarən BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr tarixi beynəlxalq əlillər günü kimi qeyd edilir.
Azərbaycanda rəsmi statistikaya əsasən 530.000 əlilliyi olan şəxs var (qeyri rəsmi statistika daha çox olduğunu söyləyir). Bu ölkəmizin əhalisinn 5%i deməkdir. (dünya statistikasına əsasən isə hər ölkənin təxminən 10% əlilliyi olan şəxslərdir). Ölkmizdə bir çox qurumlar kobud şəkildə səhvə yol verərək, bu günü bayram günü kimi qələmə verirlər. Lakin bu gün bayram yox, əlilliyi olan şəxslərin problemlərinə diqqətin cəlb edilməsi günüdür. Əlillik təkcə fiziki yox, həmdə intelektual ola bilir.
Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əlilliyi olan şəxslər bir sıra diskriminasiyalar ilə üzləşirlər. Əlilliyi oan şəxslərin əsasən təhsil, karyera və asudə vaxtlarının təmini ilə bağlı ciddi problemlər mövcud olmaqdadır.
Son ilərə nəzər saldıqda, həm dövlət həm də qeyri dövlət qurumları tərəfindən əlillik sahəsində bir sıra layhiələr və tədbirlər həyata keçməkdədir (Bu günlərdə “Bankf of Baku” bankının həyata keçirdiyi layhiə buna nümunədir)
Əlillik xəstəlik deyil, hər hansısa bir xəstəlik və ya zədə nəticəsində yaranmış bir hal və sosial statusdur. Əlilliyin ən neytral təsfirlərindən biri, onun insan müxtəlifliyinin bir forması olmasını qeyd etməkdir.
Əlilliyiin ən doğru fəlsəfəsi, Əlillik insanın hər hansısa bir işi görə bilməməsi, daha dəqiq desək isə, ətraf mühitin əlverişsiz olması səbəbi ilə nəyisə edə bilməməsi zamanı yaranması və özünü göstərməsi hesab edilir.
Məsələn siz yaponiyaya getmisiz, oradakı əlifbanı bilmədiyiniz üçün küçədə yazılan yazıları oxuya bilmirsiniz və bu insanın əlillik durumuna düşməsinə gətirib çıxarı, yəni nəyisə edə bilməmək. Qeyd etdiyim kimi bu əlilliyin ən doğru izahlarından və fəlsəfələrindən biridir.
Əlillik sahəsi çox dərin və incəliklərə diqqət etməyi tələb edən bir sahədir. Burda xüsusən terminalogiaya və yanaşmaya önəm yetirilməldiir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində, əlilliyə və əlilliyi olan şəxslərə sosial yanaşmadan istifadəyə üstünlük verilir. Sosial yanaşmanın qısa izahını etməli olsam, söyləyə bilərəm ki, əlilliyə sosial yanaşma söyləyir ki: əlilliyin səbəbi, şəxsin hər hansısa bir fiziki məhdudiyyətli olması yox, ətraf mühitin əlverişsiz olmasındadır. Həmçinin sosial yanaşma əlilliyi olan şəxslər üçün güzəştlərin olmasından daha çox, onlar üçün hər kəs kimi bərabər hüuquqlu şəxs olmalarına yardım edəcək ətraf mühitin yaradılmasını dəstəkləyir.
Hörmətlə: 5 ildən artıqdır bu sahədə fəaliyyət göstərən və Azərbaycanda gənc əlilliyi olan şəxslərin cəmiyyətə sosial inteqrasiya olmalarına dəstək göstərən “Müstəqil Həyat” inkişaf və dəstək mərkəzinin baş təlimçisi – Murad Məmmədov.