Əks cinslə münasibətin maraqsızlaşmaması üçün bunları edin.

Sevgi nədir ? Hərənin bir cür izah etdiyi, konkret hər kəs tərəfindən qəbul olunmuş standartı olmayan anlayış. Dünyada elə məhvumlar var ki, onlar konkret olaraq bir şey deyil, bir neçə xüusiyyətin toplumudur. Və mən hesab edirəm ki, məhs sevgi də belə birşeydir. Bir neçə xüsusiyyətin və hissin birləşimidir. Məsələn: Xoşlanmaq, xarakterini bəyənmək, ehtiras hiss etmək, hörmət etmək və bağlanmaq kimi xüsusiyyətlərin birləşimidir sevgi. Ola bilər ki, bunlardan biri və ya ikisi olmasın, təbii ki, bu zaman həmən sevgidə daima nələrinsə çatışmamazlığı hiss olunacaq.

Və açıq aşkar görünür ki, xüsusən də bu gün ortaq bir münasibəti bölüşənlərin, yəni sevgili olanların ayrılma qərarları və hər birinin yenidən başqa biri ilə tanış olmalarının sayı çoxalıb. Bəs niyə, nə üçün bir çox cütlük qısa bir müddətdən sonra birlikdə qala bilmirlər ki ? Doğrularımla səhvlərimlə mən bunun səbəbini bilirəm. Ayrılıqların bir çox halda səbəbi münasibətin monotonlaşması, adiləşməsi və solğunlaşmasıdır. Bir çox qız və oğlan münasibətlərinin ilk başlarında, qarşı tərəfə özünü bəyəndirmək üçün bir çox addımlar atır. Lakin daha sonradan sanki ilk başda həyəcandan dili dolaşan şəxslər bunlar deyillər, başlayırlar münasibətlərinin həyəcanının azalmasına şərait yaradmağa, yəni bunun qarşısının alınması üçün heçnə etmirlər. Bir çox cütlük münasibətlərinin başlamasından qısa zaman keçməsinə rəğmən, artıq bir birilərini həyəcanlandırmğa çalışmırlar, nəticədə bu səbəbdən münasibətin günü-gündən maraqsızlaşmasını sakitcə seyr edirlər. Amma hər şey belə olmamalıdır, tam əksi, münasibətin günü gündən maraqlanması və ehtiraslanması üçün hər iki şəxs münasibətə hər gün bir qədər daha və yeni rəng qatmalıdırlar.

Yağı yenilənməyən avtomobilin çökdüyü kimi, həyəcanı yenilənməyən münasibətin də çökmə ehtimalı böyükdür. Şəxsi təcrübəmə və müşahidələrimə əsasən, münasibətin monotonlaşmaması üçün, hər gün bir az daha rəngli, hər gün bir az daha həyəcəanlı və ehtiraslı olması üçün, aşağıda qeyd edəcəyim üsilları yoxlamaq olar.

  • Fantaziyalı olmaq – Münasibətin monotonlaşmaması üçün hər görüş üçün maraqlı birşeylər düşünmək. Məsələn, hər dəfə eyni yerdə görüşmək və eyni şeyi etməkdənsə, hər iki şəxsin heç vaxtı olmadığı yerlərə birlikdə getmək, birlikdə yeni məkanlar kəşf etmək. Bu hər iki şəxsin birlikdə yeni həyəcan yaşayacağı üçün, münasibətin də həyəcanının artmasına kömək ola bilər.
  • Birgə fəaliyyət, birgə əyləncə – Cütlüklərin bir çoxu əsasən birlikdə olduqları zaman özlərini ağır aparmağa, yalnız ciddi mövzuları müzakirə etməyə üstünlük verirlər. Ayrı ayrııqdada olanda isə əylənməyə daha çox üstünlük verirlər. Lakin qarşı tərəflə birlikdə əylənmək münasibəti daha da maraqlı və rənga-rəng edə bilər. Münasibətin möhkəmlənməsi üçün birgə fəaliyyət də çox önəmlidir. Bunların hər ikisini birləşdirməklə maraqlı oyunlar oynamaq olar. Məsəl üçün bu həftə oğlanın bacardığı və sevdiyi birşeyi birlikdə edə bilərlər (birlikdə idman yarışıni izləməyə getmək, birlikdə plaitsation oynamağa əna azı cəhd etmək :D, tenis oynamaq və sairə kimi). Gələn həftə isə qızın sevdiyi və bacardığı işi birlikdə gərçəkləşdirmək olar (birlikdə yemək bişirmək, konsert və ya tamaşaya getmək, onun sevdiyi janrda bir film izləmək və sairə).
  • Plansız nələrisə etmək – Planlı və əvvəlcədən danışılmış şeylər heç vaxtı plansız və ani olaraq verilən qərarlar tək həyəcanlı ola bilməz. Unutmaq lazım deyil ki, məqsəd birlikdə həyəcan və adrenalin yaşamaqdı, buna görə də, birlikdə ani olaraq gözlənilməz qərarlar almaq və dərhal onları reallaşdırmaq ünasibətin dinamikliyini bir qədər də artıracaq.
  • Məqsədlər siyahısının hazırlanması – Hər bir şəxsin ayrı ayrılıqda məqsədləri hədəfləri vardır, bəs bu məqsədlərə birlikdə çatmaq necə, maraqlı olmazdımı ? Bunun üçün hər iki şəxsin əldə etmək istədiyi şeylərin siyahısını hazırlamaq və hər dəfə birini reallaşdırmaq üçün birlikdə nələrsə etmək və o hədəfə çatdıqda üzərindən xətt çəkib digərinə keçərək növbətisi üçün də birlikdə çalışmaq münasibətə yeni bir əyləncə nəfəsi qatacaq və daha da maraqlı olmasına yol açacaq. Eyni zaman da unutmaq lazım deyil ki, hədəfə çatmaq üçün,istəklərini reallaşması üçün çıxdığın yolda daima əlini tutacaq biri varsa, sənin gücün iki qat artacaq və mübarizə eşqin çoxalacaq.

Siyahını uzatmaq olar, lakin məncə əsas mesaj anlaşıldığı üçün buna ehtiyac yoxdur. Çalışın həyatdan zövq alasınız və həyatınıza hər gün bir az daha rəng qatasınız. Xüsusən də birlikdə olduğunuz biri varsa, bütün bunları onunla birlikdə edin. Bu zaman həyat ən əlvan çalarlara boyanacaq.

© Murad Məmmədov (Facebookda izlə)

murad - tədbir

“Əks cinslə münasibətin maraqsızlaşmaması üçün bunları edin.” üçün 4 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma