Tətil günlərini maraqlı keçirmək üçün 6 ideya.

Uzun müddət xatirələrdən silinməyəcək 2015 getdi və nəhayət 2016 gəldi. Yeni iliniz mübarək olsun, hər kəsi təbrik edirəm. Yeni il gəlişi ilə, gətirdiyi ilk suallardan biri bu oldu ki, “Tətil günlərini necə keçirim?” Çünkü hələ qarşıda bizi 3-4 günlük qeyri iş və təhsil günləri gözləyir, bu günləri isə boşa verib adi günlər kimi keçirməmək daha yaxşı olar. Həmçinin əgər biz işləyir və ya təhsil alırıqsa, tətil günlərini digər günlərdən fərqləndirmək mütləq lazımdır, yoxsa etdiyimiz şeylərin bir mənası qalmaz. İlk növbədə onu qeyd eləmək  lazımdır ki, tətil gününü keçirmək, həm də sizin münasibət statusunuzdan da aslı olaraq dəyişə bilər. Ona görə də, çalışacam siyahıda hamının münasibət durumuna aid seçimlər olsun, yəni həm evli həm sevgilisi olan həmdə heç biri olmayan şəxslər üçün.

Tətil günlərini maraqlı keçirmək üçün 6 ideya.

Təbiət əvəz olunmaz gözəllikdir – Əgər siz şəhərdə yaşayırsınızsa, böyük ehtimalla siz iş günləri gördüyünüz fəaliyyətdən əlavə, şəhərin səsküyündən və təbiətin gözəl görüntülərini əks etdirməyən görüntülərindəndə yorulmusunuz. Buna görə yaxşı olardı ki, tətil günlərində hətta şəhərin özündə belə, gözəl təbiət mənzərələri olan yerlərə gedəsiz, rəngli çiçəkləri və onların gözəlliklərini, heyvanları onların davranışlarını, quşları və sairə. Bu ideya sizin tətil günlərinizi adi günlərinizdən mütləq və maraqlı şəkildə fərqləndirəcək. Əgər Bakıda gedəcək belə bir yer ağlınıza gəlmirsə və ya axtarmağa həvəsiniz yoxdursa, ən azından şəhərimizdə olan botanika bağlarınan birinə və zooparklara getmək olar.

Uşaqlığınıza qayıdın – Əgər sizin övladınız varsa və ya sizə yaxın olan bir qohumunuzun tanışınızın körpə övladı varsa, götürün onu (əlavə olaraq bir dostunuzu və ya rəfiqənizidə bu gəzintiyə cəlb edə bilərsiniz) gedin hansısa parka və ya uşaqlar üçün əyləncə məkanlarına. Uşaqlar əyləncəni çox sevirlər, elə sizin özünüzün də imkanınız var ki, onunla birlikdə öz uşaqlığınızı xatırlayasınız. Əminəm ki, şirin bir körpə ilə əyləncə dolu keçəcək gününüz, sizə həftə ərzində yüklənmiş neqativ auranı və düşüncələri sizdən kənarlaşdıracaq və bu günün müsbət aurası hələ bir neçə gün sizdə qalmağa davam edəcək.

Öyrənin əylənin – Əgər sizin əks cins partnyorunuz varsa, hər tətildə nəsə yeni birşey öyrənin. Məsələn bu gün sevgiliniz sizə playstationda pess oynamağı (sony playstation komputerində futbol oynamağı) öyrədir, sabah siz ona hansısa bir resept əsasında yemək bişirməyi. Beləcə siz tətil gününü həm əyləncəli həmdə nəsə yeni birşey öyrənməklə faydalı keçirmiş olacaqsınız. Bunu təkcə bayram tətillərində deyil, eyni zamanda hər həftə sonu istirahət günlərindədə etmək maraqlı olar.

Yürüşə çıxın –  Əgər siz həddən artıq mənəvi olaraq yorulmusunuzsa və beyninizdə hər şey qarışıqdırsa. Bu tətil günləri özünüzlə baş-başa qalaraq dincəlmək üçün əla fürsətdir. Növbəti iş günlərini xəstə halda keçirməmək üçün hava şəraitini nəzərə alaraq yaxşıca isti şəkildə geyinin, qulaqcıqda sevdiyiniz mahnıların “play list” ini yaradın (çalışın hər gün dinlədiyiniz müsiqilər olmasın, olsa belə aralarına yeni mp3lər əlavə edin. Və bulvardan tutmuş digər gözəl mənzərəli istənilən yerlərə qədər bu yürüşü həyata keçirə bilərsiniz. Çalışın yorulana qədər gəzəsiz. Fiziki yorğunluq həm axşam rahat və daha şirin yatmağınıza kömək olacaq, yürüşün özü isə bol oksigenli olduğu üçün əhvalınızın yüksəlməsinə və mövcud vəziyyətlər üçün yeni həll yolları ideyalarının yaranmasına səbəb olacaq.

Biraz uzaqlara gedin – Büdcənizə uyğundursa, ölkə daxilində hansısa bir kiçik gəzinti və ya səyahət turuna qoşulun. Hal-hazırda bunu etməyə maddi müdcəniz imkan vermirsə, tətil günlərində rayona gedən hansısa bir yaxınınıza qoşulun, bu zaman daha az xərciniz çıxacaq, çünki ən azından qalmağa yer və bir qab isti yeməyiniz olacaq. Effekt isə səyahət turuna bərabər olacaq. Unutmayın ki, yenilik və heç vaxtı olmadığınız yerlərdə olmaq sizin maraqlı istirahətinizlə yanaşı yeni şeyləri görüb öyrənməyinizədə kömək edəcək.

Disko Disko Partizani – Əgər siz heç vaxtı disko klublara getməmisinizsə, bu tətildə bunu mütləq edin. Rəqs klubu hər zaman rəqs edib stres atmaq və əylənmək üçün ən effektiv vasitələrdən biridir.

Ümimilikdə isə onu söyləyə bilərəm ki, çalışın günlərinizi bir-birindən fərqləndirin. İşləməyinizdən təhsil almağınızdan aslı olmayaraq, bu fəaliyyətlər olmayan günlərdə yəni tətil günlərində mütləq nələrsə edin. Əks halda sizin həyatınız get-gedə monotonlaşacaq və siz darıxmağa başlayacaqsız. Həmçinin siz özünüzü sistem qurbanı hiss etməyə başlayacaqsız. Unutmayaq ki, qarışqa belə, yayda işləyib qışda dincəlir :) HƏR KƏSƏ XOŞ VƏ ƏYLƏNCƏLİ TƏTİLLƏR DİLƏYİ İLƏ

Facebookda izlə.

murad begoc və unicefin əməkdaşlığı çərçivəsində tədbirdə

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma