Keçmiş unudulmayınca keçmiş sayılmaz.

Keçmiş – Söz olaraq indi olmayan birşey, lakin elə birşey ki, onu bu günə qədər gətirib çıxarmaq və hətta özünlə gələcəyə belə aparmaq olar. Bu gün bir çox insan var ki, keçmişdə yaşadığı xoşa gəlməz hadisələrlə yaşayır və o hadisələr onun bu günkü inkişafına kifaət qədər mane olur.

Amma keçmişdə çətinliklər və ya xoşa gəlməz hadisələr yaşayanlar və xüsusən də uşaqlıq və ya yeniyyetməlik dövründə psixoloji travmalar alan şəxslər bilməlidirlər ki, keçmişdə yaşanılan pis şeylər gələcəkdə daha yaxşı şeylərin yaşanmasına mane olmamalıdır, buna izin vermək olmaz! Hər bir kəs ötən illərdə yaşadıqlarına baxmayaraq irəlləyən illərdə tamami ilə başqa bir həyat yaşaya bilər, insan gücü buna tamami ilə qadirdir. Yetər ki, keçmişi keçmişdə buraxaq, ev heyvani kimi boynuna zəncir bağlayıb arxamızca aparmayaq. Mən razıyam keçmişi tamami ilə silib atmaq və tamami ilə yox etmək olmur, amma onunla aranda kifaət qədər məsafə saxlayaraq sənə mane olmasının qarşısını almaq olur. Bəziləri keçmişi özlərinə o qədər yaxın buraxır və onunla yaşayırlar ki, onların nə bu günləri nə də sabahları olur, onların yalnız keçmişləri olur, bu isə olduqca təhlükəli bir haldır. Çünkü keçmiş hər kəsdə parlaq olmaya bilər və daima onunla yaşamaq bizim gələcəyimizi məhv edə bilər.

Sənə verilən nəinki hansısa bir gün, hətta bircə saniə belə təkrar yaşanmayacaq, bu cür təkrarsız bir həyatı keçmişdəki hadisələrə qurban vermək özünə və səni sevənlərə qarşı böyük bir haqsızlıqdır. Bu dünyada yıxılmayan insan yoxdur, əsas məsələ yıxıldıqdan sonra ayağa qalxmağı bacarmaqdır ki, siz  bunu bacararsız. Bunun üçün daima arxaya yox, başınızı bir az da önə fırladıb önünüzə baxsaz heç də pis olmaz. Bu gün bir çoxumuz uşaqlıqda və ya yeniyyetməlik dövrlərdə yaşadıqlarımızın əsəriyik, lakin bu o anlama gəlməməlidir ki, əlimizi qolumuzu sallayıb yalnız bu cür də qalmalıyıq. Belə olsaydı onda bu ağılı bu məntiqi daşıdığımız üçün küçədəki ağacın torpağın haqqına girmiş olarıq, çünkü istifadə etmədiyiniz bu ağıl və məntiq ağacda qurtda quş daolsaydı, onlar bu dəqiqə sizdən daha çox inkişaf etmişdilər. Siz isə keçmişinizi qucaqlayaraq divanın bir küncünə bürüşüb gələcək gözəlliklərdən imtina edirsiz.

Aç gözlərini, özünə və ətrafda olanlara bax, heç kəs nağıllardakı kimi həyat yaşamır, zatən nağıllar insanı yuxuya aparmaq üçündür, onlar real deyil. Reallıq bu gün sənin həyatını dəyişməyinin öz əlində olmasıdır, reallıq keçmişdən qurtulmağın mümkün olmasıdır. Ola bilər siz onun sizə buraxdığı şramları yaraları tamami ilə təmizləyə bilməyəsiz, amma onu rahat buraxsaz yaralar sadəcə yaxından diqqətlə baxanda görüləcək qədər azalacaq. Nə etmək olar, artıq belə olub, olmuş və keçmişi dəyişmək mümkünsüzdür, bu artıq olub və baş verib. Lakin hər bir kəs, keçmişi dəyişə bilməməyini, gələcəyini dəyişə və öz istədiyi kimi qura bilməyi ilə  kompensasiya edə bilər. Bu o deməkdir ki, həyat heç də sizin beyninizdə forlmalaşdığı tək qorxu filmi deyil, çətin amma olduqca şirindir. Buna görə də, bu şirniyyatdan maksimum dadmağa çalışaq! :)

© Murad Məmmədov – (Facebookda izlə)

yarat seminar 2

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma