Qorxularınızı aradan qaldıracaq – VIDEO

Qorxular müxtəlifdir, kimisi özünü cəmiyyət içində ifadə etməkdən qorxur, kimisi sevgi uğurunda mübarizə aparmaqdan, kimisi ilk addımı atmaqdan. Lakin növündən aslı olmayaraq qorxu ona görə qorxudur ki, insan ondan qaçır. Bütün qorxular onun üzərinə gedənə qədər mövcud olur, qorxu sizin ondan qaçdığınız müddətcə sizin ardınızca gəlir. Lakin dayanıb onun üzərinə gedsəniz, onun dadına baxsanız, o artıq sizin üçün qorxulu olmayacaq, çünkü siz artıq onun nə olduğunu bilirsiniz. İnsan bilmədiyi hiss etmədiyi və yaşamadığı şeylərdən qorxur, çünkü sadəcə onun nə olduğunu bilmədiyi üçün ona vahiməli gəlir. 

Qorxularınızı aradan qaldırmaq üçün onların üzərinə gedin, onları darmadağın edin, bu zaman o sizin ətəyinizdən buraxacaq, sizin ardınızca gəlməkdən əl çəkəcək, siz artıq nəyin nə olduğunu bildikdən sonra, hər şey sizə daha asan görsənəcək. Buna görə nədən qorxursunuzsa o şeyi yaşamağa cəhd edin, bu üsul ilə siz onun üzərinə gedmiş olacaqsız və o artıq olmayacaq. Uzun müddətdir həm fərdi söhbətlər zamanı həm də seminarlarım çıxışlarım zamanı bu fikirləri səsləndirirəm və çox sevinirəm ki, bu gün bu fikiri açıq aşkar izah edən bir görüntü ilə rastlaşmışam, bu videonu böyük məmnuniyyətlə sizlərlə bölüşürəm.

Qorxmayın, cəsarətli olun, siz çox şeyin öhdəsindən gələcək gücə sahibsiniz!

Facebookda izlə

Murad Məmmədov
Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma