Onunla sevgilisiniz yoxsa dost ?

Dost, tanış, qardaş, sevgili və s. münasibət və əlaqə adları. İnsanların bir çoxu hər hansısa münasibət qurarkən dərhal bu münasibətə ad verməyə çalışırlar və verirlər. Amma elə bir çoxu da unudur ki, münasibətin dərəcə və səviyyəsini bu adlar yox, hər iki şəxsin birlikdə yaşadığı anlar təyin edir. Anlar… Onlardır insanları yaxınlaşdıran və uzaqlaşdıran, birlikdə daha xoşbəxt və ya daha bədbəxt edən. Ancaq bir çoxu tələsir,  bir çoxu da münasibət qurarkən bu mənasibətə ad verməyin məcbur olduğunu zənn edərək bir ad fikirləşir. Düşünür ki, nə ad versə münasibətin gedişatı da daima elə olacaq və ya elə olması lazımdır. Lakin bu, bir çox halda belə olmur. Bəzən iki gündür tanış olduğunuz adi tanışınız hesab etdiyiniz insanla birlikdə elə şeylər yaşayırsınız ki, dost dediyiniz şəxslə illərdir münasibətiniz olmasına baxmayaraq elə möhtəşəm anlar yaşamamısınız, çünkü dost qədər yaxın hesab etdiyiniz o şəxs bu anlar üçün uyğun insan deyil. Və siz sadəcə münasibətinizə tələsik ad vermisiniz. Bu məqamda uşaqlara, yəni körpələrə olan sevginizi, xoşlanmağınızı yadınıza salın, sizin onlarla heç bir adda münasibətiniz yoxdur, amma onlar o qədər şirin və sevimlidirlər ki, siz heç bir ad vermədən onları sevir, əzizləyir və onlardan həzz alırsınız.

Bəzən internet üzərindən və ya realda yenicə tanış olduğun əks cinslə də bu baş verir, tanışlığın ilk saatlarından yaxud ilk günlərindən başlayırsan sən ona və ya o sənə dost deməyə. Halbuki, bəlkə sənin onunla heç dostluğun alınmayacaq və ya gələcək günlərdə sənin ona qarşı və ya onun sənə qarşı başqa bir hissləri baş qaldıracaq. Bundan sonra başlanacaq hisslərlə mübarizə ki, “yox e, o mənə dost gözü ilə baxırdı, mən necə ona başqa hisslər bəsləyə və ya dilə gətirə bilərəm”.  Bunlar xoşa gəlməz oyunlardır və bütün bunların səbəbi insanların münasibətlərini adlandırmaq üçün tələsmələridir. Müasibətin adlandırılmasının digər bir mənfi tərəfi də, münasibətin məhdudiyyətləşdirilməsi və çərçivələşdirilməsidir. Münasibəti adlandırmaq insanı və qarşı tərəflə olan əlaqəni çərçivəyə salır və münasibəti daha rəngsiz hala gətirir. Çünki hər zaman qeyd etdiyim kimi, insan ruhu azadlığa meyillidir və ruh yalnız azad olduğu halda xoşbəxtlik qapılarını aça bilər. İstənilən bir ad azadlığı məhdud çərçivəyə salır, insanlar bir-biriləri ilə ada görə məcburiyyət çərçivəsində davranmağa başlayırlar və adlar ruhun qanadlarını zəncirləyir.

Yadınıza salın, xoşbəxt olmadan birlikdə yaşayan cütlükləri. Bu, nə üçün baş verir? Sistemin qurduğu nigaha və kağız parçasına görə. Bu kağız parçası hər iki şəxsin azadlığını məhdudlaşdırır, bir çox hallarda cütlüklər bir-birilərinə xəyanət edirlər, heç bir tərəfin xəbəri olmadan, ruhu belə incimədən bunu edirlər. Səbəb? Çünki insan ruhu azadlığa meyillidir istənilən bir məhdudiyyət insanın xoşbəxtliyinin az bir parçasını da olsa əlindən alır. Ona görə ki, adamlar bir anın içində simpatiya və ehtiras hissinə qapılıb münasibətlərinə ad veriblər. Və sabahsı günü eyni yataqda oyanan cütlüklərin heç də hamısı xoşbəxtlikdən rəqs etməyə başlamırlar. Mən razıyam ki, evlilik bəzi hallarda ani olaraq əsəb və qəzəblə verilən ayrılıq qərarlarının qarşısını alır. Hansı ki, o şəxslər həmin gün ayrılmasalar, sabahsı gün hər şey qaydasına düşə və əvvəlkindən daha da yaxşı ola bilər. Lakin bu, məqalənin verdiyi mesajı təkzib edəcək gücə sahib deyil. Ümumiyyətlə, cütlüklərin dövlət və sistemin qurduğu şərtlərlə ailə həyatı qurmalarında müsbətlərin və yə mənfilərin istər çox, istərsə də az olması, yaxud, ümumiyyətlə, belə bir şeyin lazımlı olub olmaması dərin mövzudur və konkret olaraq bir mənalı şəkildə qəbul ediləcək birşey deyil. Yazının bu hissəsini sadəcə nümunə üçün qeyd edirəm.

Ümumilikdə isə hesab edirəm ki, insanlar münasibətlərinə, xüsusəndə, yenicə başlamış münasibətlərinə ad verməməlidirlər. Çünkü bir insanla rəqs etmək üçün, gülmək üçün, nərd oynamaq üçün, sevişmək üçün, sevmək üçün mütləq ad verməyə gərək yoxdur, adsız da bunları edə və bunlardan həzz almaq olar. Çünki onsuz da bu əlaqələr sizin verdiyiniz adlarla qaydasına düşməyəcək.  Ad verməklə sadəcə öz beyninizdə nəsə bir səviyyə və dərəcə formalaşdımağa çalışacaq və çərçivə çəkməyə çalışacaqsınız. Lakin heç bir halda o şəxslə münasibətinizin səviyyəsini həmin ad təyin etməyəcək. Çünki insanı həyəcanlandıran, coşduran, kədərləndirən və qanadlandıran qarşı tərəflə birlikdə yaşanan o anlar olacaq. Anlar… Onların qədrini bilin, onların rəngarəng olmasına çalışın…

© Murad Məmmədov (Facebookda izlə)

yarat seminar 2

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma