Sankt Peterburqa niyə getmişdim ? Foto + Ətraflı məlumat

Artıq ikinci ildir ki, yay mövsümündə 10 günlük “We can do it” (Biz bacararıq) layihəsində iştirak üçün, Rusiyaya səfər edirəm. Yox layihə sırf Rusiyada keçirilməsi üçün yaradılmayıb, artıq 10 ildir ki, hər il müxtəlif ölkələrdə gerçəkləşən bu layihənin sadəcə son iki ili belə alınıb ki, bu ölkədə həyata keçirilir. Əslində bu il bu layhiənin Azərbaycanda keçirilməsi məndən, daha dəqiq desək isə fəaliyyət göstərdiyim “Müstəqil Həyat” təşkilatından aslı idi, sadəcə işlərimizin çox olması ilə əlaqədar buna vaxt ayıra bilmədik, görək gələn il necə olur.

Layihə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir. Layihənin sponsoru Avropa komissiyası, həyata keçirən isə, Almaniyanın “GEB” (Education and Mobility in Europe)  Təşkilatıdır. Məqsəd hər dəfə müxtəlif bir ölkədə hər ölkədən 5 nəfər iştirakçı olmaqla 11 ölkənin iştirakı ilə, 10 gün ərzində əlilliyi olan və əlilliyi olmayan gənclərin birlikdə müxtəlif təlimlərdə iştirakı, birlikdə səyahətlər edərək əylənməsi və ən əsası iki  mövzida ayrı ayrılıqda (biri ölkədəki sosial sahə haqda, daha dəqiq desək, ölkədəki əlillik sahəsi haqda, digəri isə 5 iştirakçı qrup şəkilində təmsil etdikləri ölkə haqda, ölkəni tanıtmaq məqsədi ilə) təqdimatlar etməkdir. Yəni 11 ölkə hər biri ayri-ayrı vaxtlarda bir dəfə əlillik mövzusunda, digər bir gün isə öz ölkəsi haqda təqdimat edir. Bundan əlavə “Beynəlxalq şam yeməyi” adlı gecə keçirilir. Bu gecədə iştirakçılar öz ölkələrindən gətirdikləri dadlı təamları yəni yeməklərini və içkilərini təqdim edir. Həmçinin bu günlər ərzində hansı şəhərdə keçirilirsə həmən şəhərdə gəzinti turları keçirilir, bəzən hətta bu gəzintilər ölkənin digər şəhərlərində də olur. Bir sözlə bu 10 gün ərzində gənclər həm bilik mübadiləsi edirlər, həm də bolluca əylənirlər.

Ötən il olduğu kimi, bu il də layihə üzrə ölkənin komanda lideri mən idim  və komandanı formalaşdırmaq mənim və fəaliyyət göstərdiyim təşkilatın öhdəsinə düşürdü. Və bu məqamda qeyd etmək istərdim ki, bizim təşkilat əlillik sahəsində fəaliyyət göstərməyinə baxmayaraq, əlilliyi olmayan gənclərində fərdi inkişaflarına töhvə vermək məqsədi ilə, komandanı əliliyi olan və əlilliyi olmayan gənclərdən ibarət formalaşdırmışdı. Bu il də Azərbaycanı laiqincə təmsil etdiyimizi düşünürəm, çünkü layihənin iki əsas dili olan Rus və İngilis dillərində əksər hallarda tərcüməsiz danışır və etdiyimiz təqdimatları bütün ölkələrin diqqətinə effektiv şəkilində çatdırırdıq. Həmçinin beynəlxalq şam yeməyi gecəsidə, milli mətbəximizin təamları olan: Şəkərbura, qoqal, paxlava, yarpaq dolması və yerli məhsullarımız olan heyva və nar kampotu və həmçinin milli şərabımızı əcnəbi vətəndaşlara gözəl şəkilində təqdim edə bildik. 10 gün ərzində ən çox diqqət çəkən məqamlara keçməmişdən öncə qeyd etmək istərdim ki, ən yadda qalan hadisə ümumiyyətlə Rusiyaya daxil olmamaışdan hava limanınd abaş verdi, beləki ölkəyə giriş məntəqəsində sənədlərin yoxlanışı zamanı ğlkəmizi təmsil edən 4 iştirakçını qısa yoxlanışdan sonra ölkəyə keçmələrinə icazə verilmələrinə baxmayaraq, məni düz 1 saat sərhəddə hava limanında saxladılar və bir saat ərzində sənədlərimi yoxladılar. Böyük ehtimalla bu Rusiya ilə arası “yaxşı olan” ölkələrdə olmağımla bağlıdı, məsələn Gürcüstan, Ukrayna, Türkiyə kimi, ona görə yəqin artıq ikinci dəfədir ki, sənədlərim ciddi şəkildə yoxlanılır bu səfər isə bu yoxlanış düz bir saat çəkdi. Layihədə yadda qalan məqamlara gəldikdə isə, ötən il olduğu kimi, 50-60 iştirakçının müxtəlif ölkələrdən olmasına baxmayaraq, çox mehriban və həqiqətən bir ailə kimi bu günlər ərzində bir-birilərinə dəstək olmaları, tikələrini bir-biriləri ilə bölüşmələri. Ən əsası fransadan olan iştirakçının artıq bizim komanda ölkəmizə qayıdarkən arxamızca ağlaması oldu. Bu layihə haqda günlərlə və daha maraqlı şəkildə danışa və yaza bilərəm, sadəcə çox təəsüf ki çox yorğunam, çünkü gəlməyimin hələ bir günü tamam olmayıb. Sona qədər oxuyan oldusa, diqqətiniz üçün təşəkkür edirəm )

Sonda isə tədbirdən və Rusiyada qarşılaşdığım görüntülərdən bəzilərinin fotolarını diqqətinə çatdırrıam.

© Murad Məmmədov (Facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma