Atam ölmüşdü, bu gün də Anam öldü.

Telefonuma zəng gəldi, zəngdən sonra oturdum taksiyə, dedim sür əhmədliyə. Təxminən 5-10 dəqiqə olardı hərəkət edirdik, sürücüdən soruşdum ki neçə yaşın var ? 30 söyləyərək ardınca sual verdi ki, niyə soruşursan, gedəcəyimiz ünvanı təkrar soruşduğuma görə ? Cavab verdim ki, yox, sadəcə deyəcəklərimi nə dərəcədə anlayacağını bilmək üçün. Davamında nə danışmışıqsa yadımda ala-qaranlıq qalıb.

Mənim 6 yaşım olarkən, doğma Atam vəfat etdiyi zaman Anam yas və digər məsələləri həll etmək üçün məni bir neçə günlüyə öz ata anasının yəni Nənəmin Babamın himayəsinə vermişdi, sonra necə oldusa evə qayıda bilmədim, anam ardımca gələndə ağladım geri dönmək istəmədim. Sonra isə istəsəm də heç qayıda bilmədim, çünkü anam işləməyə başladı və gündüz saatlarında evdə heç kəs olmadığı üçün mən daimi olaraq nənəmin yanında yaşamağa başladım.

Zənn edirəm ki, birinin sizin nəyinizsə olması bioloji amillər ilə ölçülməməlidir. Məsələn kiminsə özünü sizin valideyniniz adlandırması və bioloji olaraq sizin atanız və ya ananız olması, o şəxsin həqiqətən də bu statusa sahib olması anlamına gəlməməlidir. Çünkü siz hər hansısa bir şəxsin valideyni və ya hər hansısa bir digər adlı kəsi olsanız, məhs o ada uyğun da davranışlarınız olmalıdır, yəni bioloji statusunuzla davranışlarınız bir-birini tamamlamalıdır. Daha açıq desək, siz bir kəsin anası və ya atası olmanız üçün, onu dünyaya gətirməyiniz və qidalandıraraq hər hansısa bir yaşa çatdırmanız bəs etmir, qidalanmağa qalsa siz olmasanız belə o, uşaq evində qidalanacaq, dayələr tərəfindən yetişdiriləcək. Cütlük təsəvvür edin, münasibət statusları sevgilidir, amma biri digərindən anlayış qayğı gözləyəndə, digəri deyir məşğulam, özün bil nə edirsən. Və ola da bilər ki, kimsə sizin bioloji olaraq ananız deyil, lakin siz qapıdan çıxarkən qayıdıb sizdən soruşar ki “sən yemək yemisən gedirsən? Ac qalmazsan ki?”

Məhs bu amillərə görə də, nənəm və babam mənə doğma valideynlər kimi idilər, doğrularıyla, yanlışlarıyla. Babam necə deyərlər “çoxdanın kişilərindən idi” 41-45 müharibəsi görmüşdü. Yeniyetməlik dövründə, hələ gəzə bilmədiyim vaxtlarda o mənə futbolu sevdirmişdi, gəzə bilmədiyim üçün, heç yana çıxa bilməməyimə baxmayaraq, futbol izləmək sayəsində elə də çox darıxmırdım. İllərlə birlikdə çempionlar liqası və digər böyük turnirlər seyr edirdik tv önündə, oyunlardan sonra saatlarla müzakirə edərdik oyunları. Elə bir qürrələnəcək həyat yaşamışdı ki, yaşadıqlarını tanıdığı hər kəsə danışmaqdan yorulmazdı. Artıq qocalıb yaddaşı zəifləmişdi deyə, bəzən bir adama eyni hadisəni dəfələrlə danışırdı. Babamın yoxluğunu ən çox bu ilki avropa çempionatında hiss etdim, çünkü artıq 8-9 aydı o vəfat edib. Bu gün isə çıxışlarımda, seminarlarımda haqqında bəhs etdiyim o ‘məhşur’ nənəm vəfat etdi, öldü…

6 yaşımdan 18 yaşıma qədər olan dövrüm bu iki şəxsin himayəçiliyi altında keçib. Artıq bu gün hər ikisini itirmiş vəziytətdəyəm. İnsanların bir çoxu o qədər pozitivliyimə mübarizəkarlığıma baxıblar ki, əslində bu pozitivliklə yanaşı dəhşətli dərəcədə həssaslığımdan xəbərdar deyillər, amma o dərəcədə həssasam ki, nənəmi pis vəziyyətdə görməyə dayana bilmədiyim üçün, hər yanına gələndə pərişanlıqdan günlərlə özümə gələ bilmədiyim üçün, dünən halının daha da pisləşdiyi günü saymasaq 2-3 ay olar onun yanına gəlib dəymirdim. Çünkü hər gələndə onu elə görəndə inanılmaz pis olurdum . Lakin gəlməsəm belə onun var olduğunu bilmək, hələ də yaşadığını bilmək bir rahatlıq, bir özgüvən verirdi mənə. Mən bilmirəm dinlər bu haqda nə deyir, mən bilmirəm ateizm bu haqda nə deyir, amma bizi böyüdən yetişdirən və üzərimizdə əziyyət çəkən şəxslər ölməməlidilər a kişi, adam özünü çox pis tənha hiss edir! Zatən heç bir zaman mənəvi dayağım olmadığı üçün özümü yalnız hiss edirdim, bu gün nənəmin vəfatı ilə, azca da olsa və uşaqlıqda olsa belə mənə dəstək olan şəxslərin sonuncularından olanını itirdiyim üçün daha da böyük bir boşluq və soyuqluq hiss edirəm. Başınızı çox ağrıtmaq istəmirəm, sadəcə hər zaman olduğu kimi, hisslərimi düşüncələrimi məqalələrlə ifadə etmək sayəsində bir az da olsa sakitləşmək istədim.

© Murad Mammadov (Facebookda izlə)

murad mammadov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma