Ağlayan təlxək

O hər zaman insanları güldürəndə, özünün həqiqətən nə zaman ürəkdən güləcəyini düşünürdü. İnsanlar elə bilirdilər o heç zaman üzülmür, axı onu hər zaman gülüb güldürən görmüşdülər. Hər kəs elə bilirdi ki, o əbədi xoşbəxtdir. Lakin anlamırdılar ki, yoxdur əbədi xoşbəxtlik, həyat hisslərlə məntiqin balansını qorumaq uğurunda aparılan mübarizədən ibarətdir. Bir gün bu balansı qoruya biləndə bu tarazlığı saxlaya biləndə xoşbəxt olacaqsan, sabahsı gün birinin fazini biraz çoxaldanda böyük bir boşluq hiss edəcəksən. O bunu anlata bilmirdi insanlara, ona görə də onlara yalnız gülüş bəxş edirdi, düşünürdü ki, onlar onsuzda həqiqətin nə olduunu bilməyəcəklər, çünkü o özüdə həqiqətin nə olduğunu bilməmişdi, o özü də çatmamışdı nirvanaya. Amma o gülüşün gücündən xəbərdar idi, buna görə də bacardıqca insanları güldürməyə çalışırdı.

O bəzən yorulurdu, yorulanda güldürə bilmirdi insanları, amma insanların onu yanlış anlayacağını bildiyi üçün, insanlara yorulduğunu izah edə bilmirdi. O bilirdi ki, insanlar onun yorulduğunu görsələr, elə biləcəklər ki, o saxtakardır, özü xoşbəxt olmadığı halda insanlara xoşbəxtlikdən danışır. Amma əslində o heç xoşbəxt olduunu iddia etməmişdi, o xoşbəxtlik axtarışında olduğunu söyləyir və bu yolda irəlləmək üçün hər kəsin əlindən tutub daha da güclü olmaları üçün  çalışırdı sadəcə. Ətrafda hər kəs güləndə o düşünürdü, o düşünürdü ki, mən nə zaman güləcəm, nə zaman biri çıxıb məni güldürəcək ? Axı o yorulmuşdu. Nə zamana qədər yalnız o hər kəsi güldürməli idi, o heç dincəlməyəcəkdi? Niyə o güldürdüyü adamlar onu güldürmək haqda düşünmürdülər ? Nə zamana qədər o hər səhər yuxudan oyandıqdan sonra, hər kəsin onu görməyə öyrəşdikləri geyimi geyinməli idi, axı o bir gün də sərbəst olmaq istəyirdi. Cəmi bir gün də təşkilatçı yox iştirakçı olmaq istəyirdi. O arzulayırdı ki, bir gün səhər oyananda o heçnəyi təşkil etməyəcək, ətrafında onun üçün nələrisə təşkil edənlər olacaq, əslində var idi onun ətrafında çoxlu insanar, həm də lap çox idi onlar. Amma heç biri onun yorulduğunu görmürdülər, hər kəsin başı özünə qarışmışdı, amma o hər kəsi görür hər kəsə diqqət edirdi.

Bütün bunların nə zamana qədər davam edəcəyini bilməmək onu daha da yorurdu, ən çox da tutacaq bir ələ ehtiyacı vardı, bu döyüş meydanında onun gücünə güc qatacaq bir ələ. O əl bəzən görünürdü, amma bəzən. O anlaya bilmirdi ki, bunu yuxuda görüb yoxsa həqiqətən var. Çünkü bəzən o qədər gərçəkçi olurdu ki, tutduğu əlin istiliyini tərləməsini də hiss edirdi,  bu zamanlar ərzində o elə güclü olurdu ki, bəlkə də bir neçə anlıq yox, daima onun əlindən tutan biri olsaydı, o dünyanın ən məhşur dahlərindən olardı. O çox istəyirdi bir gün hərkəslə birikdə gülməyi, kütlə içində tənha olmamağı, hər kəsi güldürdüyü zaman özünün də ürəkdən gülməyini çox istəyirdi. Bir gün o hayqıraraq diz çökdü meydanda, daha sonra yıxıldı yerə, diyəsən oyunun sonu idi, ətrafda hər kəs donmuş baxışlarla onu seyr edirdi, sanki bu səfər hər kəs ağlayır, o isə gülürdü, saniələr irəllədikcə onun ürək döyüntüləri azalırdı və nəhayətində onun qəlbinin döyüntüsü dayandı, o üzündə təbəssüm son nəfəsini verdi, sanki son anda həqiqətə çatmışdı və buna görədə son nəfəsində olsa belə bir dəfə ürəkdən qayğısız təbəssüm etmişdi.

© Murad Məmmədov (Facebookda izlə)

murad bw

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma