Əgər kimsə sənə nəyisə edə bilmərsən deyirsə, inanma ona. “edə bilməzsən” sözlərini yalnız “edə bilməyənlər” təbliğ edirlər. Uğurunda mübarizə apardığın nələrsə varsa, mübarizəni sona qədər apar, çünkü nəticənin bəlli olması üçün oyun sona qədər oynanılmalıdır. Bu gün qarşına qoyduğun böyük bir uğur hədəfin varsa, ona çatmaq üçün ən doğru strategiya, səni o böyük uğura aparacaq kiçik uğurları qazanmağın olacaq. Heç vaxtı bu gün reallaşmayacaq şeyləri bu gün etməyi arzulama, çünkü reallaşmasa sən böyük bir xəyal qırığlığı yaşayacaqsan.
Hədəfə çatmaq üçün, səni o hədəfinə aparacaq işləri bu gün gör. Hər bir zirvəyə gedən bir yol var, bir addıma zirvədə olmaq mümkün deyil, belə olsaydı o zirvə olmazdı. Sən bunu edə biləcək gücdəsən, hətta ağlında beynində və düşüncələrində olmayan böyük məqsədlərə çatacaq qədər güc var səndə, sadəcə sən hərdən yorulursan və öz gücünü görməzdən gəlirsən. Sosial problemlər yorğunluqlar və sairə sənin gözünün önünə pərdə kimi sərilir, sənə öz gücünə və daxili potensialına boylanmağa imkan vermir. Amma bir şey görsənmirsə, bu onun olmadığı anlamına gəlməməlidir. Heç kəsi və heç bir hadisəni öz gücünü ölçmək üçün istifadə etmə. Öz gücünü bilmək üçün dünyaya gəldiyin gündən bu günə qədər səndə baş verən prosesi xatırla. Sən hələ də heç bir insan bəndəsinin yarada bilmədiyi möhtəşəm möcüzəvi və güclü bir varlıqsan. İndi qarşına qoyduğun hədəflər sənin gücün və möhtəşəmliyin qarşısında çox acizdir.
Sən dünyanın gedişatını dəyişən varlıqların növündənsən, onlar da eynən sən sahib olduqlarına sahib olublar, sadəcə onlar nəyisə etməzdən öncə başqalarının “edə bilərsən” “edə bilməzsən” sözləri ilə durub oturmayıblar. Onlar istəyiblər və mübarizə apararaq ediblər, başqa da heçnə. Onlar başqalarının dediklərinə yox, öz daxili güclərinə və istəklərinə inanıblar və ediblər. Səndən fərqlənməyən birinin dünyanın gedişatını dəyişdiyi bir halda, sən niyə öz həyatını dəyişməyi bacarmayasan? BACARARSAN!