Bəzən yanımızda olmayan, bizdən uzaqda olan bir şəxsə telefonda və ya telefon vasitəsi ilə hər hansısa bir sosial şəbəkədə nələrisə etməyin qaysasını üsulunu izah etmək istəyirik, lakin nə qədər izah etsək də, o şəxs görüntülü izah olmadığı üçün anlamaqda çətinlik çəkir. Bu zaman insan deyir kaş mən bunu necə etdiyimi çəkib ona göstərə biləydim. Mən də bir neçə dəfə bu durum ilə rastlaşmışam. Bundan əlavə kiməsə nəyisə faktla sübut etmək üçün də bizim belə bir proqrama ehtiyacımız olur. Beləliklə telefonunuzda etdiyiniz əməliyyatları video şəkilində çəkmək üçün mövcud olan proqramlardan birini və istifadəsini elə özüm də həmən proqramla hazırladım və sizinlə bölüşürəm. Xəbəri oxuduqdan sosial şəbəkədə olan hesabınızda paylaşsanız şad olaram.
© Murad Məmmədov (facebookda izlə)