TUALETƏ GETMƏK AYIBDIR ?

Məhşur Azərbaycan filmlərindən birində deyildiyi kimi, “Adə rəhmətliyin oğlu, tualetdə neyləmək olar?” Düzdü tualetdə çox şey etmək olar, amma mən bu gün tualetdə edilənlərdən yox, tualetə getməkdən bəhs edəcəm.

Bir dəfə böyük layihələrdən birində iştirakçılar üzrə koordinator idim. Layihədə yerli və xarici peşəkar şəxslər təlimçilik və təşkilatçılıq edirdilər. Məhs o əcnəbi şəxslərdən biri mənə təcili lazım idi, lakin ətrafa nə qədər göz gəzdirsəm də, onu tapa bilmirdim. Və bu anda gözüm öz yerli mütəxəsislərimizdən olan bir xanıma sataşdı və ondan soruşdum ki, filankəs xanım haradadır ? Dedi gəlir bir azdan. Bir az keçəndən sonra yenidən soruşdum, yenə eyni cavabı verdi. Yenə bir az keçəndən sonra o xanımın mənə təcili lazım oldğu üçün və ən əsası harada olduğunu demədiyi üçün mən də bilmədiyim üçün məcbur yenə soruşmalı oldum. Cavabında sərt şəkildə qayıtdı mənə dedi ki: “Tualetdədir!” Bu cavabı mənə elə şəkildə dedi ki, onun bu sözlərində sankı deyilirdi: “Mən demək istəmirdim, özün məni məcbur etdin bunu söyləməyə”

Bu cür hallarla dəfələrlə rastlaşmışam və məncə bu çox annormal bir haldır. Mən heç bir xarici vətəndaşda bu xüsusiyyəti görməmişəm. Adamlar hər zaman hara getdiklərini deyirlər, hətta gəlib səndən belə soruşurlar ki, “Ws” (water-closet, su-şkafı, su-otağı və.s bənzər anlamlara gəlir)  haradadır ? Hətta bu yaxınlarda Rusiyada tədbirdə olanda iştirakçı sayımız az olduğu üçün oteldə yemək yemirdik, hər dəfə bir ayrı restoranda yeyirdik. Və qrupumuzda olan qadınlardan biri hər dəfə deyirdi ki, tualetə gedəcəksinizsə indi gedin, sonra yolumuzun üzərində olmayacaq. Bu kimi hallar çox normal və təbii haldır, çünkü burada heç bir ayıb birşey yoxdur. Lakin bizim insanımız bunu çox ayıb birşey kimi qəbul edir. Axı hər kəsin etdiyi birşey niyə ayıb olsun ? Guya sən bunu heç vaxtı sözlə səsləndirməsən hamı elə biləcək ki, sən ömür boyu belə birşey etməmisən ? Sən tualetə gedən nə ilk nə də sonuncu adam deyilsən, bunu bu qədər məhrəmləşdirmək nəyə gərəkdir anlamıram. Hətta bəzən daha gülməli və dramatik anlar olur. Məsələn, yəqin hər biriniz hansısa bir qonaqlıqda və ya digər formatlı tədbirdə bu hal ilə rastlaşmısınız ki, kimsə tualetin yerini bilmir və başlayır ortalıqda “gicəllənməyə” gah ora gedir gah bura gedir, görürsən ki, adam axtarışdadır, qayğılı şəkildə nəsə axtarır, amma heç kəsdən kömək istəmir. Axırda gəlir utana-utana orda olan ən yaxınına deyir ki, “burada tualet haradadır bilmirsən ?”

Deyəcəksiz ki, bu qədər önəmli bir mövzudurmu ki, Murad bu haqda yazı yazır, bəli önəmlidir. Çünkü hər şey belə xırda mövzulardan başlayır. Bu gün səmimi və kommplekssiz bir cəmiyyət üçün ilk növbədə bu cür xırda yanlış düşüncələri beynimizdən silib atmalıyıq ki, daha böyük yanlışlarımzı və gərəksiz xüsusiyyətlərimizi aradan qaldırmaq üçün cəsarətli olaq. Hər bir insanın daxilində müxtəlif hisslər, istəklər və təbii ehtiyaclar var. Bu hissləri istəkləri səndə yoxmuş kimi qələmə vermək, səndə yoxmuş kimi göstərməyə çalışmaq çox süniliyə və saxtakarlığa cəhtdir. Səmimi və sərbəst olmaq lazımdır, hər kəsin yəni insanın təbiətində, yaradılış və quruluşunda olan bu kimi xırdalıqları gizləməyə çalışmaq bundan qorxmaq və utanmaq lazım deyil. Hə razıyam hər şey həddində və balanslı şəkildə olmalıdr, heç nəyi ifrad şəkildə nümayiş etdirməyə gərək yoxdur, məhs bunun üçün də tualetlərdə qapı var, amma tualetə gedən yol hasarlanmayıbsa deməli ora getməkdə də ayıb birşey yoxdur. Özünüzü bu qədər çərçivələməyin və sıxmayın ki, daha böyük komplekslərinizi aradan qaldıracaq beyinə və təfəkkürə sahib olasınız.

Ümumilikdə isə məsələ tualetə getməkdə deyil, bu cür bənzər xırda yanlışlardadır. Sonda isə gülüş ustasının bu videosunu izləmək yerinə düşür :)

© Murad Məmmədov (Facebookda izlə)

 

Murad Məmmədov - Uğurun Xəritəsi

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma