Uğur qazanmaq üçün iki önəmli addım

murad - mk seminarYadıma gəlir 2010-2011 ci illər idi. “Müstəqil Həyat” adlı tam olaraq nə iş gördüyünü bilmədiyim bir təşkilatdan, təlimdə iştirak etmək dəvəti almışdım. Təlim Azercellin 20 yanvardakı baş ofisində keçirilirdi. Təlimin mövzusu isə, “müştərilər ilə telefonda və birbaşa ünsiyyət” idi. Həyat hekayəmi bilənlər bilir ki, mən gəzməyə 15 yaşında başladığım üçün, günü bu gün də, Bakının özündə tanımadığım yerlər kifayət qədərdir. Çünkü cəmi 4-5 ildi şəhərdə aktiv şəkildə hərəkət etməyə, ictimai nəqliyyatdan istifadə və şəhəri tanımağa başlamışam.

O vaxtı mən təlimə dəvət alanda, mən nə 20 yanvarı tanıyırdım, nədə uzaq yol gedəcək fiziki gücdə deyildim. Lakin mən bu dəvəti geri çevirməyərək qəbul etdim. İlk öncə evdəkilərdən 20yanvarın yerini dəqiqləşdirməyə başladım, sonra ora hansı nəqliyyat vəsitəsi ilə gedəcəyimi. Lakin süpriz qabaqda idi, çünkü 20yanvar metrosundan Azercellin binasına gedənə qədər kifayət qədər piyada yol var idi. Hansı ki, o vaxtı bu yol mənim üçün çox böyük bir məsafə idi. Düz iki gün mən ilk dəfə idi tanıdığım bu yolu piyada və ictimai nəqliyat vasitəsi ilə getdim gəldim, indiyənə qədər yadıma gəlir, bir dəfə metroda pilləkan sürüşgən olduğu üçün yıxılmışdım, bir dəfə də metrodan çıxandan sonra yolun yarısını gedib yorularaq, 10-15 dəqiqə yolun kənarında oturub dincəlmişdim.

Amma bütün bu çətinliklərə baxmayaraq, mən iki gün ardı-arda o təlimlərə getdim, həm Azercellin mövzu üzrə təlimlərdə iştiraka dair sertifikatını aldım, hansı ki, cv üçün çox önəmli bir sertifikatdır, həmdə o gündən etibarən məni dəvət edən “Müstəqil Həyat” İnkişaf və Dəstək Məkrəzinin aktiv bir üzvünə çevrildim.

Lakin mən əziyyət çəkməyə və mübarizə aparmağa ara vermədim, “Müstəqil Həyat” təşkilatında aktiv fəaliyyət göstərməyə başladım. Necə ? İzah edim…

Mən təşkilatımızın məni göndərdiyi tədbirlərə qatılmaq üçün, onlarla yüzlərlə metr məsafəni piyada qəth edirdim.  bəzən ümumiyyətlə o məkana gedən avtobusun müəssər olmadığı üçün yəni hər kəsi nəzərə alan infrastruktura sahib olmadığı üçün, cibimdən taksi pulu verib o tədbirə gedirdim, tədbirlərdən heç bir maddi gəlirimin olmasına baxmayaraq, bəzən sübh tezdən oyanırdım, bəzən günümün bütöv hissəsini o tədbirə həsr edirdim, bəzən ac qalırdım, bəzən susuz. Çünkü mənim məqsədm vardı, məqsədim özümü inkişaf etdirmək və bu sahədə karyera qurmaq idi. Bu məqsədimə çatmaq üçün də, əziyyətə qatlaşır və mübarizə aparırdım. Mən çəkdiyim bütün əziyyətləri və apardığım mübarizələr haqqında danışmayacağam, bu hissəyə qədər danışdığıma dair onu deyə bilərəm ki, təşkilatımızın özü və partnyorlarımız tərəfindən keçirilən və mənim qatıldığım bu tədbirlər məni o qədər inkişaf etdirdi ki, nəticədə bir neçə il sonra mən “Müstəqil Həyat” təşkilatının baş təlimçisi daha sonra isə idarə heyyətinin sədri oldum.

Cəmi bir neçə il öncə istifadə etdiyim bu üsullar, bu gün də işə yaramaqdadır. Çünkü bu günlərdə Bank of Bakuda daxil olduğum və artıq indidən çox sevdiyim işim üçün də eyni qaydaları tətbiq etdim.  Belə ki, kifayət qədər mübarizələr apardım, əziyyət çəkdim, qurbanlar verdim, (Bankın da bunları dəyərləndirməsi sayəsində) müsbət nəticəsini gördüm. (nələr etdiyim haqda daha ətraflı növbəti seminarlarımda çıxışlarımda bəhs edəcəm)

Həyatda uğur qazanmaq və qarşıya qoyulan hədəflərimizə çatmaq üçün, bir çox önəmli məqamlar və şərtlər mövcutdur. Bunlar haqda mən motivasiya seminarlarımda geniş şəkildə bəhs edirəm, lakin məhs bu yazıda bunlardan ikisi və ən önəmli olanları “əziyyət çəkmək” və “mübarizə aparmaq”ı xüsusi ilə qeyd etmək istəyirəm.

Əgər bu gün siz hər hansısa müəyyən bir uğur qazanmaq istəyirsinizsə, və ya mahiyətindən aslı olmayaraq qarşınıza qoyduğunuz hər hansısa bir hədəfiniz varsa, əziyyət çəkməkdən və mübarizə aparmaqdan qorxmayın. Çünkü uğura aparan yol mütləq bu amillərdən keçir. Sizi öldürməyən istənilən çətinlik, sizi dahada güclü edir. Əldə edəcəyiniz şeylərin davamlı və sizdə qalacağının qarantili olmasını istəyirsinizsə, o şeyləri əziyyətlə və mübarizə apararaq əldə edin. Çünkü əziyyət və davamlı mübarizə olduğu halda, siz mütləq şəkildə öz istəyinizə çatacaqsınız. Siz məqsədlərinizə çatmaq üçün vicdanlı şəkildəə mübarizə aparsanız və əziyyətlər çəksəniz, hətta sizdən vəzifəcə üstün olan şəxslərin sizi dəyərləndirməməsi qorxulu deyil, çünkü bu zaman həyat və ilahi qüvvə sizin bu əməyinizi dəyərləndirəcək, siz müsbət nəticəsiz qalmayacaqsınız.

Facebookda izlə.

murad - mk seminar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma