Yəqin facebook da bir çoxlarınız bu tip başlıqlı paylaşımlarla rastlaşmısınız: “Allaha şükür edən neçə nəfərik?” “Bu gününə şükür edən neçə nəfərik?” “O bu halına baxmayaraq şükür edir, bəs sən bu gününə şükür edirsən?” və sairə səviyyəsiz başlıqlar altında, hər hansısa bir xəstəliyi olan və ya bir ayağı olmayan, əli olmayan insanların şəkillərini paylaşaraq guya insanlara motivasiya verirlər və bu günlərinə şükür elətdirirlər.
Heç kəs inciməsin, amma bu tip paylaşımları və həmçinin bu paylaşımları like etməyi axmaqca bir addım hesab edirəm. Birincisi ona görə ki, kiminsə üzərindən şükür etmək, şükür obyekti olaraq istifadə etdiyin o şəxsi alçaltmaqdır, bu proses zamanı belə anlaşılır: “Gör filankəs yazıq nə gündədir, mən ondan yaxşıyam, o məndə olandan daha aza sahibdir, şükür” Bu konkret olaraq həmən şəxsi təhqir etməkdir. İkincisi isə məntiqli insan sahib olduqlarının dəyərini anlması üçün, loru dildə desək “bu gününə şükür etməsi” üçün gözləməməlidir ki, mütləq özündn daha çətin bir durumda olan insanı görsün. Əgər kimsə sahib olduqlarının dəyərini anlaması üçün mütləq belə bir şeyə ehtiyac duyursa, deməli düşüncə tərzində problem var.
Ümumilikdə isə bu proseslər guya motivasiya məqsədi daşıyır, buna bənzər digər nümunələr də var, məsələn filankəs də çətn durumdadır, sənə nə olub, cəsarətli ol, özünə inan və sairə. Bu çox saxta və məntiqsiz motivasiyadır. Məsələ burasındadır ki, əgər kiminsə problemi varsa, niyə məhs mənim də olmalıdır ? Yəni bu bənzətmədə hanı ədalət, hanı məntiq ? Əgər kiminsə çətinliyi varsa bu mütləq mənim də olmalıdır və bu normaldır anlamına gəlməlidir məyər ? Bu cür motivasiya verən şəxslər çox ciddi səhvə yol verirlər. Əslində isə doğru istiqamət və bənzətmə ondan ibarətdir ki, əgər sənin kimi hər hansısa bir çətinlik yaşan insan, bu çətinliyə baxmayaraq öhdəsindən gəlir və uğurlar qazanırsa, deməli bunu sən də edə bilərsən, çünkü o adam sənlə demək olar eyi və ya hətta daha çətin durumdadır, lakin o bunu edirsə deməli sən də eynisini və daha artığını edə bilərsən, çünkü imkanlar bərabərdirsə deməli fərqli olan mənəvi və psixoloji üstünlükdür, bunu da bərpa etmək fiziki və ya digər imkanları bərpa etməkdən daha asandır.
Çünükü fiziki imkanları dəyişmək mənəvi imkanları dəyişməklə müqayisədə daha çətin və mümkünsüzdür. Buna görə də, əgər fiziki və ya maddi olaraq hər iki tərəf eyni durum da, lakin psixoloji olaraq biri digərindən daha üstündürsə, bu o anlama gəlir ki, o fərqi aradan qaldırmaq tamami ilə realdır və o şəxsin edə bildiklərini sənində etməyin tamami ilə mümkündür. Doğru yanaşma və motivasiya vermək tamami ilə bu cür olmalıdır. Ümumyyətlə çalışaq insanlara motivasiya verərkən məntiqli və doğru istiqamət verək, ağıla gələn ilk sözlər və yanaşmalarla insanları ruhlandırmağa çalışsaq o adama və ya başqa şəxslərə daha da zərər vurmuş olarıq. Çünkü məntiq olmayan istənilən istiqamətin sonu sadəcə boşluqdur.
One thought on “Məntiqsiz Motivasiya”