Murad Məmmədov – Seçmə deyimlər (7-cı hissə)

Kompleksləriniz uşaqlığınızdakı qaranlıq otaqda olan “Xoxan” kimidir, üzərinə gedib “otağın” işığını yandırmaq lazımdır.

Özünüzü inkişaf etdirin ki, çətinlik zamanı müraciət edəcəyiniz ilk şəxs özünüz olasınız. Çünki qonşu mağazada ola bilər.

Özümüzün də xəbərimiz olmadan dünyaya gətirilməyimiz və mübarizə meydanına atılmağımız gecə çarpayımızda yatıb, səhər gözümüzü açdıqda özümüzü bahalı bir restoranda gözəl bir xanımla səhər yeməyində tapmağımız kimidir. Seçim özümüzündür, ya elə yaşayacağıq ki, hər zaman hesabı vermək üçün cibimizdə “pul” olacaq, ya da həyatımız boyu “qab” yuyacağıq.

Seçdiyiniz asan yollar sizi yarpaqtək zərif, çətin yollar isə dağ kimi möhkəm edər.

Hər dəfə yeni bir cəhd etmək hər dəfə yenidən yaradılmaq kimidir. Hər zaman körpə uşaqtək həyəcanlı və dinamik olmaqdan özünüzü məhrum etməyin.

Monoton həyat tərzi gözlərini göz bağı ilə bağlamağa bərabərdir. “Bağı” açmasan qaranlıqdan başqa heç nə görməyəcəksən.

Keçmişi xatırlayanda kövrəlmək anlaşılandır. Çalışmaq lazımdır ki, bu, gələcəyi düşünəndə də baş verməsin.

Özünü ifadə etməyi öyrənmək insanların səni istədiyin tərzdə tanımalarının təminatıdır.

Sığındığınız adamlara diqqət edin, sığınacaq axtardığınız bir zamanda daha da dərin boşluğa düşməyəsiniz.

Beyninizi (düşüncələrinizi) yeniləyin, bəlkə yeni versiyalar, çıxıb xəbəriniz yoxdur.

© Murad Məmmədov (Facebookda izlə)

D80_1714

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma