Binadakı bütün mənzillərin işığı sönmüşdü, bir mənzildən başqa

Gecə saat 3, insanların tapdağından yorulmuş və sanki gün ərzində fasiləsiz şəkildə üzərində yük daşımış şəhər, nəhayət onun az da olsa dincəlmək vaxtıdır. Uzaq məsafələrdən görünən hündür mərtəbəli bina, binanın demək olar bütün pəncərələrindəki işıqlar sönmüşdü, və insanlar günorta ayıq gözlə yatmaqları azmış kimi, gecə də qapalı gözlərlə yatırdılar, bir mənzildən başqa. O mənzildən ki, pəncərəsindən baxanda işıq görünürdü, amma içəridəki adam işıqlı otaqda oturmamşdı. Çünkü o da ən az şəhər qədər yorulmuşdu.

O qədər yorulmuşdu ki, zərrə qədər gözünə düşəcək işıq onun taqətdən düşmüş bədənini məhv edəcəkdi. Ona görə digər bir otağı yandırıb, özü isə alaqaranlıq otaqda oturmuşdu. Qarşısında yarıya qədər dolu olan içki şüşəsi, ən boz küçələri xatırladan və ağzına qədər dolan külqabi, fonda isə “Azər Cırtdan – Ruhumu Sev” mahnısı. Qaranlıq otaq fasiləsiz çəkilən siqaretlər sayəsində, adamın beynindəki düşüncələr qədər dumanlı idi. Kim idi o ? Daima insanların davranışlarını analiz edən şizofren ? Yoxsa heç bir varlığının inciməsini istəməyən və bunun müqabilində özü hər kəsdən çox inciyən həssas şair ? Bəzən o özü də kim olduğunu bilmirdi. Gün ərzində kim olmağını düşünür, bu dünyada nə işi olduğunu anlamırdı. O tez-tez düşünürdü, görəsən bütün dünya onun əksinə hərəkət edir, yoxsa hər şey elə bu cür də olmalıdır və o bütün dünyaya əks gedir ?

Aldığı zərbələrin yorğunluğunun üzərinə düşüncələrin gətirdiyi yorğunluq, ən amansız döyüşlərin getdiyi meydanları xatırladırdı. Bu meydanda o tək idi, hər mübarizədən sonra hər şeyin bitdiyi nəhayət xilas olduğunu düşündüyü anda növbəti döyüşlərin tam ortasında tapırdı özünü. Yorulub taqətdən düşdüyü anlarda gözünə bir əl görünürdü, tam da o əldən tutub xilas olacağını zənn etdiyi zaman, o əl yox olurdu. Məh bu anlarda dizlərini yerə atıb hayqırmağa başlayırdı, sonra dərindən bir nəfəs alıb yenidən irəliyə atılırdı. Bu onu çox yorurdu. Nəhayət bir gün bütün bunların bitəcəyi anı səbirsizlikıə gözləyirdi hər zaman. Bir anda fərqinə vardı ki, şüşədə içki bitib, əlini masanın altına apardı, qaranlıqda növbəti şüşəni axtarmağa başladı. Bir qurtum içdikdən sonra daha bir siqaret yandırdı və musiqi səsləndirən qurğuda musiqi dəyişilərək “No Land – Üzümə Bax” mahnısı səslənməyə başlandı. Və yeni düşüncə dalğası, gah uşaqlığını, gah yenyetməlik dövrünü, gah da bu gününü düşünürdü. Hər bir dövrdə yaşadıqlarını xatırladıqca nəfəs alması çətinləşir və hər dəfəsində dərindən nəfəs alaraq bunu tənzimləməyə çalışırdı. Yaşadıqları bəzən ona yuxu kimi bəzən isə dünyanın ən acı reallığı kimi görünürdü, bunun hansının həqiqət olduğunu anlamaqda çətinlik çəkirdi. Ümumiyyətlə bir mənalı həqiqətin olmaması onu daha da çaşdırır həyatın fəlsəfəsini sona qədər anlamasına mane olurdu. Çünkü bəzən gün kimi aydın olan məsələ, sabahsı gün buludlar arasında qeyb olan ulduzlara bənzəyirdi. Musiqi “Azər Cırtdan – Uzağın bir adı var” mahnısına dəyişildi. Mahnıdakı bir cümlə çox diqqətini çəkdi: “Uzağında adı var, uzağın adı sənsən. Sənsizlik çətin gəlir, dostum mənə… Uzağı yaxın eylə sehirbaz… Uzağın bir adı var, uzağa gedir yollar, itirir izlərini ardından dalğalar…”

© Murad Məmmədov (Facebookda izlə)

IMG_7236

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma