İki kəlmə fəlsəfə oxuyub ateist olanlar.

Belə bir tip gənc nəsil formalaşmaqdadır: İki dənə fəlsəfə kitabı oxumaqla özlərini ateist və nirvanaya yetmiş sayırlar, siqaret çəkməkdən oksigenin qoxusunu unudublar, xırda bir çətinlik yaşayan kimi içkiyə qaçırlar, düşüncələrinə zidd düşüncədə olan hər kəsi geridə qalmış, siqaret çəkməyib alkoqol içməyən qızları isə “kəzban” hesab edirlər, ictimai yerlərdə yüksək səslə dini ifadələri lağa qoyurlar (bir gün bir fanat dindar çıxıb soxacaq eləsinə), bütün ölkəni səhv özlərini doğru olduğunu düşünürlər, muasirliyi heç bir məhdudiyyətin olmamasında görürlər.

Mən bu tip gənclərlə xüsusən də son zamanlar tez-tez rastlaşıram. Əvvəllər mənə də maraqlı gəlirdi ki, görəsən doğurdan da bu gənclər özləri qeyd etdiyi kimi ağıllı, tolerant və özlərinin qeyd etdikləri kimi “cool” muasirlərdirlər?”, çox keçmədən bir neçəsi ilə yaxından tanış olduqdan sonra anladım ki, görünüşü gözəl özü isə süni olan yeni il “yolkalarından” fərqlənmirlər. Yəni bu tip insanlarla durub oturduqca konkret olaraq görürsən ki, mənəvi dünyası əl vursan “bum-bum” edəcək qədər çox boşdu. Amma di gəl, özünü ağıllı ətrafdakıları isə axmaq hesab edilər. Məhs bu tip şəxslər üçün aşağıda bir neçə not buraxıram:

  • Məhs hansısa filosof nəsə qeyd edirsə, bu doğrudur və ömür boyu bu fəlsəfə ilə yaşayaraq özünü nirvanaya çatmış hesab etmək çox yanlışdır. Həyatı yaşayaraq və görərək dərk etmək lazımdır. Əmin olun ki, bu gün kitablardan oxuduğunuz o fəlsəfi fikirlərin və kainatın mövcudluğu haqda olan fərziyələrin bir çoxu, sizin yaxın gələcəkdə qarşılaşacağınız hadisələr və içinə düşəcəyiniz real hekayələr zamanı puç olacaq və öz təsdiqini tapmayacaq. Həyatı dərk etmək istəyirsinizsə, özünüzü mümkün qədər çox və fərqli hekayələrin içinə atın və yeniliklərə açıq olun.  Bu zaman daha yaxşı anlayacaqsız həyatda “nə var, nə yoxdur”
  • Siqaret və alkoqola qarşı deyiləm, çünkü özün istifadə etdiyin bir şeyə başqası istifadə edərkən qarşı çıxmaq məntiqsizdir. Lakin hər şey balanslı və normalsında olanda daha gözəldir. İnanın ki, bilsəm peşman olmayacaqsız demərəm, amma əminəm ki, yaşlaşmağa vaxt tapmamış artıq bir neçə xəstəliyə düçar olanda qeyd etdiyim vərdişləri aşırı istifadə etdiyinizə görə çox peşman olacaqsız. 10 ilə yaxındır siqaret çəkirəm, amma hələ də anlaya bilmirəm ki, çəkdiyiniz siqaretin üzərindən 5 dəqiqə keçməmiş növbətisini yandırıb necə çəkə bilirsiz. Arada sözün əsl mənasında nəfəs və hava alın.
  • Mən razıyam, bu gün cəmiyyətin böyük bir hissəsi dar düşüncəli və hadisələrə yalnız bir rakursdan yanaşmağa öyrəşmiş insanlardır. Lakin bu o anlama gəlmir ki, sizin düşüncələrinizə zidd düşüncələrdə olan hər kəs dar düşüncəli, siqaret çəkməyib alkoqol qəbul etməyən qızlar isə kəzbandırlar. Hər kəsin öz prinsipləri və məntiq çərçivəsi var, kimsə sizin sahib olduğunuz siqaret və akloqol kimi vərdişlərə sahib deyilsə, xüsusəndə qızlar bu cür deyilsə və buna qarşıdırsa, sizcə də bu normal deyil? Hər kəs eyni rəngi sevə bilməz axı. Başqaların düşüncələri sizin üçün yanlış olduğu kimi, sizin düşüncələriniz də kimlər üçünsə yanlışdır. Sizin istək və düşüncələrinizə qarşı hörmətsizlik olunmayana qədər, başqalarını düşüncə və prinsiplərinə görə təhqir etməyin.
  • Dindar deyiləm və xurafata inanmıram, lakin dindar olan insanlara qarşı hörmətsizlik etmirəm və edənlərə də münasibətim çox pisdir. Çünkü insanların inancları onlar üçün ilahidir, müqəddəsdir. Hətta siz dindar olmasanız belə, sizin üçün də məhrəm olan, müqəddəs olan məqamlar var, məsələn sizin valideynləriniz. Biri sizin valideynlərinizə hörmətsizlik edəcəyi zaman nələr yaşayarsınızsa, başqası üçün müqəddəs olan şeylərə qarşı da siz hörmətsizlik edərkən bu hisslər yaşanılır. Zarafat etmək istiyirsinizsə, öz düşüncənizdə olan insanlarla yalnız qalarkən edin bu zarafatları, kiminsə inancına qarşı, ictimai məkanlarda yüksək səslə lağa qoyucu və təhqir edici ifadələr işlətmək lazım deyil. Axı siz “tolerantsiniz”…

PS. Heç bir zaman özünüzü mükəmməl və həqiqətə yetmiş hesab etməyin. Hər gün özünüzü inkişaf etdirməyə və həqiqət axtarışında olmağa davam edin. İnkişafın və təkamülün pik nöqtəsi yoxdur, bu sonu olmayan bir yoldur. Həmçinin unutmayın ki, tolerantlıq yalnız masirliyi qəbul etmək deyil, keçmiş və düşüncələrinizə zidd düşüncələrə də hörmətsizlik etməmək və təhriqə yol verməməkdir.

 Facebookda izlə.

russia

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma