2015-ci ilin yay aylarında “Təmiz söhbət” rubrikası adi altında video bloq hazırlamaq üçün küçə sorğusu keçirirdik. Əlimdə mikrafon düşmüşdüm Bakının ən mərkəzi küçələrinin canına. Adından da gördündüyü kimi, bu video bloq idi, heç tvdə də yayımlanmayacaqdı, yalniz youtube kanalında. Təxminən 15 insandan cavab alana qədər 3-4 saat küçədə gəzməli olmuşduq. İndi xatırlayanda belə, o yorğunluğu əzələlərimdə sümüklərimdə hiss edirəm. Cəmi 10-15 sual üçün bu qədər vaxtın itirilməsinin əsasən iki səbəbi var idi.
Biri o idi ki, insanlar, xüsusən də gənclər arasında bir-birindən fərqli düşüncəyə, orijinal düşüncəyə və azad fikirli şəxslərə rast gəlmək çətin idi. Cavabların çoxusu bir birinə bənzəəyirdi və heç də maraqlı deyildi. Yalnız eyni fikirlərin səsləndirildiyi video sorğunu izləmək isə onu izləyən insanlar üçün maraqsız olacaqdı.
Belə az sayda cavab üçün bu qədər çox vaxtı küçədə qalmağın ikinci bir səbəbi isə, gənclər arasında xanımların müsahibə vərməkdən qaçması idi. Mikrofon görən qız, evinə bütün Bakını fırlanaraq getməyə razı idi, təki kameraya düşməsin. Onların kamera görəndə “ay ay, yoox yoox” sözləri yaddan çıxmır. İlk dəfədir küçə sorğusu hazırladığım üçün, rəsmən şokda idim. Əxlaqsız yuvada yaxalanmış kimi üzünə çanta tutub uzaqlaşan kim, yox evdən icazə vermirlər deyərək müsahibə vermək istəyən rəfiqəsini də qolundan tutub dartan kim. İnandırım sizi, müsahibəni avtomobil yolu kənarında təşkil etsəydik, qızlar müsahibə verməmək üçün özlərini avtomobillərin altına atmağa da hazır idilər, amma gələn səfər belə etmək heç də pis ideya deyil.
Düzdü, “internetə girən qızı oğluma almaram” deyərək, whatsappa şəkilini qoyan qızları qınayan Manaf Ağayev kimi manısların və belə fikirləri televiziya vasitəsi ilə yayımlayan səviyyəsiz televiziya əməkdaşlarının yaşadığı bir ölkədə gənclərdən başqa reaksia gözləmək bir qədər yanlış olardı, amma bu qədərini də qaldırmaq çətindir biraz. Müsahiblər arasında iki orta yaşlı qadın və iki gənc xanım vardı, onlar birlikdə gəzirdilər, onlara yaxınlaşdıq və gənc xanımlardan biri müsahibə verdi, digəri də müsahibə vermək istəyəndə yanlarında olan iki qadından biri sən demə bu gənc xanımın anası imiş, aqressiv şəkildə dedi ki, dur gəl, icazə vermirəm! Bu tip ifrad dərəcədə mühafizəkar ailələr düşünürlər ki, televiziyada göstərilən qız tərbiyyəsizdi, xalq nə deyər, qohum əqrəbə nə deyər, deyər ki, bəs filankəsin qızını bütün Azərbaycan gördü. Amma bu olduqca məntiqsiz düşüncə deyilmi? Qızı məktəbə göndərirsiz, mağazaya göndərirsiz, lazım gələndə qızı işə göndrib aldığı maaşı qəpiyinə kimi alıb evə xərcləyirsiz, qız bütün bunları edəndə tərbiyyəsiz olmur, hansısa tv də və ya internet kanalında yayımlananda tərbiyyəsiz olur ? Qızı küçədə görənlər normal adamlardır, tv önündə izləyənlər zombilərdir ?
Mən müsahibə verməkdən imtina edən o 90% xanımın hamısını qınamıram, çünkü əminəm ki, onların bir çoxunu mühafizəkar ailələri bu cür dar düşüncəli yetişdiriblər. Amma istənilən halda, həm bu tip gənclərə, həm də ailələrə səslənirəm. Zəmanə o zəmanı deyil, (zatən o zəmanəni də o cür edən sizlər idiniz) Tamam başqa dövran tamam başqa düşüncə və dəyərlərin höküm sürdüyü zəmanədir. Heç kim tv də və ya internetdə müsahibə verməklə hansısa bir mənfi tərbiyyəli insana çevrilmir. Gənclərə isə mütləq şəkildə bu cür geridə qalmış düşüncələrlə yetişib cəmiyyətin xəstə bir huceyrəsinə çevrilməmələrini məsləhət görürəm. Keçmişin məntiqsiz düşüncələrindən uzaq və azad və fərdi fikirli gənclər olun.
© Murad Məmmədov (Facebookda izlə)
Çox gözəl məqalədə və bir nəfəsə tam oxudum. Təşəkkür edirəm və tam razıyam.
Bəyəntərəfindən bəyənildi 1 şəxs