Bir çoxlarının səbirsizliklə gözlədiyi günə 5 gün qaldı

“Bu kitabı oxumaqla və oxuduqlarınızı praktikada həyata keçirməklə məqsədlərinizə çata və böyük uğurlar qazana biləcəksiniz”

“Sahib olduqlarını ətrafda olanlarla paylaşmaq, dəstəyə ehtiyacı olanlara dəstək göstərmək, insanların görə biləcəyi ən ali işlərdən biri, bəlkə də birincisidir. Bəs Azərbaycanda cəmiyyətə və onun üzvlərinə yalnız göstəriş və reklam xatirinə yox, həqiqətən dəstək göstərmək və həmin insanların bir gününü deyil, bütün həyatını dəyişə biləcək işlər görən şəxslər və ya qurumlar varmı?”

Hər şey bir payız günü başladı.

2015-ci ilin sonlarına yaxın, düşündüm ki, 5 illik motivatorluq fəaliyyətim zamanı ayrı-ayrı şəxslərə verdiyim motivasiyaları, onlara bəhs etdiyim uğur qazanmağın sirlərini, bir araya gətirərək  kitab şəklində insanlarla bölüşüm. Çünki, kitabı oxuyacağınız zaman da şahidi olacaqsınız ki, yaşadığım həyat və rastlaşdığım hadisələr hər gün qarşılaşacağımız bir şeylər deyil. Bu cür həyatlar və hadisələr əksər hallarda ya braziliya seriallarında, ya da fantastik filmlərdə olur. Lakin çox qəribədir ki, bu həyatı mən hansısa bir filmdə izləmirəm, bir başa olaraq real həyatda yaşayır özü də baş rolda oynayıram. Ona görə də bu həyat hekayəsini yüzlərlə, minlərlə insanın uğur qazanması üçün onlarla bölüşməyi özümə borc bildim. Beləliklə 2015-ci ilin oktyabr ayında “Uğurun Xəritəsi” adlı kitabı yazmağa başladım. Dəfələrlə kitabı yarımçıq qoymaq riski ilə üzləşdim. Çünki, gündəlik məişət qayğıları, qarşılaşdığım çətinliklər və ən əsası işimlə paralel olaraq bu kitabı ərsəyə  gətirmək, xüsusən də insanlara güclü təsir göstərməsi üçün son dərəcə yüksək səviyyədə diqqət və zaman ayırmaq çətin idi. Lakin bütün çətinliklərə baxmayaraq mən bunun öhdəsindən gəldim. 2016-ci ilin mart ayında 38-39 dərəcə temperatura ilə kitabın son sətirlərini yazırdım və elə həmin ayın sonu kitabı yazıb bitirdim.

Həyatda bir çox işi tək başıma dəstəksiz şəkildə etdiyim kimi, kitabın işıq üzü görməsi üçün gərəkli olan işləri də tək başıma görməli idim. Bilirsiz bu heç də asan deyil. Kitabın işıq üzü görməsi və oxuculara çatmasına qədər gedən yol, ən azı kitab yazmaq qədər çətin prosedurdur. Kitabı yazıb bitirdikdən sonra ən çətin etaplardan biri başlayırdı, kitabın nəşri üçün maliyyə dəstəyi tapmaq, özü də krizis vaxtı. Bir çox işin başlanğıcında olduğu kimi, kitab üçün maliyyə dəstəyi də tapmaq çətin idi. Bir neçə yerə müraciət etsəm də, müsbət rəy ala bilmirdim. Lakin kitabda da qeyd etdiyim kimi, “özünə inam və davamlı mübarizə olduğu halda, uğur qaçılmazdır”. Kitabda yazdığım bu cümlələr elə kitabın özü üçün də keçərli oldu. Bunu edə biləcəyimə inandığım və mübarizə apardığım bir zaman da, nəhayət ki dəstək göstərə biləcəyini qeyd edən bir qurum tapıldı. Bu “Bank of Baku” ASC oldu.

O “Bank of Baku” ki, hələ 2015-ci ilin oktyabr ayında, 38 nəfər əlilliyi olan şəxsləri “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsi adı altında toplayaraq, onlara müxtəlif mövzularda və hər bir mövzu bir həftə olmaqla təlimlər keçmiş və bu bir aylıq təlimlər sonrası iştirakçılar arasından biri mən olmaqla iki nəfəri Satış Kanallarının İdarə edilməsi Departamentinin 145 Məlumat Mərkəzi şöbəsində işlə təmin etməklə, məqalənin əvvəlində qeyd etdiyim kimi, sahib olduqlarını ətrafda olanlarla paylaşmaq və dəstəyə ehtiyacı olan şəxslərə məhz gərəkən dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük bir töhvə vermişdi. Və bank bu gün də, öz missiyasını davam etdirərək, həm mənim  yaşadığım və şahidi olduğum hadisələri ötən ildən başlayaraq kitab şəklində insanlara çatdırmaq məqsədimi gerçəkləşdirmək üçün və həmçinin kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün böyk bir fürsət yaradaraq bu sosial layihənin həyata keçirməyi öz öhdəsinə götürdü. Bank bununla kiminsə üçün təmənnasız nəsə etmədi, bank bununla potensialı olan şəxslərin öz bacarığını nümayiş etdirməsi üçün fürsət yaratdı, əəsas məsələ də budur, zirvəyə qalxmaq üçün mübarizə aparan şəxslərə təkan vermək, şans və fürsət yaratmaq. Bu gərəkli gərəksiz, sadəcə təmənnasız nəsə etməkdən daha üstün bir şeydir.

Kitabı oxumaqla nələr əldə edəcəksiniz ?

“Uğurun Xəritəsi” Kitabı sizə:

  • Komplekslərin necə və nə üçünyaranmasından və həmçinin onları necə aradan qaldıra biləcəyinizdən;
  • Ətrafdakı insanların hətta heç birinin sizin bunu edə biləcəyinizə inanmadığı bir halda, istədiyiniz bir şeyi gərçəkləşdirmək üçün nələri etməyin gərəkli olmasından;
  • Mübarizəkar biri olmaq və məqsədlərə çatmaq üçün hansı üsullardan istifadə etməkdən;
  • Karyera qurmaq, əcnəbi dil öyrəmək və hədəfləri necə etaplı şəkilə planlamaq və reallaşdırmaq haqda;
  • Özünə inamı artırmağın 4 effektiv üsulundan;
  • Bəzi şəxslərin bir çoxundan daha çətin şərtlərdə və daha az resurslara sahib olmalarına baxmayaraq birçoxundan daha çox uğur qazanmalarının səbəblərindən;
  • Və şəxsən mənim 15 yaşımda dörd divar arasında keçən həyatımın bir günün içərisində tamamilə dəyişməsinin və çox sayda uğur qazanmağımın səbəblərindən olmaqla bir çox sizlərə fayda verəcək mövzuları oxumaq və ən əsası oxumaqla qalmayıb təcrübədə bu üsullardan istifadə etmək fürsətiqazandıracaq.

Hər birimiz bu həyat yoluna hazırlıqsız, istiqamət bildirən işarələrsiz və xəritəsiz çıxırıq, bu səbəbdən tez-tez yarı yolda dayanır, hansı yolu seçəcəyimizi bilmir və yoruluruq. Bəs bu həyat yolunu gedərkən, yanımızda bir xəritənin olması yaxşı olmazdımı ? Hərkəsi 9 avqsut 16:30 da, Park İnn otelinin (Park Bulvar ilə üzbəüz) Füzuli zalında “Uğurun xəritəsi” adlı ilk kitabımın təqdimatına dəvət edirəm. Tədbirə qatılacaq şəxslərin əldə edəcəkləri kitabı imzalatdırmaq fürsəti olacaq.

© Murad Məmmədov (Facebookda izlə)

yarat seminar 2

“Bir çoxlarının səbirsizliklə gözlədiyi günə 5 gün qaldı” üçün 3 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma