Bağışla məni tüfeyli qız, mən sənin kimi “cool” ola bilmədim.

Axı mən sənin kimi bu gecə sevişib sabahsı gün, “bilirsən, sevgi mənlik deyil” “Problem səndə deyil, məndədir, mən sevgiyə inanmıram” deyə bilmirəm.

Bilmirəm sənin neçə yaşın var, amma mənim yeniyyətməlik dövrümdə gündə biri ilə münasibət qurmaq yox idi, bəlkə də qızlarla oğlanların tanışlıq fürsətləri indiki kimi çox deyildi deyə belə idi, ya da başqa bir səbəbdən, amma bu vəziyyəti dəyişmirdi, mən gündə biri ilə tanış olub sabahsı günü səbəbsiz ayrılıqların normal olduğu dövrü görməmişdim. Gördüyüm cütlüklərin tanış olduqdan sonra ciddi bir səbəb olmadan bir-biriləri ilə ayrılmamaları idi.

Son bir neçə ildə sən və sənin kimi qızları tanışlıqdan sonra özümə qarşı şübhələr oyandı. Dedim bəlkə mən lazım olan yüksək insanı keyfiyyətlərə sahib deyiləm, axı mən sənin kimi bu gecə sevişib sabahsı gün, “bilirsən, sevgi mənlik deyil” “Problem səndə deyil, məndədir, mən sevgiyə inanmıram” deyə bilmirəm. Elə hələ də bu fikir beynimdədir. Hə, bəlkə problem məndədir ? Bəlkə elə doğru olanı budur, kiminləsə hansısa maraqlara görə münasibət qurub, sabahsı gün onu düşünmədən atıb getmək lazımdır, veciszlik doğrudur, vecsizlik həqiqətdir, hə ? Nə olar, biri çıxıb “Hə Murad, doğru olanı budur” desin. Mənm də içimdə yaşanan bu anlaşılmazlıqlar, qarışıq düşüncələr və cavabı olmayan suallar nəhayət öz cavabına qovuşsun və mən bu haqda daha düşünməyim.

Təəsüf ki, hələ biri çıxıb mənə bunun doğru olduğunu məntiqli şəkildə izah etməyib, buna görə də hələ də mən düşünürəm ki, bu doğru deyil. Axı necə bir insan çox qısa fasilələrlə hər dəfəsində münasibət qura və ardınca buna son verə bilər. Bəs hisslər, bəs o həyəcan ? Məsələ fiziki yaxınlıqda deyil, mən heç buna pis də baxmıram, ürəyin istədiyi qədər fiziki yaxınlıqlar et, daha sonra gir duşa çim təmizlən, paklan. Hə bir dəfə isti su ilə həzin bir musiqi altında yuyunacaqsan hamısı çıxıb gedəcək. Bəs ruh ? Saysız hesabsız münasibətlər səbəbi ilə kirlənmiş ruhunu o duşun altında yuyub təmizləyə biləcəksən?! Fərqində deyilsən amma insan hər növbəti münasibətində bir az daha həssassızlaşır, bir az daha duyğusuzlaşır, daha bəsit daha həyəcansız yanaşır o münasibətə və bu səbəbdən hər dəfəsində bir öncəkindən daha az daha qısa müddətli olur insanın münasibəti. Yox demirəm getməyən münasibətdən məcbur yapış qal, zorla gözəllik olmur, hər nə qədər “plastik” əməliyyat olunsa belə. Demək istədiyim başqa şeydir, o başqa şeyi də inanmıram sən indiki beyninlə anlayasan.

Eybi yoxdu vecsiz qız, qoy mən həssas olum, qoy ilk çıxıb gedən mən yox qarşı tərəf olsun. Qoy mən üzülüm qarşı tərəf isə rahatlıqla əlini qolunu sallayaraq çıxıb gedə bilsin, mən bacarmayım getməyi, mən o qədər güclü olmayım eybi yox. Bunları bacarmasamda olar, əsas odu sabah səhər isti yatağımdan durub əynimi geyinib işə getməyə hazırlaşanda, evdən çıxmadan öncə güzgüdə özümə baxmağı bacaracam. Əsas olan da bu deyilmi ? İnsanın özü ilə tək qalmasına vicdanının yol verməsi, aynada öz gözlərinə baxa bilmə cəsarətinin olması. Çox xoşbəxtsən bu tüfeyli bu vecsiz halınla, amma unudursan ki, vecsizliyin də aşırısı, vecsizliyin də həddən artıq çox olması, yaşlandığın zaman soyuqdan evdəki həşaratların da qonşulara üz tutduğu soyuq bir evdə, əlində yarı boş içki şüşəsi və içində son siqaret olan qutu ilə tənha qalmaqdı.

Bağışla məni tüfeyli qız, mən sənin kimi “cool” ola bilmədim…

© Murad Məmmədov (facebookda izlə)

murad-mammadov-inn-home

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma