KÜÇƏDƏ GÖRDÜYÜM BİR QIZIN HEKAYƏSİ

O qızı bir daha heç yerdə görmədim, lakin onun dediklərindən çox sayda nəticə çıxardım  və bu nəticələri hər kəs nəzərə almalıdır.


Özünü ittiham etməyin bəzən qəribə bir səbəbi də olur. Bir dəfə mən şəhərin mərkəzindəki oturacaqlardan birində əyləşib ətrafdakı insanları izləyərək təmiz hava qəbul edirdim. Və məndə belə bir xüsusiyyət var ki, tanımağımdan və ya tanımamağımdan asılı olmadan kimləsə bir  saniyədən artıq göz-gözə gəldimsə, o şəxsə gülümsəyərək təbəssüm edirəm. Çünki qarşındakı şəxsin aqressiv reaksiyası və mimikası sənin əhvalını korlayır və səni də aqressivləşdirirsə, gülüş zamanı bunun əksi baş verir. İnsanın üzündə təbəssüm yaranır və bu da nəticədə əhvalın müsbətə doğru dəyişməsinə səbəb olur. Belə bir halda niyə də insanlarla üzləşdiyimiz zaman gülümsəyib, qarşılıqlı olaraq bir-birimizi pozitiv notlara kökləməyək ki?

Və qayıdaq ana mövzumuza. O gün də belə oldu. Mənim tərəfə yaxınlaşan bir xanımla göz-gözə gəldim. Mən ona gülümsədim, o da mənə qarşılıq verərək yanımda oturmaq üçün icazə istədi. Söylədim ki, əlbətdə buyurun. Xanım telefonun ekranında saçlarını düzəltməyə başladı. Mən də elə bildim selfie çəkir, söylədim ki, istəyirsiz telefonu verin mən çəkim şəkilinizi. Dedi ki, çəkmirdim, amma olar buyurun. Beləcə, onunla ünsiyyətimiz yarandı. Bir qədər söhbət etdikdən sonra, biləndə ki, motivator təlimçiyəm, soruşdu ki, “sizcə mən necə biriyəm?” Bu sualı mənə verdikdə anladım ki, onda bir qədər özünə inam, özünü dəyərləndirmə çatışmamazlığı var. Buna görə də hətta cəmi bir neçə dəqiqədir tanıdığı insanın ona olan fikirlərini bilmək istəyir. Bir qədər də söhbət etdikdən sonra məlum oldu ki, bu xanım nə vaxtsa yeyinti məhsulundan zəhərlənib və gecə yarısı atası onu xəstəxanaya aparmaq üçün avtomobilləri ilə yola çıxıb, yolda avtomobil qəzası baş verib və atası həlak olub. Bu hadisədən sonra qızın bibisi daima onu bu hadisənin səbəbkarı olmaqda günahlandırmağa başlayıb. Əgər xanım zəhərlənməsəydi, gecə vaxtı yola çıxmaz və belə bir qəza baş verməzdi. O zəhərləndiyi üçün atası vəfat edib və bununda səbəbkarı odur. Bibi bu ideyanı qızın beyninə necə və nə qədər uzun müddət yeridibsə, onun hadisənin əsl səbəbkarı olduğuna inandıraraq günah hissini bu qızın çiyinlərinə yükləyib. Səbəb artıq mənə bəlli idi.

Bir başqasının onu günahkar hesab etməsi və onun da buna inanması. Bilirsiz, bu həyatda nə qədər insan varsa, bir o qədər fikir var. Bu da o deməkdir ki, bu gün biri sizin etdiyiniz hər hansısa bir hərəkəti  səhv hesab edə bilər, sabahsı günü bir başqa adam tamamilə bir başqa hərəkətinizi səhv hesab edə bilər və sizi günahlandıra bilər. Lakin siz hər bir şəxsin fikirini önəmsəyib onların dediklərinə əsasən özünüzü qiymətləndirməyə cəhd etsəniz, sizin vəziyyətiniz heç də yaxşı olmayacaq. Buna görə hər kəsin öz doğruları və yanlışları olmalıdır. Həyata ətrafda söylənilənlərə görə yox, öz məntiq çərçivəsindən baxmalıdır. Doğrudur ümumi qəbul edilmiş yanlışlar doğrular mövcuddur. Lakin bu o demək deyil ki, ətrafda söylənilən hər bir fikirə görə siz özünüzü səhv hesab etməli və günahlandırmalısınız. Bu cür halların baş verməsinə imkan verməyin.

Bu məsələnin qeyd etdiyim kimi, ətrafdakıların fikirlərinə əsasən özünü günahkar hiss edənlərə aid olan hissəsi idi. Heç kəsin yox, özünün düşüncəsinə görə səhv etdiyini düşünənlərə yenidən qayıtsaq, təkrar-təkrar qeyd edəcəyik: Səhvlərinizi unudun! Əgər buna cəhd etməsəniz, onlar bataqlıqda boğulan şəxsin ona uzadılan əldən yapışdığı kimi sizdən inadla və möhkəm yapışacaq və sizi də öz arxasınca bataqlığa sürükləyəcək.

Özünüzü inkişaf etdirin, fərqlənin, fərdə çevrilin. Əgər siz özünüzə inamı artırmaq və əminliklə gələcək günlərə, gələcək uğurlara doğru addımlamaq istəyirsinizsə, səhv etdikdə nəticə çıxarın və Özünüzü bağışlayın!

Məqalə “Uğurun Xəritəsi” adlı motivasiya kitabımdan kiçik bir hissədir. Kitabın satış ünvanları:

  • Kibrit Book Cafe (”Tarqovıy” Xəqanı ticarət mərkəzi yaxınlığı, FHN su ehtiyyatları agentliyi ilə üz-üzə. Rəsul Rza 28k)
  • KitabEvim.Az kitab mağazası (Nəsimi r.,puşkin kün,32a. 28 may M.stansiyası və Səməd Vurğun bağının ortasında)
  • Sifariş üçün whatsapp nömrəsi: 055 650 99 58

© Murad Məmmədov ( facebookda izlə )

D80_1782

Advertisements
Bu yazı Motivasiya, Sosial kateqoriyasında dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma