SEKS SEVƏN ÖKÜZLƏR.

seks sevən öküzlərİlk başdan onları dərhal fərqləndirmk olmur. Digər oğlanlar kimi, geyinirlər qidalanırlar və sairə. Çünkü bu öküzlük onların daxilində olur, xairci əlamətlərindən dərhal seçmək olmur. Çox az halda bunu əvvəlcədən bilmək olur. Onların bu öküzlüyü qadınla münasibət zamanı ortaya çıxır və münasibətin cəmi bir neçə ayından sonra özünü tam olaraq bəlli edir.

Qadınları seçmə üsulları isə belədir: “Nəfəs alsın yetər”. Əslində açıq aşkar qadından seks istədiklərini söyləsələr, onlara bu adı vermək olmaz. Çünkü adam istəyini səmimi şəkildə dilə gətirirsə, məncə bu normal birşeydir.  Lakin onlar bu cür etmirlər, ilk başdan adı tanışlıqlar kimi tanış olurlar, qulaqları ilə sevən qadınların qulaqlarını sevgi və digər ovsunlayıcı sözlərlə doldurmağa başlayırlar. Hələ bəzən arsız-arsız qısqanclıq oyunları da oyayırlar, guya sevir və buna görə qısqanır. Qadının etibarını tamami ilə  qazanandan sonra, artıq allah nə verdiysə istifadə etməyə çalışırlar. Yəni qadın nə dərəcədə intim yaxınlığa imkan versə öküzlər də o qədərinə qane olub “min bərəkət” deyirlər. Bu cütləşmə prosesindən sonra, hər iki tərəf məmnun olsa da, münasibətin davamında yalnız öküzlər məmnun qalır, qadınlar isə üzülməyə başlayırlar.

Çünkü münasbətin başında hədəflər fərqli idi, qadının hədəfi sevib sevilmək (istisna hallar da var), öküzün hədəfi şəhvət hissini söndürmək idi. Bu səbəbdən get-gedə münasibət korlanmağa başlayır, öküz istədiyini artıq aldığı üçün başlayır daha az vaxt ayrmağa, daha az sevgi göstərməyə. Və bir gün heçnə olmamış kimi çıxır gedir, başlayır sevgi nağılları danışmaq üçün növbəti qurbanlar axtarmağa. Sizə çox acı bir faktor söyləmək istəyirəm. Elə öküzlər var ki, bu oyunu evliliyə qədər sürdürürlər. Bəli onlar sırf seks üçün evlənirlər və daha sonradan hər dəfə bir şeyi bəhanə edərək ailə münasibətini darmadağın edib boşanırlar. Nə isə, qayıdaq daha öncə bəhs etdiyimiz qateqoriyalı buynuzlulara. Hə, onlar istədiklərini əldə etdikdən sonra, bəziləri elə dərhal, bəziləri isə çox qısa bir müddətdə tədricən uzaqlaşaraq aradan çıxırlar. Geriyə qalan isə bəzən ilk dəfə belə birşey yaşayan, bəzən isə hətta bir neçə dəfə üzülən və bu münasibətin onlardan fərqli olacağınl hesab edən qadınların göz yaşları və məhv olmuş xəyalları olur.

Bu tip öküzlərin çoxdan fərqinə varmışam onlar mənim tanıdığım bir neçə qadınları çox incidiblər. Münasibətlərinin elə ilk başında istəmişəm o qızlara deyim ki, etməyin eləməyin, bu adam da “öküzlük” əlamətləri var, laki o xanımlarla o dərəcədə yaxın münasibətim olmadığı üçün sadəcə uzaqdan seyr etmək məcburiyyətində qalmışam. Yaşadığımız məmləkətdə yüzlərlə minlərlə qadın, bu cür hadisələr səbəbi ilə psixoloji zərbələr alırlar, düşüncələrini dəyişməyə başlayırlar, inciyirlər, üzülürlər. Yazıya başlayanda, istəyirdim yazdığım bu hadisələrin baş verməsinin səbəblərini və sırf bu cür hadisələrin yaşanmaması üçün görülə biləcək işləri tədbirləri də qeyd edim, lakin bundan vazgeçərək sadəcə onu söyləyəcəm ki, bənzər haların yaşanmasınada: Ölkə mentalitetinin, “öküzlərin” və qadınların hər üçünün səhvi var. Niyəsini bilmək istəsəz, cavablandırmağa hazıram.

        Facebookda izlə.

murad mammadov

“SEKS SEVƏN ÖKÜZLƏR.” üçün 3 şərh

Almina üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma