1. Ehtiyac zəruriyyətdən doğanda, zəruriyyət nədən doğur ? Yoxsa o da məryəm ananın övladıdı kimi atasızdır ?
2. Tanrı qüllə tikərək ona çatmağımızın qarşısını almaq üçün bizə fərqli danışıq dilləri bəxş etdi, bəs sənə çatmaq üçün hansı dili öyrənməyim gərəkdir ?
3. Məni qaranlıq dənizdə üzən tənha bir insan olaraq fərz et, tək fərqimiz var – O mayak axtarır, mən isə səni.
4. Doğmalar içində yad olmaq, yadlar içində doğma axtarmaq necə bir hissdir ey naməlum varlıq ?
5. İçkinin təsiri get-gedə azalır və qələm kütləşir sanki. Amma elə bil sən idin deyən, “müxtəlif fəsillərin olmağını nəzərə alaraq öz daxilində doğan bir günəşini yaradacaqsan”
6. Onun sevdiyi musiqilər, sanki ibadətə səsləyən ən müqəddəs avazdır…
7. Kəlimələr nəyə gərəkdir, əgər toxunuş varsa.
8. Kuliminasiya bir sondur, yoxsa növbəti seriyanın başlanğıcı ?
9. Şairlər sətirlərlə isinərdi, sətirlər isə gö* çıxdı.
10. Sabah yenə bazar ertəsidir, çantasının dərisi yeyilib altından parçası görünən o qadın yenə dayanacaqda 2 nömrəli avtobusu gözləyəcək.
11. Bəzən qarşında iki seçim olur və bu sənə azlıq edərək tanrıdan üçüncü seçimi diləyirsən.
© Murad Məmmədov (facebookda izlə)