MƏN AXMAQAM!

Hə, başlığı düz oxudunuz, çünkü mən həqiqətən axmaqam.

Çünkü insanlara laiq olduqlarından daha çox dəyər verirəm. Çox insan sevərəm, keşkə onların əvəzinə onlar dərəcədə heyvanları sevərdim. Çünkü bir çox heyvan insanların əksəriyyətindən daha faydalı olur. Bizə ət, süd və sairə faydalı bəxşişlər ərmağan edirlər. Amma insanlar (bir çoxu) ? Xəyanət, nankorluq, vəfasızlıq…

Həyatda bir çox şeyi öyrəndim – Yıxıldığım zaman durmağı, ağlayaraq gülməyi, zirvəyə qalxmağı və sairə, amma insanlara laiq olduqlarından artıq dəyər verməyin lazım olmadığını öyrənə bilmədim.  Bilirsiniz niyə laızm deyil bu ? Çünkü balonun şişməsi üçün üfləmək lazım olduğu kimi, insanların da “şişməsi” üçün laiq olduğundan artıq dəyər vermək kifaət edir. Hə biz şişiririk onları, sən, mən, biz, o. Amma düz etmirik, çünkü dəyər verdiyimiz zaman, özümüzdən bir parçalar kəsib, özümüzdən nələrisə kəsib veririk onlara, onlar isə bir gün “şişərək” qalxıb uçurlar göylərə və özləri ilə birlikdə özümüzdən kəsib verdiklərimizi də aparırlar. Bu səbəb ilə hər gün bir az daha əksilirik, bir az daha yarımçıq oluruq.

Düz etmədiyimi bildiyim halda bunu edirəm, bu nədir, axmaqlıq ya saflıq ? Bu nədir, insanlıq ya onlar kimi kobud olmamaq xüsusiyyəti ? Bilmirəm nədir amma çox ps bireydir, çünkü çox incidir hər dəfə onların uçub yoxa çıxmaları. Bu hazırda youtubedə dinlədiyim musiqiyə bənzəyir, bitir və men yenidən “replay” düyməsinə tıklayıram, o bitməyə doğru gedir və mən yenidən onu geri qayratmağa cəhd edidrəm, axı niyə ? Cavab bəllidir, çünkü MƏN AXMAĞAM!  Məyər bunun başqa adı var ? Gedənə təkrar-təkrar dəyər verib saxlamaq istəyi… Yox-yox, bunun başqa adı yoxdu, bu axmalıqdı, siz isə axmaq olmayın və insanlara SİZƏ VERDİKLƏRİ DƏYƏRDƏN ARTIĞINI VERMƏYİN! Yoxsa bir gün onlar da üçüb gedəcəklər!

© Murad Məmmədov (facebookda izlə)

murad inn street

Bu yazı Sosial kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma