Murad Məmmədov – Seçmə deyimlər (4-cü hissə)

1.) Həyatının sükanı arxasına keçməyib qismətə talehə etibar edənlər, gözlərini “reanimasiyada” açarlar.

2.) Keçmiş gedib, gələcək gəlməyib, yanında olan bu gündür, onu sev, qoru, dəyərləndir.

3.) Fərqliliyin fərdiliyindir, ondan utanma.

4.) Xoşbəxt olmaq üçün nəsə etməlisən, bəxdbəxt olmaq üçün isə heçnə.

5.) Bəzən böyük bir itkinin qarşısını alaraq kiçik bir itki yaşamaq ən böyük qazancdır.

6.) Əlini qolunu sallayaraq bir möcüzənin baş verəcəyini gözləyənlər ya çox axmaqdırlar, ya da aynaya baxmırlar.

7.) Qələbə qazanmaq üçün yarışmaq lazımdır, istəyiniz varsa cəsarətiniz də olsun.

8.) Zəiflər bu gün məğlub olanlar deyil, sabah yenidən cəhd etməyənlərdir.

9.) Özünü tapmaq üçün edə biləcəyin ən uzaq səyahət, daxili aləminə enməyindir.

10. ) Özünü və dünyanı dəyişmək üçün insana verilən ən böyük fürsət, dünyaya gəlməsidir.

 © Murad Məmmədov (Facebookda izlə)

Murad Məmmədov
Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma