İnsanın həyatda yaşaması üçün həyatı əhəmiyyət kəsb edən təbii ehtiyacları vardır, əksər insanlar bunların gözlə görünlərini və daima istifadə etdiklərini və ən nəhayətində fiziki proseslərə əsaslananlarını bilirlər. Məsələn yemək yemək, su içmək, nəfəs almaq, fiziki sağlamlıq və sairələri. Lakin insanların gözlə görmədikləri və fərqinə varmadıqları mənəvi ehtiyaclarıda vardır, hansılar ki, ən azından təbii ehtiyaclar qədər və yaşamaq üçün vacibdir. Çünkü bu şeylər olmasa, insan fiziki olaraq yaşayacaq, lakin mənəvi olaraq öləcək.
Bunlardan ən çox diqqət etdiyim və rastlaşdığım qayğıya və yaşananları bölüşməyə olan ehtiyacıdır. Məhs bu iki ehtiyac insanın ayaqda möhkəm dayanması və daha həvəsli şəkildə yaşaması üçün lazım olan ilkin şərtlərdəndir. Bu iki məqam kiminsə həyatında olmayanda, insan aqressivləşir, boşluq hiss edir, etdiyi heç bir şeydə məna görmür. Ən pisi çatışmamazlığın nədə olduğunu bilmədiyi üçün daha da tədirgin olmağa başlayır. Çünkü bunlar insanların təbii olan və bir çoxlarının fərqində olmadığı mənəvi ehtiyaclarıdır.
Bölüşmək ehtiyacı – Təsəvvür et ki, 100 nəfərlik ordu ilə mübarizə aparan döyüşçüsən. Bir nəfərlə mübarizə aparıb qalib gəlirsən, sonra digəri gəlir, bir xeyli mübarizədən sonra ona da qalib gəlirsən. Daha sonra növbəti sonra bir daha növbəti və beləcə 100 nəfərlik ordu ilə tək başına mübarizə apararaq qalib gəlmisən. Sən tarixə yazılacaq bir uğura imza atmısan, mümkünsüzü mümkün etmisən. Bu çətin döyüşün sonunda qalib gəlikdən sonra çıxırsan ən uca bir zirvəyə və… və… vəəə? Və”si yoxdur, əgər bu cür böyük bir uğura imza atdıqdan sonra zirvəyə çıxaraq bunu elan edəcəyin, bunu bölüşəcəyin biri yoxdursa, belə bir böyük hadisənin sənin üçün heç bir əhəmiyyəti olmayacaq və belə bir hadisədən ürək dolusu zövq ala bilməyəcəksən. Çünkü uğurunu bölüşəcək biri yoxdur, bəzən belə biriləri fiziki olaraq olur, lakin mənəvi olaraq sizinlə olmadığı üçün, fiziki olaraq o şəxsin var olması heç bir əhəmiyyət daşımır. Və başlanır böyük uğurlar içərisində böyük boşluqlar… Uğurunu-məğlubiyyətini, sevincini-kədərini, gülüşünü-göz yaşını bölüşəcək biri və ya biriləri olmalıdır mütləq. Əksi halda, heç nəyin və heç kəsin bir önəmi və bir mənası olmayacaq. Belə biri yoxdursa mütləq olması üçün çalışın, varsa qədrini bilin, xırda şeylər səbəbi ilə uzaqlaşmayın, uzaqlaşdırmayın.
Qayğı ehtiyacı – Bəzi insanlar vardır ki, məvəi olaraq çox güclüdürlər, onlar hər zaman bütün işlərini özləri görürlər, istənilən çətinlik zamanı heç kəsdən kömək istəmədən öhtəsindən gəlirlər və ya buna çalışırlar. Və bir çox halda qarşılaşdıqları çətinliklər zamanı kimdənsə kömək istəmələrinə qürurları imkan etmir. Lakin insan hər nə qədər güclü olsa belə, çətinliklərin öhdəsindən tək gəlməyi bacarsa belə, kiminsə onun başını sinəsinə sıxaraq “narahat olma, mən hər zaman səninləyəm” deyərək qayğı göstərilməsinə ehtiyac duyur. Ehtiyac duymasına rəğmən qürurunun buna imkan verməməsi isə, nəticədə o insanın tez-tez depressiaya düşməsinə və özünü tənha hiss etməsinə gətirib çıxarır. Çünkü o bununla öz təbiətinə, öz quruluşuna qarşı çıxır. Daha öncəki halda olduğu kimi, bu halda da insan bunun fərqinə vara bilmir, fərqinə vardığı hallarda isə qüruru bunu qəbul etməsinə imkan vermir. Lakin hər bir kəsin qayğısına qalacaq birinə və ya birilərinə ehtiyacı vardır. Belə biri yoxdursa mütləq olması üçün çalışın, varsa qədrini bilin, xırda şeylər səbəbi ilə uzaqlaşmayın, uzaqlaşdırmayın.
© Murad Məmmədov (Facebookda izlə)
“Bütün insanlar bu iki şeyə ehtiyac duyur, bunları bilmək vacibdir.” üçün 2 şərh