Bir dəfə aptekə soyuq dəymə dərmanı almağa girdiyim zaman, çox dəxilsiz şəkildə fikir verməyə başladım ki, demək olar hər şeyin dərmanı var, lakin mənəvi yorğunluğu aradan qaldıracaq insanın mənəvi enerjisini bərpa edəcək bir dərmandan başqa. Bu zaman anladım ki, deməli bunun da öhdəsindən gəlmək insanın öz üzərində düşür və mütləq ki, bu dərmanı əvəz edəcək və daha uzun müddətli təsirə malik olan “dərman” olmamış olmayacaq.
Hədəflərimiz olur, məqsədlərimiz olur, problemlərimiz olur. Və bəzən sadaladıqlarım uğurunda o qədər kor-koranə şəkildə mübarizə aparırıq ki, bir sıra önəmli məqamlara diqqət etmirik, bir sıra dedimsə bu deyəcəyim o sıranın ən öndə gedən məqamıdır, bu həyatdan zövq və həzz almaqdır. Həyatdan zövq almaq deyəndə isə nəyi nəzərdə tutduğumu az sonra qeyd edəcəm. Sadaıadığım mübarizələri apararkən bəzən mənəvi olaraq gücsüzləşirik, yoruluruq və dizlərimizi yerə atıb: “Saxlayın dünyanı, mən burada enirəm” demək istəyirik. Bunun da səbəbi məhs daha öncədən də qeyd etdiyim kimi, kor-koranə şəkildə mübarizə apararkən həyatda həzz və zövq alacaq şeyləri etməyi unutmaqdır, onları görməməkdir. Lakin bu unutqanlıq sizi işlərinizi görərkən daha tez-tez yorulmağınıza və bir çox hallarda gərginlik içində olmağınıza səbəb olacaq.
Hər kəsin həzz və zövq anlayışı müxtəlifdir. Məsələn mən çox sevirəm ki, üzü küləyə doğru gəzim, külək bəzən incə bəzən isə sərt toxunuşları ilə üzümü saçımı sığallasın, bu zaman sanki o mənim ruhuma toxunur və mən olduqca böyük həzz alıram. Və ya hündür bir yerə çıxmaq və telefonda ən sevdiyin mahnını və ya o an üçün əhvalını ən doğru şəkildə ifa edəcək bir mahnını səslənməyə qoymaqla o hündür yerdə sadəcə sakitcə oturub fondakı musiqinin müşaəti ilə uzaqlara baxmaq. Dediyim kimi həyatda sizə həzz verəcək şeylər çoxdur. Əynindəki paltarın çirklənib-çirklənməyəcəyini düşünmədən yaşıllıq üzərinə uzanıb torpağn ətrini və enerjisini ciyərlərinə çəkmək, hiss etmək. Cinsiyyətindən aslı olmayaraq və heç bir şəhvət hiss duymadan kiminləsə ən azı bir neçə dəqiqəlik bir-birinə sarılaraq qucaqlaşmaq. Pozitiv insanlar ətrafında oturub onların gülüşlərini, təbəssümlərini seyr etmək. KÜçəcə bir küncdə oturub balaca uşaqların -bir-biriləri ilə oynamaqlarını seyr etmək. Bəs sən bunları nə zaman etmisən ?
Söylədiyim kimi, həzz və zövq anlayışları fərqlidir, lakin mütləqdir ki, məqalədə bəhs etdiklərimdən və ya burada yazılmayan şeylərdən mütləq yararlanaq həyatdan zövq və həzz alaq, yoxsa apardığımız mübarizələr qarşısında gücsüzləşərik yorularıq. Mən insan tanıyıram ki, nə zaman baxırsan yalnız fokuslanıb bir problemin həllinə və ya maddiyat qazanmağa və bu səbəbdən də daima üzündə bir gərginlik bir aqressivlik var, çünkü qeyd edilən məsələlərə riayət etmir və gözü önəmli məqamları görmür. Hətta bəziləri çıxış yolunu o “enerji” içkilərində görür, için e, amma əmin olun ki, məqalədə yazılanlar qarşısında o içkilər sadəcə bir nağıldır. Əgər apardığınız mübarizələr zamanı daima güclü və həvəsli olmaq istəyirsinizsə, həyatda sizə zövq verən şeylər nədirsə, onlardan mütəmadi olaraq istifadə edin və hətta hər dəfə yeni zövqlər yeni həzzlər axtarışında olun və kəşf edin, qoy bu həyatda sizə həzz verəcək şeylərin sayı çox olsun ki, hər dəfə yorulanda birindən istifadə edəsiniz və sabah səhər yataqdan duranda qarşınızda dayanan məsələləri həll etmək üçün güclü və həvəsli olasınız.
© Murad Məmmədov (Facebookda izlə)