İçəndə yazdığım Statuslar (1-ci hissə)

1. Təbiətər davranışlara təsir edər və insanlar müxtəlifləşər.

2. Tanrı Habil və Qabili yox, hər kəsi qardaş  elan etsəydi, bəlkə də hər şey tam başqa cür olardı.

3. Hər siqaret qullamında çıxan tustudə səni təsvir etmək çox axmaqca və çox gözəldir.

4. İnsanlar irəlilədiklərini zənn edərək hey qaçarlar.

5. İsti və yumuşaq, soyuq və sərtlik, necə də lənətlənmiş bir standartlardır.

6. Özündən uzaqlaşmaq üçün hər kəsə yaxınlaşmaq ən möhtəşəm trajikomediyadır!

7. Hər şey istəklərdən sonra yarandı və hər yaradılış bir istək doğurdu.

8. İllər sonra bu cümlələri oxuyub yaşadığım hisslərin tam əksinə hisslər yaşayacaq hər bir gələcək sakininə salam olsun.

9. Kölgələri sev, onlar insanlardan fərqli olaraq qaranlıqda olsalar belə səninlə birlikdədirlər.

10. Səni içkili halda heç kəs tam anlamayacaq, çünkü içməyinin səbəbini özün qədər bilən biri olmayacaq.

11. De indi kimdir müqəssir, hisslərini ifadə edərək zərbə endirənmi, hisslərini daxilində boğan arzular qatilimi ?

12. Sənə görə səni sevməmək kimi acı, səni sevə bilmədiyim halda səninlə birlikdə olmaq qədər şirin bir nəsnə tap gətir mənə, bütün varlığımı inkar edim.

13. Həyatımızın günləri musiqi ritmləri kimi idi, bu səbəbdən bəzən yüksəldik bəzən endik.

© Murad Məmmədov (facebookda izlə)

murad-mammadov-inn-home

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma