İKİ RUHUN SEVİŞMƏSİ

Onlar hər zaman birlikdə idilər və heç bir zaman ayrılıq haqda düşünmürdülər. Bir çox insan adı şeylərə görə mübahisə edib ayrıldıqları halda, onlar həm adi həm də böyük fikir ayrılıqları yaşananda belə ayrılmırdılar. Çünkü onlar fiziki olaraq sevişməmişdən öncə, onların ruhları sevişmişdi. Bundan sonra onlar fiziki təmas zamanı insanın həzz aldığı kimi, bir-birinin yanında olduqları zaman da belə bir həzz yaşayırdılar. Onlardan heç biri digərinin qaşının gözünün gözəl olmasına görə sevməmişdi, onlar ən çirkin halları ilə sevirdilər bir-birilərini. Onlardan heç biri digərinin keçmişi ilə maraqlanmırdı, onlar üçün önəmli olan tanış olduqlarından sonrakı həyat tərzləri idi, çünkü onlar tanış olduqları  gün ikinci dəfə doğulmuşdular, artıq hər ikisinin yeni doğum tarixi var idi.

Onlardan heç biri digərini dəyişməyə çalışmırdı, çünkü hər ikisi qarşı tərəfi olduğu kimi qəbul etmişdilər. Heç biri digərinin fiziki quruluşuna, əynindəki paltarına baxmırdı. Onlar bir-birini əlavəsiz, qatqısız, çilpaq bədən kimi, bədənin altında isə ruhlarını görürdülər, çünkü onların ruhları sevirdi biri-birini. Onlar yeməyin tam isinmədiyi üçün dalaşmırdılar, çünkü ruhların qidası nə bitkidir nədə bir başqa bənzər birşey, ruhların qidası mənəvi həzzlərdir, bu həzzləri isə onlar hər gün yaşayırdılar. Onlar ömür boyu birlikdə yaşamaq üçün sistemin uydurduğu nikah kağızına ehtiyac duymurdular. Onlar axşamlar yatmazdan öncə tv seyr etmirdilər, onlar yataqda uzanıb bir birinin gözlərinə baxırdılar uzun uzadı. Səhər oyananda hansısa biri yatıb qaldığı üçün digərini işə getməsi üçün oyada bilməyəndə əsəbləşmirdilər, çünkü onlar birlikdə olduğu üçün heçnə veclərinə deyildi, birlikdə nə aclığın nə sususluğun nədə başqa birşeyin qorxusu yox idi. Qorxusuz ölümsüz olmuşdular onlar, çünkü onlar fiziki olaraq sevişməmişdən öncə, onların ruhları sevişmişdi.

© Murad Məmmədov (Facebookda izlə)

Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma