Tətildə izləmək üçün 2 motivasiya filmi.

Bu bayram günlərində həm istirahət edib həm də yeni birşeylər öyrənmək üçün internetdə motivasiya verici filmər axtarırdım. Qarşıma bir neçə sayt çıxdı ki, orada 10-20 arası film siyahıları vardı. Dünən onlardan sadəcə ikisini izlədim və düşünürəm ki, təsadüfən  içlərindən ən yaxşılarını izləmişəm. İlk öncə istədim sizə siyahıda olan izləmədiyim filmərin də adların təqdim edim, sonra izləmədiyim birşeyin sadəcə trailerinə əsasən siyahıya əlavə etməyin doğru olmadığı qənaətinə gəldim. Lakin izlədiyim bu iki motivasiya verici film, əgər izləməmisinizsə sizə unudulmaz dəqiqlər yaşadacağına əmin olun. Çünkü hər iki film insana özünə inam verməklə yanaşı, həm də kifayət qədər düşündürür və güldürür. Hər kəsə xoş izləmələr:

hər zaman hə de

1. Hər zaman HƏ de. – Filmdə baş rol ifaçısı Cim Keri çox uğursuz bir həyat yaşayır. Həyat yoldaşı ondan ayrılır, o illərdir sevmədiyi bir işdə çalışır və bütün boş vaxtlarını evdə tv izləməklə divanda keçirir. Hətta o oqədər tənbəlləşir ki, ən yaxın dostunun nişan partisinə də getmir. Lakin bir gün, o “Hər şeyə HƏ de” seminarına qatılır və orada saziş bağlayır ki, mən bundan sonra yox sözü işlətməyəcəm hə şeyə hə deyəcəm. Bu seminardan sonra onun bütün həyatı dəyişir və macəra dolu gülər yaşamağa başlayır. PS çalışın filmdəki prinsipi öz həyatınızda olduğu kimi tətbiq etməyəsiniz, yoxsa qəhrəmanın başına gələnlər sizində başınıza gələ bilər :) Bəzən dayanmağıda bacarmalısız.

2. Arzular siyahısı. – İki fərqli həyat sürən şəxs xərçəng xəstəliyi ilə mübarizə aparırlar. Və Taleh onları eyni xəstəxananın eyni palatasında rastlaşdırır. Onların hər ikisinin ölümünə 6 ay, maksimum isə bir il qalıb. Onlar öləcəkləri tarixi bildikdən sonra, birliklə arzularına dair siyahı hazırlayırlar, o arzular ki, onlar hər zaman istəyiblər ama etməyiblər. Lakin artıq ölümün yaxında olduğunu bildikdən sonra altı ay ərzində bu arzularını reallaşdırmağa çalışırlar həmdə birlikdə.

Facebookda izlə.

Murad Məmmədov
Murad Məmmədov

 

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma