1.) Həyatı yalnız planlar çərçivəsində yaşamaq, yeni ildə şaxta babanın sənə nə gətirəcəyini əvvəlcədən bilmək tək maraqsızdır.
2.) Tanrı yalnız ərəb dilində başa düşsəydi, nəinki insanları görə bilərdi, hətta öz ölkəsini tərk edə bilməzdi.
3.) İnsanın nəfsi onu köləyə çevrdiyi bir zamanda, ruhu azadlığa can atar. Çünkü azad olmayan ruhun xoşbəxt olması mümkünsüzdür.
4.) İdarə edə bilməyəcəyin bir empatiya hissinə sahib olmaq, özün olaraq doğulduğun halda, başqa birisi olaraq ölməkdir.
5.) Sevdiyin işlə məşğul olmaq həm də bunun qarşılığında pul almaq, bir şəxsi həm sevmək həm də onunla sevişə bilmək kimidir.
6.) Hamımız şizofren, səbəb isə bizə verilən zəkadır.
7.) Görünüşə görə başlanan sevgi, gecə düşdükdə bitər. Oysa ən çox qaranlıqda sevgiyə ehtiyac duyar insan.
8.) Əsl bədbxtlik, insan öz təbiətinə qarşı çıxdıqda başlar və bunu dərk etmədiyi müddətcə bitməz.
9.) Dinindən irqindən cinsindən aslı olmayaraq hər bir insanın təbəssümü və göz yaşı eynidir. Bizləri birləşdirən ən başlıca iki amil, sevinc və kədərdir
10. ) İnsanın zəkasının inkişafı, onu hər şeyə yaxın, özündən isə uzaq saldı.
© Murad Məmmədov (Facebookda izlə)